Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 16:1—23

MÜNDƏRİCAT

  • Zibah Mefiboşetə böhtan atır (1—4)

  • Şimay Davuda lənət yağdırır (5—14)

  • Absalam Xuşayı qəbul edir (15—19)

  • Əxtufilin məsləhəti (20—23)

16  Davud dağın zirvəsindən təzəcə aralanmışdı+ ki, Mefiboşetin+ nökəri Zibah+ iki yüz kömbə çörək, yüz kişmiş lavaşanası, yüz yay meyvəsi lavaşanası, bir küp şərab yüklənmiş bir cüt palanlı eşşəklə onu qarşıladı.+  Padşah Zibaha dedi: «Bunları niyə gətirmisən?» Zibah cavab verdi: «Eşşəkləri padşahın külfətinin minməsi üçün, çörəklə yay meyvələrini cavanlar üçün, şərabı çöllükdə taqətdən düşənlər üçün gətirmişəm».+  Padşah soruşdu: «Bəs ağanın oğlu hanı?»+ Zibah dedi: «O, Yerusəlimdə qaldı. Deyirdi ki, bu gün İsrail əhli atamın taxt-tacını mənə qaytaracaq».+  Padşah dedi: «Mefiboşetin hər şeyi sənindir».+ Zibah dedi: «Hüzurunda baş əyirəm, ya hökmdar! Təki sənin gözündə lütf tapım».+  Davud padşah Bahurimə çatanda Talutun nəslindən olan Qirah oğlu Şimay+ lənət yağdıra-yağdıra ona yaxınlaşırdı.+  O, Davudla əyanlarına, onun ətrafındakı camaata və yan-yörəsindəki igidlərə daş atırdı.  Şimay lənət oxuyaraq deyirdi: «Çıx get, rədd ol, əliqanlı adam! Yaramazın biri yaramaz!  Yehova səndən taxtına yiyələndiyin Talutun evində tökdüyün qanların qisasını alır. Budur, Yehova padşahlığı oğlun Absalama verir. İndi öz başın bəla çəkir, çünki əlin qanlıdır!»+  Sərya oğlu Abşay+ padşaha dedi: «Bu ölü köpək+ nə hədlə hökmdarımı lənətləyir?+ Qoy gedim, onun başını bədənindən ayırım».+ 10  Padşah dedi: «Ey Sərya oğulları, bundan sizə nə?+ Qoy lənətləsin,+ Yehova ona buyurub:+ “Davudu lənətlə!” Kim ona deyə bilər: “Niyə belə edirsən?”» 11  Sonra Davud Abşayla əyanlarına dedi: «Əgər öz belimdən gələn oğlum canımın qəsdinə durubsa,+ bu binyaminlidən+ nə gözləmək olar? Onunla işiniz olmasın, qoy lənətləsin, çünki ona Yehova buyurub. 12  Bəlkə, Yehova çəkdiyim əzabı görüb+ bu gün mənə oxunan lənətlərin müqabilində mənə yaxşılıq edər».+ 13  Davud bunu deyib adamları ilə birlikdə yoluna davam etdi. Şimay isə dağın yamacı ilə onun bərabərində gedib ona qarğış edir,+ üstünə daş, torpaq atırdı. 14  Padşahla adamları taqətdən düşmüş halda gəlib mənzilbaşına yetişdilər, orada dinclərini aldılar. 15  Bu arada, Absalamla bütün israillilər Yerusəlimə vardılar. Əxtufil+ də onlarla idi. 16  Davudun dostu arklı+ Xuşay+ Absalamın yanına gəlib dedi: «Yaşasın padşah!+ Yaşasın padşah!» 17  Absalam Xuşaya dedi: «Dostuna sədaqətin budur? Nə üçün dostunla getmədin?» 18  Xuşay Absalama dedi: «Xeyr, mən Yehovanın, bu camaatın və İsrailin seçdiyi adamın tərəfindəyəm, onun da yanında qalacağam! 19  Bir də ki, mən dostumun oğluna xidmət etməyib, kimə edəcəyəm? Necə ki atana xidmət edirdim, bundan sonra da sənə xidmət edəcəyəm».+ 20  Absalam Əxtufildən soruşdu: «Nə məsləhət görürsən?+ Nə edim?» 21  Əxtufil Absalama dedi: «Evə baxmaq üçün atanın qoyub getdiyi cariyələrlə+ yat.+ Onda bütün İsrail eşidəcək ki, atanın nifrətini qazanmısan və sənin tərəfində olanların qoluna güc gələcək». 22  Beləliklə, Absalam üçün damda çadır qurdular+ və o, bütün İsrailin gözü qarşısında+ atasının cariyələri ilə yaxınlıq etdi.+ 23  O günlərdə Əxtufilin məsləhəti+ Allahdan gələn sözə bərabər sayılırdı. Davud da, Absalam da, Əxtufilin bütün məsləhətlərinə bu cür baxırdı.

Haşiyələr