Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 8:1—18

MÜNDƏRİCAT

  • Davudun qələbələri (1—14)

  • Davudun rəhbərliyi (15—18)

8  Bir müddət sonra Davud filiştliləri+ məğlub edib onları özünə tabe etdirdi.+ Davud Mətiq-Əmmahı filiştlilərin əlindən aldı.  O, muabiləri məğlub etdi.+ Onları sıra ilə yerə uzadıb ölçü ipi ilə ölçdü. İki ölçü ipi uzunluğundakı qismi öldürdü, bir ölçü ipi uzunluğundakı qismi sağ saxladı.+ Muabilər Davuda tabe olub ona xərac verdilər.+  Sobah+ padşahı Rəhubun oğlu Hədadzər Fərat çayı bölgəsində öz hakimiyyətini bərpa etməyə gedərkən Davud onu məğlub etdi.+  Davud onun 1700 süvarisini və 20 000 piyada əsgərini əsir aldı. Sonra Davud 100 qoşqu atını saxlayıb qalanlarını şikəst etdi.+  Dəməşq+ aramiləri Sobah padşahı Hədadzərə köməyə gələndə Davud onların 22 000 döyüşçüsünü qırdı.+  Davud Dəməşq Aramına keşikçi dəstələri yerləşdirdi və aramilər Davuda tabe olub ona xərac verdilər. Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+  Bundan əlavə, Davud Hədadzərin xidmətçilərinin qızıl qalxanlarını götürüb Yerusəlimə apardı.+  Davud padşah Hədadzərin Betah və Berotay şəhərlərindən külli miqdarda mis götürdü.  Həməs+ padşahı Tuy eşitdi ki, Davud Hədadzərin bütün ordusunu məğlub edib.+ 10  Tuy Davuddan hal-əhval tutmaq, Hədadzərlə döyüşdə qalib gəlməsi münasibətilə onu təbrik etmək üçün oğlu Yuramı onun yanına yolladı. (Çünki Hədadzər tez-tez Tuyla döyüşürdü.) O, Davuda gümüşdən, qızıldan, misdən bəxşişlər gətirdi. 11  Davud padşah bu bəxşişləri digər qızıl və gümüşlə birgə Yehova üçün ayırdı. Bu qızıl-gümüşü özünə tabe etdiyi xalqlardan:+ 12  Aramdan, Muabdan+, əmunilərdən, filiştlilərdən+, əmaliqələrdən+ və Sobah padşahı Rəhub oğlu Hədadzərdən qənimət götürmüşdü.+ 13  Davud Duz vadisində 18 000 ədumini qırıb qayıdanda da şöhrətləndi.+ 14  O, Ədumda keşikçi dəstələri yerləşdirdi. Ədumun hər tərəfində keşikçi dəstələri yerləşdirdi və ədumilər Davuda qulluq etməyə başladılar.+ Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+ 15  Davud bütün İsrail üzərində hakimiyyət sürürdü.+ O, bütün xalqa haqq-ədalətlə+ rəhbərlik edirdi.+ 16  Sərya oğlu Yuab+ ordu başçısı idi. Əxilud oğlu Yəhuşafat+ salnaməçi idi. 17  Əxitub oğlu Sadıq+ və Əbyatar oğlu Əximəlik kahin idi, Sərəyah isə katib idi. 18  Yəhyaday oğlu Bənayi+ kəritilərin və fələslilərin+ başçısı idi. Davudun oğulları isə baş əyanlar idilər.

Haşiyələr