Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Butrus 2:1—25

MÜNDƏRİCAT

  • Allahın sözünə qarşı iştaha oyadın (1—3)

  • Canlı daşlardan tikilən ruhani ev (4—10)

  • Qərib və müvəqqəti sakin kimi yaşayın (11, 12)

  • İnsan hakimiyyətlərinə tabeçilik (13—25)

    • Məsih nümunəmizdir (21)

2  Beləliklə, hər cür pisliyi+, hiyləni, riyakarlığı, paxıllığı və şər-böhtanı kənara qoyun.  Anadan təzəcə doğulmuş çağa kimi+ Allahın sözündəki saf südə qarşı iştaha oyadın ki, onun vasitəsilə böyüyüb xilasa yetişəsiniz.+  Axı siz Ağanın xeyirxahlığını dadmısınız.  Siz ona, insanların rədd etdiyi,+ amma seçilmiş, Allah üçün qiymətli olan+ canlı daşa yaxınlaşanda  canlı daşlar olan sizlərdən ruhani ev+ tikilir ki, siz müqəddəs kahinlər tayfası olub İsa Məsihin vasitəsilə Allaha məqbul+ ruhani qurbanlar+ təqdim edəsiniz.  Çünki Müqəddəs Yazılarda yazılıb: «Budur, Mən Sionda seçilmiş daş, qiymətli guşə daşını qoyuram. Ona iman edən heç vaxt peşman olmayacaq».+  Beləliklə, iman edən sizlər üçün o, qiymətlidir, iman etməyənlər üçünsə «bənnaların rədd etdiyi daş+ küncün əsas daşı»,+  «büdrədən daş və yıxan qaya» oldu.+ Belələri sözə itaət etmədikləri üçün büdrəyirlər. Onların aqibəti budur.  Ancaq siz «seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs xalq,+ Allahın məxsusi ümmətisiniz»,+ sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın+ «əzəmətli sifətlərini bəyan etmək» üçün seçilmisiniz.+ 10  Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız.+ Sizə mərhəmət göstərilməmişdi, indi isə mərhəmət gördünüz.+ 11  Əzizlərim, qərib və müvəqqəti sakin+ olan sizlərdən rica edirəm: canınızla savaşan+ cismani istəklərdən uzaq durun.+ 12  Başqa xalqların arasında bundan sonra da nümunəvi davranın+ ki, sizə qara yaxanlar yaxşı işlərinizi müşahidə edib+ yoxlama günündə Allahı mədh etsinlər. 13  Ağanın xatirinə insan hakimiyyətlərinə tabe olun.+ Ən yüksək vəzifə tutduğuna görə padşaha+, 14  yaxud pis iş görənləri cəzalandırmaq, yaxşı iş görənləri+ isə mükafatlandırmaq üçün padşah tərəfindən göndərilmiş hakimlərə tabe olun. 15  Çünki Allah istəyir ki, siz yaxşı işlərinizlə nadanlıqla danışan ağılsızları susdurasınız.+ 16  Azad adamlar kimi yaşayın,+ Allahın qulları+ olduğunuz üçün azadlığınızdan pis əməllər üçün pərdə kimi istifadə etməyin.+ 17  Hər cür insana hörmət edin,+ bütün qardaşlığı sevin,+ Allahdan qorxun,+ padşaha hörmət bəsləyin.+ 18  Qoy nökərlər ağalarına tabe olsunlar, özü də təkcə xeyirxah və mülayim olanlara yox, razı salmaq çətin olanlara da layiqincə hörmət bəsləsinlər.+ 19  Çünki kimsə Allah qarşısında vicdanını təmiz saxlamaqdan ötrü əzablara qatlaşır və haqsızlığa məruz qalırsa, bu, təqdirəlayiqdir.+ 20  Əgər siz günah iş gördüyünüz üçün döyülür və buna qatlaşırsınızsa, bu sizə nə qazandırır?+ Ancaq yaxşı iş gördüyünüz üçün əzab çəkirsinizsə və buna dözürsünüzsə, bu, Allaha məqbuldur.+ 21  Siz məhz bunun üçün çağırılmısınız. Axı Məsih də sizin uğrunuzda əzab çəkdi+ və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz.+ 22  O, heç bir günah işləməmişdi,+ ağzından yalan söz çıxmamışdı.+ 23  O, təhqirə təhqirlə cavab vermirdi.+ Əzab çəkəndə+ kimsəyə hədə-qorxu gəlmirdi, lakin özünü adil Hakimə+ tapşırırdı. 24  O, günahlarımızı öz bədənində daşıyıb+ dirəyin üzərinə apardı+ ki, biz günah üçün ölüb salehlik üçün yaşayaq. «Siz onun yaraları ilə şəfa tapdınız».+ 25  Siz yolunu azmış qoyunlar kimi idiniz,+ ancaq indi canınızı qoruyan çobanın+ və nəzarətçinin yanına qayıtdınız.

Haşiyələr