Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 7:1—29

MÜNDƏRİCAT

  • Məbədi Davud tikməyəcək (1—7)

  • Yehova Davudla əhd bağlayır (8—17)

  • Davudun şükran duası (18—29)

7  Padşah artıq öz evində məskunlaşdı+ və Yehova ona ətrafındakı bütün düşmənlərin əlindən rahatlıq verdi.  Onda o, Natan+ peyğəmbərə dedi: «Mən burada sidr ağacından olan+ evdə yaşayıram, Allahın sandığı isə çadırda qalır».+  Natan padşaha dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Yehova səninlədir».+  Həmin gecə Yehovanın sözü Natana nazil oldu:  «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Sən Mənə ev tikəcəksən ki, orada yaşayım?+  İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam.+ Ancaq çadırda+, alaçıqda oraya-buraya köçmüşəm.  İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum qəbilə başçılarından hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?”  Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan+ götürüb xalqım İsrailin başçısı qoymuşam.+  Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi böyük edəcəyəm.+ 10  Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi zalımlar daha onları sıxışdırmayacaq.+ 11  Xalqım İsrail üzərində hakimlər qoyduğum+ günlərdən bəri olduğu kimi, bədxahlar daha onlara zülm etməyəcək. Səni bütün düşmənlərin əlindən qurtaracağam.+ Yehova həmçinin sənə demişdi ki, Yehova sənin sülaləni davamlı edəcək.+ 12  Ömrün tamam olub+ əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra sənin övladını*, oğlunu ortaya çıxaracağam, onun taxt-tacını bərqərar edəcəyəm.+ 13  Mənim adıma o, ev tikəcək.+ Mən də onun padşah taxtını əbədi bərqərar edəcəyəm.+ 14  Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səhv edəndə onu insan dəyənəyi ilə, bəşər* övladının kötəyi ilə tərbiyə edəcəyəm.+ 15  Sənin qarşından götürdüyüm Talutdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm. 16  Evin və səltənətin əbədiyyən asayişdə olacaq. Taxtın əbədi duracaq”».+ 17  Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi.+ 18  Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Külli-İxtiyar Yehova! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 19  Ey Külli-İxtiyar Yehova, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan. Ya Külli-İxtiyar Yehova, bu göstərişin bütün bəşəriyyət üçündür. 20  Bu qulun Davud Sənə nə deyə bilər, Sən ki məni yaxşı tanıyırsan,+ ya Külli-İxtiyar Yehova! 21  Sən bütün bu möhtəşəm işləri sözün xatirinə və ürəyinin niyyətinə görə etmisən, sonra onları quluna açmısan.+ 22  Doğrudan, Sən əzəmətlisən,+ ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 23  Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, onları Öz xalqın bilib azad etdin,+ onlardan ötrü əzəmətli, möhtəşəm işlər gördün,+ adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin uğrunda xalqları, onların allahlarını qovdun. 24  İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+ 25  Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 26  Qoy adın əbədilik ucalsın!+ Qoy hamı: “Ordular Allahı Yehova İsrailin Allahıdır!” — desin. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 27  Çünki Sən, ey İsrailin Allahı, ey ordular Allahı Yehova, quluna əyan elədin: “Sənin sülaləni bərqərar edəcəyəm”.+ Ona görə qulun Sənə bu duanı etməyə cəsarət tapdı. 28  Ey Külli-İxtiyar Yehova, Sən haqq Allahsan, sözlərin haqdır.+ Sən bu gözəl şeyləri quluna vəd etdin. 29  Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun.+ Külli-İxtiyar Yehova, bunu Sən vəd etdin və qoy bu qulunun evi Sənin bəxşişlərinlə əbədi mübarək olsun!»+

Haşiyələr

Hərfən: toxumunu.
Digər variant: Adəm.