Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Butrus 4:1—19

MÜNDƏRİCAT

  •  Məsih kimi Allahın iradəsini yerinə yetirin (1—6)

  • Hər şeyin sonu yaxındır (7—11)

  • Bir məsihi kimi əzab çəkmək (12—19)

4  Beləliklə, Məsih cismən əzab çəkdiyi+ üçün siz də eyni düşüncə ilə* silahlanın. Çünki cismən əzab çəkən insan daha günah etmir.+  Belə insan qalan ömrünü insani istəklər üçün yox,+ Allahın iradəsi üçün yaşayır.+  Yetər ki, siz keçmişdə xalqların istəyi ilə oturub-durur,+ azğın hərəkətlərə*, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız.+  Onlar məəttəl qalırlar, axı siz artıq onlarla birlikdə həmin pozğunluq girdabına qaçmırsınız. Buna görə də barənizdə pis danışırlar.+  Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olanın qarşısında cavab verəcəklər.+  Məhz elə buna görə də müjdə ölülərə bəyan edilmişdi+ ki, onlar insanların gözündə cismən mühakimə edilsinlər, ancaq Allahın gözündə ruhən yaşaya bilsinlər.  Hər şeyin sonu yaxındır. Buna görə də sağlamdüşüncəli olun+ və duaya həmişə önəm verin.+  Ancaq hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin,+ çünki məhəbbət çoxlu günahın üstünü örtür.+  Bir-birinizə deyinmədən qonaqpərvərlik göstərin.+ 10  Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin.+ 11  Danışan qoy Allahın müqəddəs sözlərini danışantək danışsın; xidmət edən qoy Allahın verdiyi gücə arxalanaraq xidmət etsin.+ Beləcə, Allah hər şeydə İsa Məsih vasitəsilə ucalacaq.+ Calal və qüdrət əbədiyyən Ona məxsusdur. Amin. 12  Əzizlərim, qəribə bir şey baş verirmiş kimi, başınıza gələn odlu-alovlu sınaqlara təəccüblənməyin.+ 13  Əksinə, Məsihin əzablarına bir belə şərik olduğunuz üçün sevinin.+ Onda Məsihin calalı zühur edəndə sevinib-şadlanacaqsınız.+ 14  Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, xoşbəxtsiniz,+ çünki şərəf ruhu, yəni Allahın ruhu üzərinizdədir. 15  Təki sizlərdən heç kim qatil, oğru, cani və ya başqalarının işinə qarışan adam kimi əzab çəkməsin.+ 16  Əgər insan məsihi olaraq əzab çəkirsə, qoy utanmasın,+ əksinə, bu adı daşıdığı üçün Allaha şükür etsin. 17  Hökm Allahın evindən başlayacaq və bunun vaxtı artıq yetişdi.+ Əgər hökm bizdən başlayacaqsa,+ gör Allahın müjdəsinə itaət etməyənlərin axırı necə olacaq?+ 18  «Əgər saleh güc-bəla ilə xilas olursa, gör kafirləri və günahkarları nə gözləyir?!»+ 19  Buna görə də qoy Allahın izni ilə əzab çəkənlər yaxşı işlər görərək özlərini sədaqətli Yaradana tapşırsınlar.+

Haşiyələr

Yaxud qətiyyətlə, əzmlə.
Yaxud abırsız hərəkətlərə. Yun. aselgeya (cəm halda). Lüğətdə «azğınlıq» sözünə bax.