Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 5:1—25

MÜNDƏRİCAT

  • Davud bütün İsrailin padşahı olur (1—5)

  • Yerusəlim ələ keçirilir (6—16)

    • Davud şəhəri Sion (7)

  • Davud filiştliləri məğlub edir (17—25)

5  Bir müddət sonra İsrailin bütün qəbilələri Həbruna+ Davudun yanına gəlib dedilər: «Ətimiz, qanımız birdir.+  Əvvəllər Talut padşahımız olanda İsraili yürüşlərə sən aparıb-gətirirdin.+ Yehova da sənə demişdi: “Xalqım İsrailə sən çobanlıq edəcəksən* və bütün İsrailin başçısı sən olacaqsan”».+  Beləcə, bütün İsrail ağsaqqalları Həbruna padşahın yanına gəldilər. Davud padşah Həbrunda Yehovanın önündə onlarla əhd bağladı.+ Sonra onlar Davudu məsh edib İsrailin padşahı etdilər.+  Davud padşah olanda otuz yaşında idi. O, qırx il hakimiyyət sürdü.+  Yeddi il altı ay Həbrunda Yəhuda üzərində, otuz üç il də Yerusəlimdə+, bütün İsrail və Yəhuda üzərində padşah oldu.  Padşah və adamları Yerusəlimdə yaşayan yəbusilərin+ üstünə yürüşə getdilər. Yəbusilər rişxəndlə Davuda dedilər: «Heç vaxt bura girə bilməzsən. Adi korlarla çolaqlar səni qovacaqlar». Onlar elə fikirləşirdilər ki, Davud ora girə bilməyəcək.+  Davud isə indi Davud şəhəri+ adlanan Sion qalasını ələ keçirdi.  Həmin gün Davud dedi: «Yəbusilərə hücum edənlər yeraltı su xəndəyindən keçib Davudun nifrət etdiyi o “çolaqları və korları” öldürməlidir!» Buna görə deyirlər: «Korlarla çolaqlar heç vaxt bu evə girməyəcək!»  Sonra Davud qalada məskən saldı və ora Davud şəhəri adlandı*. Davud Təpədən*+ içəriyə doğru olan sahəni tikməyə başladı.+ 10  Beləcə, Davud getdikcə gücləndi.+ Ordular Allahı Yehova onunla idi.+ 11  Sur padşahı Hiram+ Davuda qasidlər, həmçinin sidr ağacları+, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün saray tikməyə başladılar.+ 12  Davud başa düşdü ki, Yehova onun taxt-tacını İsraildə möhkəmləndirib,+ xalqı İsrail naminə+ yüksəldib.+ 13  Davud Həbrundan Yerusəlimə gələndən sonra da cariyələr+ və arvadlar aldı, onun başqa oğulları və qızları oldu.+ 14  Onun Yerusəlimdə doğulan uşaqları bunlardır: Şamu, Şobab, Natan+, Süleyman+, 15  İbhar, Əlişu, Nafiq, Yafya, 16  Əlşama, Əlyada, Əlfəlit. 17  Filiştlilər eşitdilər ki, Davud İsraildə padşah olub.+ Bütün filiştlilər onu axtarmağa çıxdılar.+ Davud bunu eşidəndə qalaya getdi.+ 18  Filiştlilər gəlib Rəfayim dərəsinə səpələndilər.+ 19  Davud Yehovadan soruşdu:+ «Filiştlilərin üstünə gedim? Onları mənə təslim edəcəksən?» Yehova Davuda cavab verdi: «Get, Mən filiştliləri mütləq sənə təslim edəcəyəm».+ 20  Davud Baal-Farisimə gəlib onları qırdı. O dedi: «Yehova sel kimi önümdə gedib düşmən səflərini yarıb keçdi».+ Buna görə də o, həmin yeri Baal-Farisim*+ adlandırdı. 21  Filiştlilər bütlərini orada atıb qaçmışdılar; Davud və adamları onları apardılar. 22  Filiştlilər yenə gəlib Rəfayim dərəsinə səpələndilər.+ 23  Davud Yehovaya müraciət etdi. Allah dedi: «Üstlərinə qarşıdan getmə, arxalarından dolanıb baka kollarının qabağında hücuma keç. 24  Baka kollarının baş tərəfində ayaq səsləri eşidəndə cəld hərəkətə keç. Bil ki, Yehova Filişt ordusunu qırmaq üçün önündə gedir». 25  Davud Yehovanın buyurduğu kimi etdi. Gibadan+ Cəzərə+ qədər olan bütün yol boyu filiştliləri qırıb yerə sərdi.+

Haşiyələr

Digər variant: ora Davud şəhəri adını qoydu.
İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.
Mənası: yarıqların ağası.