Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 9:1—13

MÜNDƏRİCAT

  • Davud Mefiboşetə yaxşılıq edir (1—13)

9  Davud dedi: «Talut evindən kimsə qalıb? Yonatanın xatirinə ona yaxşılıq edim».+  Talut evindən Zibah adlı bir qulluqçu var idi.+ Onu Davudun yanına çağırdılar. Padşah ondan soruşdu: «Zibah sənsən?» O: «Bəli, qulluğunda hazıram», — deyə cavab verdi.  Padşah soruşdu: «Talut evindən kimsə qalıb, ona Allahın məhəbbətini göstərim?» Zibah cavab verdi: «Yonatanın bir oğlu qalıb; iki ayağından şikəstdir».+  Padşah soruşdu: «O haradadır?» Zibah dedi: «Lə-Dibərdə, Əmail oğlu Mahirin+ evindədir».  Davud padşah dərhal adam göndərib onu Lə-Dibərdən, Əmail oğlu Mahirin evindən gətirtdi.  Talut oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və gələn kimi üzüstə yerə döşəndi. Davud dedi: «Mefiboşet!» O cavab verdi: «Bəli, ağam. Qulluğunda hazıram».  Davud ona dedi: «Qorxma. Atan Yonatanın xətrinə sənə lütf göstərəcəyəm,+ baban Talutun bütün torpaqlarını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə çörək yeyəcəksən».+  Mefiboşet təzim edib dedi: «Axı mən qulun kiməm ki, mənim kimi ölü bir köpəyə+ lütf göstərirsən?»  Padşah Talutun qulluqçusu Zibahı çağırtdırıb ona dedi: «Ağan Taluta və evinə məxsus hər şeyi ağanın nəvəsinə verirəm.+ 10  Sən, oğulların və qulların onun üçün torpağı becərəcəksiniz, məhsulu yığacaqsınız. Bu, ağanın ailəsi üçün azuqə olacaq. Ağanın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yeyəcək».+ Zibahın on beş oğlu və iyirmi qulluqçusu var idi.+ 11  Zibah padşaha dedi: «Hökmdarım bu quluna nə əmr edibsə, qulun hamısını yerinə yetirəcək». Beləcə, Mefiboşet şahzadə kimi Davudun süfrəsində* çörək yeyirdi. 12  Mefiboşetin balaca oğlu var idi. Onun adı Mikə idi.+ Zibahın evində yaşayanların hamısı Mefiboşetin qulluqçusu oldu. 13  Mefiboşet Yerusəlimdə yaşayıb həmişə padşahın süfrəsində çörək yeyirdi.+ O, iki ayağından şikəst idi.+

Haşiyələr

Digər variant: mənim süfrəmdə.