Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Yəhya 4:1—21

MÜNDƏRİCAT

  • Vəhyləri yoxlayın (1—6)

  • Allahı tanımaq və sevmək (7—21)

    • «Allah məhəbbətdir» (8, 16)

    • Məhəbbətdə qorxu yoxdur (18)

4  Əzizlərim, eşitdiyiniz hər vəhyə* inanmayın.+ Vəhylərin Allahdan olub-olmadığını yoxlayın,+ çünki dünyada çoxlu yalançı peyğəmbər peyda olub.+  Allahdan gələn vəhyi belə tanımaq olar: İsa Məsihin insan cismində gəldiyini təsdiq edən vəhy Allahdandır.+  İsanı qəbul etməyən vəhy isə Allahdan deyil.+ Bu, Məsih əleyhdarının ilhamlandırdığı vəhydir. Siz bu vəhyin dünyaya gələcəyini eşitmisiniz+ və o, artıq dünyadadır.+  Əziz balalar, siz Allahdansınız və belə adamlara qalib gəlmisiniz,+ çünki sizinlə vəhdətdə Olan+ bu dünya ilə vəhdətdə olandan böyükdür.+  Onlar dünyadandırlar;+ buna görə də dünyanın dilində danışırlar və dünya onlara qulaq asır.+  Biz isə Allahdanıq. Allahı tanımış insan bizə qulaq asır,+ Allahdan olmayan isə bizə qulaq asmır.+ Həqiqətdən doğan vəhyləri və yalandan doğan vəhyləri beləcə ayırd edirik.+  Əzizlərim, gəlin bir-birimizi sevək,+ çünki məhəbbət Allahdandır, sevən insan Allahın övladıdır və Allahı tanıyır.+  Sevməyən insan Allahı tanımamışdır, çünki Allah məhəbbətdir.+  Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu+ dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq.+ 10  Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi.+ 11  Əzizlərim, Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməyə borcluyuq.+ 12  Allahı heç kim heç vaxt görməyib;+ əgər bir-birimizi seviriksə, Allah bizdə yaşayır və Onun məhəbbəti bizdə kamilliyə yetişir.+ 13  Bizim Onunla və Onun bizimlə vəhdətdə olduğunu bizə Öz ruhunu verdiyindən bilirik. 14  Biz bunu şəxsən görmüşük və şəhadət edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı kimi göndərib.+ 15  Kim İsa Məsihi Allahın Oğlu kimi qəbul edirsə,+ Allah onunla vəhdətdədir, o da Allahla vəhdətdədir.+ 16  Biz də Allah sevgisini tanımışıq və bu məhəbbətə inanmışıq.+ Allah məhəbbətdir+ və məhəbbətlə yaşayan Allahla vəhdətdədir, Allah da onunla vəhdətdədir.+ 17  Beləcə, məhəbbət ürəyimizdə kamilliyə yetişir ki, hökm günündə alnıaçıq+ olaq, çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. 18  Məhəbbətdə qorxu yoxdur.+ Kamil məhəbbət qorxunu qovur. Qorxu insanı buxovlayır, buna görə də qorxan adamın məhəbbəti kamilliyə çatmamışdır.+ 19  Bizə gəlincə, biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi.+ 20  Kim dildə «Allahı sevirəm» deyib, qardaşına nifrət edirsə, o, yalançıdır,+ çünki gördüyü qardaşını sevməyən+ adam görmədiyi Allahı sevə bilməz.+ 21  Ondan aldığımız əmr budur: Allahı sevən qardaşını da sevməlidir.+

Haşiyələr

Hərfən: ruha.