Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 İşmuil 1:1—27

MÜNDƏRİCAT

  • Davud Talutun ölümündən xəbər tutur (1—16)

  • Davud mərsiyə deyir (17—27)

1  Talut öldü. Əmaliqələri məğlub edib qayıdan Davud iki gün Sığlaqda+ qaldı.  Üçüncü gün Talutun ordugahından bir adam gəldi. O, yaxasını cırmış, başına torpaq tökmüşdü. Bu adam Davudun yanına gəldikdə üzüqoylu yerə döşəndi.  Davud ondan soruşdu: «Haradan gəlirsən?» O cavab verdi: «İsrail ordugahından qaçmışam».  Davud soruşdu: «Danış görüm vəziyyət nə yerdədir?» O dedi: «Döyüşçülər meydandan qaçdı, xeyli adam qırıldı. Talutla oğlu Yonatan da həlak oldu».+  Davud ona xəbər gətirən cavandan soruşdu: «Bəs sən haradan bildin ki, Talutla oğlu Yonatan ölüb?»  O cavab verdi: «Təsadüfən Gilbu dağında idim.+ Talut da orada idi, nizəsinə söykənmişdi. Cəng arabaları və atlılar artıq onu haqlayırdı.+  O boylanıb məni gördü və çağırdı. Mən: “Buyur, ağa”, — dedim.  O, mənim kim olduğumu soruşdu, mən də dedim ki, əmaliqəyəm+.  Sonra o, mənə dedi: “Yaxın gəl, məni öldür, çünki can verirəm”. 10  Mən də yaxınlaşıb onu öldürdüm.+ Bilirdim ki, belə ağır yaralardan sağ qalmayacaq. Sonra onun başındakı tacı, qolundakı qolbağı götürüb buraya, ağama gətirdim». 11  Onda Davud əl atıb yaxasını cırdı, yanındakı adamlar da elə etdilər. 12  Onlar Talut üçün, oğlu Yonatan üçün, Yehovanın xalqı və İsrail evi üçün nalə çəkib ağladılar və axşama qədər oruc tutdular.+ Çünki hamısı qılıncdan keçirilmişdi. 13  Davud xəbər gətirəndən soruşdu: «Haralısan?» O: «Mən qərib oğluyam, əmaliqəyəm», — dedi. 14  Onda Davud dedi: «Nə cürətlə Yehovanın məsh edilmişinə əl qaldırıb onu öldürdün?»+ 15  Bunu deyib Davud döyüşçülərindən birini səslədi: «Bunu vur öldür». Döyüşçü vurub əmaliqəni öldürdü.+ 16  Davud əmaliqəyə dedi: «Qoy qanın öz boynunda qalsın, çünki: “Mən Yehovanın məsh edilmişini öldürdüm”, — deyərək dilinlə öz əleyhinə şəhadət verdin».+ 17  Davud Talutla oğlu Yonatan üçün ağı deyib mərsiyə oxudu.+ 18  Sonra tapşırdı ki, «Kaman» adlandırdığı bu mərsiyəni Yəhuda camaatına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır:+ 19  «Ey İsrail, gözəlliyin uca yerlərdə məhv oldu,+ İgidlərin yerə sərildi! 20  Bunu Catda danışmayın,+ Aşkelonun küçələrində car çəkməyin, Qoy Filişt qızları sevinməsin, Sünnətsizlərin qızları bayram etməsin. 21  Ey Gilbu dağları,+ Üstünüzə şeh düşməsin, yağış yağmasın. Qoy zəmilərin müqəddəs təqdimə yetişdirməsin.+ Çünki igidlərin qalxanı orada ləyaqətdən düşdü, Talutun qalxanına artıq yağ çəkilmir. 22  Düşməni qanına qəltan etməmiş, igidlərin bədənini deşməmiş Yonatanın kamanı yerinə dönməzdi,+ Talutun qılıncı boş qayıtmazdı.+ 23  Ömürləri boyu əziz, sevimli Talut və Yonatan!+ Ölüm də onları ayıra bilmədi.+ Qartaldan çevik,+ Aslandan güclü idilər.+ 24  Ey İsrail qızları, Talut üçün ağlayın. O, sizə al-qırmızı, bərli-bəzəkli libaslar geyindirirdi, Libasınızı qızıllarla bəzəyirdi. 25  Ah, igidlər döyüşdə tələf oldu! Yonatan uca yerlərdə həlak oldu!+ 26  Qardaşım Yonatan, sənin üçün ürəyim yanır, Sən mənə çox əziz idin.+ Sənin məhəbbətin mənim üçün qadın məhəbbətindən üstün idi.+ 27  İgidlər yerə sərildi! Silahlar məhv oldu!»

Haşiyələr