Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Timutiyə 6:1—21

MÜNDƏRİCAT

  • Qullar ağalarına hörmət etsinlər (1, 2)

  • Saxta müəllimlər və pulpərəstlik (3—10)

  • Allah bəndəsi üçün göstərişlər (11—16)

  • Xeyirli işlərdə zəngin olun (17—19)

  • Əmanəti qoru (20, 21)

6  Qoy köləlik boyunduruğu altında olanlar sahiblərinə böyük hörmətlə+ yanaşsınlar ki, Allahın adı və təlimi bədnam edilməsin.+  Ağaları imanda olan qullar isə qardaşdır deyə, onlara hörmətsiz yanaşmasınlar. Əksinə, qoy onlar daha da canla-başla xidmət etsinlər, axı onların yaxşı xidmətindən yararlananlar elə öz əziz iman qardaşlarıdır. Bundan sonra da dediyim bu şeyləri öyrət və nəsihət elə.  Əgər kimsə başqa bir təlimi yayırsa və Ağamız İsa Məsihdən gələn sağlam nəsihətə+ və möminliklə uzlaşan təlimlə razılaşmırsa,+  deməli, o qürrələnib, heç nəyi dərk etmir,+ mübahisə və söz davası xəstəliyinə tutulub.+ Bütün bunların axırı paxıllıq, münaqişə, böhtan, bədgümanlıqdır.  Bunlar əqlən pozğun+ və həqiqətdən məhrum adamların boş şey üstündə axırı olmayan mübahisələrinə gətirib çıxarır. Onlar möminliyi qazanc mənbəyi hesab edirlər.+  Düzdür, möminlik böyük qazanc mənbəyidir,+ bir şərtlə ki, insan nəyi varsa, ona qane olsun.  Axı biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq.+  Buna görə də yeməyimiz, paltarımız* varsa, bunlara qane olacağıq.+  Ancaq varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər,+ insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar.+ 10  Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərinə çoxlu əzab çəkdirmişlər*.+ 11  Sən isə, ey Allah bəndəsi, belə şeylərdən qaç. Salehliyə, möminliyə, imana, məhəbbətə, mətinliyə və mülayimliyə can at.+ 12  İman uğrunda gedən şanlı mübarizədə şücaətlə döyüş və əbədi həyatdan bərk yapış. Sən bu həyata dəvət almısan və ona inandığını gözəl bir şəkildə çoxlarının qarşısında bəyan etmisən. 13  Ponti Pilatın+ qarşısında gözəl şəhadət vermiş Məsih İsanın və hər şeyə həyat verən Allahın önündə sənə əmr edirəm: 14  Ağamız İsa Məsihin zühurunadək+ sənə verdiyim əmrlərə mükəmməl və qüsursuz şəkildə riayət et. 15  Xoşbəxt və yeganə hakimiyyət sahibi təyin olunmuş vaxtda zühur edəcək. O, padşahlar Padşahı və ağalar Ağasıdır,+ 16  ölməzliyə yeganə malik olan,+ əlçatmaz nurda yaşayan,+ insanlardan heç kəsin görmədiyi və görə bilmədiyi kəsdir.+ Qoy izzət və əzəmət əbədiyyən onun olsun! Amin. 17  Bu dövrdə* varlı olanlara əmr et ki, təkəbbürlü olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox,+ həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar.+ 18  Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli olsunlar, əl tutmağa hazır olsunlar,+ 19  əsil həyatdan bərk-bərk yapışmaqdan ötrü özləri üçün salamat qalacaq xəzinə yığsınlar,+ yəni gələcək üçün möhkəm təməl qoysunlar.+ 20  Ey Timuti, sənə verilmiş əmanəti qoru,+ müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən və saxta bilikdən doğan ziddiyyətli fikirlərdən uzaq dur.+ 21  Bəziləri belə biliyi nümayiş etdirərək imandan döndülər. Qoy Allahın lütfü sizə yar olsun.

Haşiyələr

Yaxud qalmağa yerimiz. Hərfən: örtüyümuz.
Yaxud özlərini başdan-ayağa yaralamışlar.