Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 22:1—51

MÜNDƏRİCAT

  • Davud Allaha şükür edir (1—51)

    • «Yehova yalçın qayam»dır (2)

    • Yehova sadiqlərlə sadiqdir (26)

22  Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda+ Davud Yehovaya bu nəğməni+  oxudu: «Yehova yalçın qayam, istehkamımdır,+ mənim nicatımdır.+   Allahım qayamdır+, Ona sığınıram, Qalxanım+, güclü xilaskarım*, qalamdır+. Pənahım+, xilaskarımdır+, məni zülmdən qurtarır.   Yehova tərifə layiqdir, Onu çağırıram, Düşmənlərimdən qurtularam.   Ölüm dalğaları məni bürümüşdü,+ Yaramaz adamların basqını* məni dəhşətə salmışdı.+   Məzarın* ipləri mənə sarılmışdı,+ Çıxmışdı qarşıma ölüm tələləri.+   Bu darlıqda Yehovanı çağırdım,+ İmdad üçün Allahıma yalvardım. Eşitdi səsimi məbədindən, Çatdı qulağına fəryadım.+   Yer üzü silkələndi, yırğalandı,+ Göylərin təməli yerindən oynadı,+ Titrədi Onun qəzəbindən.+   Burun pərələrindən tüstü çıxdı, Ağzından şiddətli alov püskürdü,+ Yanar közlər səpələndi Ondan. 10  Aşağı enəndə göylər əyildi,+ Qatı zülmət ayaqları altında idi.+ 11  Kərruba minib+ uçaraq gəldi, Mələyin+ qanadı* üzərində zühur etdi. 12  Ətrafını çadır+ kimi qaranlığa qərq etdi Qara sularla, topa buludlarla. 13  Önündə parlayan şəfəqdən közlər alovlandı. 14  Yehova göylərdən gurladı,+ Haqq-Taala səsini ucaltdı.+ 15  Oxlarını+ atıb düşmənləri darmadağın etdi, Şimşəklərlə onları çaxnaşmaya saldı.+ 16  Yehovanın məzəmmətindən, Burnundan çıxan nəfəsin şiddətindən Dənizlərin dibi göründü,+ yerin təməlləri aşkar oldu.+ 17  O, yüksəklərdən əlini uzadıb məni tutdu, Dərin sulardan məni çəkib çıxartdı.+ 18  Məni qoluzorlu düşmənimdən+, Mənimlə ədavət aparanlardan qurtardı, onlar məndən güclü idi. 19  Dar günümdə onlar qarşımı kəsmişdi,+ Lakin Yehova mənə dayaq oldu. 20  Məni genişliyə çıxartdı,+ Məni xilas etdi, çünki məndən razı idi.+ 21  Yehova salehliyimə görə mənə mükafat verir,+ Pak olduğumu görüb əvəzini verir.+ 22  Çünki mən Yehovanın yolunu tutmuşam, Allahımı xaincəsinə tərk etməmişəm. 23  Onun bütün hökmləri+ gözümün önündədir, Qanunlarından dönmərəm.+ 24  Onun önündə pak qalacağam+, Qəbahət işlərdən uzaq gəzəcəyəm.+ 25  Yehova salehliyimin, Önündə günahsız olmağımın əvəzini versin.+ 26  Sadiq adamla sadiqsən,+ Pak, igid adama qarşı paksan.+ 27  Saf adamla saf davranırsan,+ Hiyləgərə qarşı fənd işlədirsən.+ 28  Həlimləri xilas edirsən,+ Amma məğrurlara qarşı durursan, onları alçaldırsan.+ 29  Yehova, çırağımsan!+ Gecəmi gündüz edən Yehovadır.+ 30  Sənin köməyinlə quldurların qabağına çıxaram, Allahın gücü ilə sədlər aşaram.+ 31  Allahın yolu kamildir,+ Yehovanın sözü safdır,+ Xudavənd Ona sığınanların hamısına sipərdir.+ 32  Məgər Yehovadan başqa Allah var?+ Allahımızdan savayı kim qaya ola bilər?+ 33  Allah mənim qalamdır,+ O, yolumu kamil edər.+ 34  Ayağımı maral ayağıtək çevik edir, Məni zirvələrdə saxlayır.+ 35  Əlimi döyüşə öyrədir, Qolum mis kamanı gərir. 36  Sən qurtuluş qalxanını mənə verirsən, Lütfün məni ucaldır.+ 37  Addımlarıma yol açırsan, Ayaqlarım sürüşməz.+ 38  Düşmənlərimi qovub qıracağam, Onları yox etməyincə geri qayıtmayacağam. 39  Onları qırıb-çatacağam, qalxa bilməyəcəklər,+ Ayaqlarımın altına səriləcəklər. 40  Döyüş üçün belimi qüvvətlə qurşayarsan,+ Yağı düşmənimi ayağımın altına sərərsən.+ 41  Düşmənlərimi məğlubiyyətə uğradarsan.+ Mənə nifrət edənləri yox edərəm*.+ 42  İmdad diləsələr də, onları qurtaran yoxdur, Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir.+ 43  Onları əzib toz kimi edəcəyəm, Onları küçədəki palçıq kimi tapdalayacağam. 44  Sən məni elimin tənəsindən qurtaracaqsan,+ Xalqlara başçı qoymaq üçün məni qoruyacaqsan,+ Tanımadığım bir xalq mənə qulluq edəcək.+ 45  Yadellilər əsə-əsə önümə gələcək,+ Sorağımı eşidib mənə itaət edəcəklər. 46  O yadellilərin rəngi-ruhu qaçacaq, Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar. 47  Şükürlər olsun Qayama+, var olan Yehovaya! Allahıma, məni xilas edən qayama eşq olsun!+ 48  Allah qisasımı alır,+ Xalqları mənə tabe edir.+ 49  O, məni düşmənlərimdən qurtarır. Sən məni üstümə gələnlərdən üstün edirsən,+ Məni zalımın əlindən alırsan.+ 50  Buna görə, ey Yehova, Sənə xalqlar arasında şükür edəcəyəm,+ Adını nəğmələrdə tərənnüm edəcəyəm.+ 51  O, möhtəşəm işlərlə padşahını xilas edir,+ Məsh etdiyinə, Davuda və onun nəslinə Əbədilik məhəbbət göstərir».+

Haşiyələr

Hərfən: xilas buynuzum.
Hərfən: seli.
İbr. şeol. Lüğətə bax.
Yaxud küləyin qanadı.
Hərfən: susduraram.