Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 4:1—12

MÜNDƏRİCAT

  • İşboşetin qətli (1—8)

  • Davud qatilləri öldürtdürür (9—12)

4  Talut oğlu İşboşet+ Abnurun Həbrunda öldüyünü+ eşidəndə qolları sustaldı. Bütün İsraili qorxu bürüdü.  Talutun oğlunun basqınçı dəstələrində başçı olan iki adamı var idi. Onlardan birinin adı Bəənnah, digərinin adı Rəhab idi. Onlar Binyamin qəbiləsindən biirotlu Rimmunun oğulları idilər. (Biirot+ Binyaminin bir hissəsi sayılır.  Biirotlular Gitaimə+ qaçmışdılar və bu günədək onlar orada qərib kimi yaşayırlar.)  Talut oğlu Yonatanın+ bir çolaq oğlu var idi.+ Yizraildən+ Talutla Yonatanın qara xəbəri gələndə o, beş yaşında idi. Dayəsi onu qucağına alıb qaçmışdı. Təlaş içində qaçarkən uşaq əlindən düşüb şikəst olmuşdu. Uşağın adı Mefiboşet+ idi.  Biirotlu Rimmunun oğulları Rəhabla Bəənnah günün qızmar çağında İşboşetin evinə getdilər. Günorta olduğundan İşboşet dincəlirdi.  Rəhab və qardaşı Bəənnah+ buğda götürmək adıyla evə girib xəncəri onun qarnına soxdular və qaçıb getdilər.  Onlar içəri girəndə İşboşet yataq otağında, çarpayıda uzanmışdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Ərəbə yolu ilə getdilər.  İşboşetin+ başını Həbrunda Davuda gətirib dedilər: «Budur, canının qəsdinə duran+ düşmənin+ Talut oğlu İşboşetin başı. Bu gün Yehova Talutdan və onun övladlarından hökmdarımızın qisasını aldı».  Lakin Davud biirotlu Rimmunun oğulları Rəhabla qardaşı Bəənnaha belə dedi: «Canımı bəlalardan qurtaran+ Yehovaya and olsun, 10  gəlib mənə “Talut öldü” deyən adam,+ elə bilirdi ki, mənə muştuluq gətirib. Mən onu Sığlaqda öldürdüm.+ Qasidin məndən aldığı mükafat bu oldu. 11  İndi şər adamlar saleh insanı öz evində yatdığı yerdə öldürübsə, gör onların aqibəti necə olacaq! Mən onun qanının qisasını alıb+ sizi dünyadan yox edəcəyəm!» 12  Davud adamlarına onları öldürməyi əmr etdi.+ Onlar bu iki nəfərin əl-ayağını kəsib Həbrundakı çarhovuzun yanında asdılar.+ İşboşetin isə başını götürüb Həbrunda, Abnurun qəbrində dəfn etdilər.

Haşiyələr