Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 14:1—33

MÜNDƏRİCAT

  • Yuab və təquhalı qadın (1—17)

  • Yuabın niyyəti Davuda bəlli olur (18—20)

  • Absalama geri qayıtmağa izin verilir (21—33)

14  Sərya oğlu Yuab+ anladı ki, padşahın ürəyi Absalama tərəf meyillənib.+  Yuab Təquha+ adam göndərib oradan ağıllı bir qadın gətirtdi və ona dedi: «Özünü yaslı kimi apar, yas paltarı geyin, özünə ətirli yağ vurma.+ Özünü elə göstər ki, guya uzun müddətdir kiminçünsə yas saxlayırsan.  Sonra padşahın yanına gedib belə-belə de». Yuab ona nə deməli olduğunu öyrətdi.  Təquhlu qadın padşahın yanına getdi, hüzurunda üzüqoylu yerə döşənib dedi: «Ya hökmdar, dadıma yetiş!»  Padşah ondan soruşdu: «Dərdin nədir?» Qadın cavab verdi: «Ərim vəfat edib, dul qalmışam.  Ey ağam, mənim iki oğlum var idi. Bir dəfə çöldə davaları düşdü. Orada heç kim yox idi ki, onları ayırsın. Biri vurub o birisini öldürdü.  İndi bütün nəsil üstümə qalxıb ki, bəs qardaş qatilini ver, ondan qardaşının intiqamını alaq.+ Onun vərəsə olub-olmamağının bizə heç bir dəxli yoxdur. Onlar ocağımın olan-qalan közünü də söndürəcəklər. Ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».  Padşah qadına dedi: «Evinə qayıt. Sənin işinə əncam çəkəcəyəm».  Təquhlu qadın padşaha dedi: «Ya hökmdar, qoy günah mənim və atamın evinin boynuna olsun. Padşah da, taxtı da təqsirsizdir». 10  Padşah dedi: «Kim sənə bir söz desə, onu yanıma gətir. Bir də hünər edib səni incidə bilməz». 11  Amma qadın dedi: «Ey padşah, Allahın Yehovanı yadından çıxarma. Qoyma qan intiqamçısı+ bundan da böyük fəlakət gətirsin, oğlumu məhv etsin». Padşah dedi: «Yehovaya and olsun,+ oğlunun başından bir tük də əskik olmayacaq». 12  Qadın dedi: «Ya hökmdar, izin ver, qarabaşın sənə bir söz söyləsin». Padşah: «Söylə!» dedi. 13  Qadın dedi: «Bəs nə üçün sən Allahın xalqına+ qarşı belə bir şey etmək fikrinə düşmüsən? Padşah, sən belə deməklə özünü müqəssir edirsən. Çünki qaçaq düşmüş oğlunu geri qaytarmırsan.+ 14  Hamımız torpağa töküləndən sonra yığmaq mümkün olmayan su kimi ölüb gedəcəyik. Ancaq Allah canı almır, O çarə edir ki, qovulmuş adam həmişəlik Ondan ayrı düşməsin. 15  Ey padşah, camaat məni qorxutduğu üçün mən gəlib dərdimi sənə ərz etdim. Bu qarabaşın fikirləşdi ki, “gedim, padşaha danışım. Yəqin o, qarabaşının xahişini yerə salmaz. 16  Padşah qulaq asar, ocağımı söndürüb məni və tək oğlumu Allahın verdiyi mirasdan məhrum etmək istəyənlərin əlindən bu qarabaşını qurtarar”.+ 17  Bu qarabaşın öz-özünə dedi: “Qoy ağam hökmdar məni arxayın etsin”. Çünki hökmdarım xeyirlə şəri ayırd etməkdə Allahın mələyi kimidir. Qoy Allahın Yehova sənə yar olsun». 18  Padşah qadına dedi: «Səndən bir şey soruşacağam, amma məndən heç nəyi gizlətmə». Qadın: «Soruş, hökmdar», — dedi. 19  Padşah soruşdu: «Bu, Yuabın işidir?»+ Qadın cavab verdi: «Padşah sağ olsun, elədir ki var. Qulun Yuab bütün bu sözləri mənə öyrədib. 20  O, belə etdi ki, sən məsələyə başqa tərəfdən baxasan. Ağam hökmdar Allahın mələyi kimi müdrikdir, məmləkətdə baş verən hər şeydən halidir». 21  Padşah Yuaba dedi: «Yaxşı. Mən bunu edəcəyəm.+ Get, o cavanı, Absalamı geri gətir».+ 22  Yuab üzüqoylu yerə döşəndi və padşaha alqış oxuyub dedi: «Bu gün quluna məlum oldu ki, o, sənin gözündə lütf tapıb, ey hökmdar. Çünki sən qulunun xahişini yerə salmadın». 23  Yuab qalxıb Qəşura+ getdi və Absalamı Yerusəlimə gətirdi. 24  Ancaq padşah dedi: «Qoy o, öz evinə getsin, gözümə görünməsin». Absalam öz evinə getdi və padşahın gözünə görünmədi. 25  Absalamın yaraşığı dillər əzbəri idi, bütün İsraildə onun kimisi yox idi. Təpədən dırnağa kimi onda bircə dənə də eyib yox idi. 26  Saçları ona ağırlıq etdiyindən hər ilin axırı saçını kəsirdi. Hər dəfə başını qırxanda saçı sarayın çəki daşıyla* iki yüz şekel* gəlirdi. 27  Absalamın üç oğlu+ və Tamar adında bir qızı var idi. O, çox gözəl qız idi. 28  Absalam iki il Yerusəlimdə yaşadı, amma padşahın gözünə görünmədi.+ 29  O, Yuabı padşahın yanına göndərmək üçün yanına çağırtdırdı. Lakin Yuab gəlmədi. İkinci dəfə də adam göndərib onu çağırtdırdı, Yuab yenə də gəlmədi. 30  Onda Absalam qulluqçularına dedi: «Yuabın sahəsi mənim sahəmin yanındadır. Orada arpa bitib. Gedin zəmiyə od vurun». Absalamın nökərləri gedib zəmini odladılar. 31  Yuab Absalamın evinə gəlib dedi: «Nə üçün nökərlərin zəmimi yandırıblar?» 32  Absalam Yuaba dedi: «Sənə xəbər göndərdim ki, durub gələsən, səni padşahın yanına göndərim. Sən də ona deyəsən: “Nə üçün mən Qəşurdan gəldim?+ Orada qalsaydım, bundan yaxşı olardı. Padşah, izin ver, hüzuruna gəlim. Əgər günahım varsa, məni öldür”». 33  Yuab padşahın yanına gedib onunla danışdı. Padşah Absalamı çağırdı. O, padşahın hüzuruna gəldi, önündə üzüqoylu yerə döşəndi. Padşah Absalamı öpdü.+

Haşiyələr

Ola bilsin, bu, ya sarayda işlədilən standart çəki daşı idi, ya da adi şekeldən fərqlənən saray şekeli idi.
Təx. 2,3 kq. 1 şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.