Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Yəhya 1:1—10

MÜNDƏRİCAT

  • Həyat kəlamı (1—4)

  • Nurda yerimək (5—7)

  • Günahları etiraf etmək (8—10)

1  O, əzəldən var idi, biz onu eşitmişik, gözlərimizlə görmüşük, onu müşahidə etmişik və ona əllərimizlə toxunmuşuq. O, həyat kəlamıdır.+  Bəli, həyat açıq-aşkar zühur etdi, biz Atanın yanında olmuş və bizə açıq-aşkar göstərilmiş əbədi həyatı+ gördük. Biz onun haqqında şəhadət edir+ və sizə ondan danışırıq.  Görüb-eşitdiyimiz şeyləri sizə çatdırırıq+ ki, siz də bizimlə vəhdətdə* olasınız. Bu vəhdətimiz həm də Ata və Onun Oğlu İsa Məsihlədir.+  Bütün bunları sevincimiz tam olsun deyə, yazırıq.  Ondan eşidib sizə bildirdiyimiz xəbər budur: Allah nurdur+ və Onda zərrə qədər də qaranlıq yoxdur.  Əgər biz: «Onunla vəhdətdəyik», — deyib qaranlıqda yeriyiriksə, onda yalan danışır və həqiqət yolunda yerimirik.+  O, nurda olduğu kimi, biz də nurda yeriyiriksə, deməli, bir-birimizlə vəhdətdəyik və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir.+  Əgər: «Bizdə günah yoxdur», — deyiriksə, onda özümüzü aldadırıq+ və qəlbimizdə həqiqət yoxdur.  Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq və bizi hər cür əyrilikdən təmizləyəcək.+ 10  Əgər: «Günah işləməmişik», — deyiriksə, Onu yalançı edirik və Onun sözü qəlbimizdə yoxdur.

Haşiyələr

Yaxud müştərək.