Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Timutiyə 4:1—16

MÜNDƏRİCAT

  • Cinlərin təlimlərilə bağlı xəbərdarlıq (1—5)

  • Məsihin nümunəvi xidmətçisi (6—10)

    • Fiziki məşq və möminlik (8)

  • Verdiyin təlimə diqqət yetir (11—16)

4  Allahın ruhu aydın deyir ki, gələcəkdə bəziləri aldadıcı vəhylərə+ və cinlərin təlimlərinə qulaq asıb imandan dönəcək,  vicdanlarına, sanki, dağ basılmış yalançıların+ riyakarlığının təsiri altına düşüb yoldan çıxacaqlar.  Bu ikiüzlülər evlənməyi qadağan edir,+ Allahın yaratdığı nemətləri yeməyi yasaq edirlər.+ Hərçənd Allah bu nemətləri yaradıb+ ki, imanı olan və həqiqəti dəqiq bilən adamlar onları şükranla yesinlər.+  Allahın yaratdığı hər şey gözəldir+ və şükranla yeyilən heç bir şey rədd edilməməlidir,+  çünki Allahın sözü ilə və ondan ötrü edilən dua ilə paklanıb.  Qardaşlara bu məsləhətləri verməklə sən Məsih İsanın nümunəvi bir xidmətçisi olduğunu, imanın və riayət etdiyin mükəmməl təlimin sözləri ilə bəsləndiyini göstərəcəksən.+  Qoca qarıların danışdığı nağıllara bənzəyən, yalanla, küfrlə dolu rəvayətləri isə rədd et,+ mömin insan olmaq üçün var gücünlə çalış*.  Axı fiziki məşqin faydası o qədər də çox deyil, möminlik isə hər cəhətdən faydalıdır, çünki o, həm indiki, həm də gələcək həyatımız üçün nemətlər vəd edir.+  Bu sözlər doğrudur və tam etimada layiqdir. 10  Bu səbəbdən biz zəhmət çəkir və var gücümüzlə çalışırıq,+ çünki ümidimizi hər cür insanın,+ ələlxüsus da sadiq adamların Xilaskarına,+ var olan Allaha bağlamışıq. 11  Bunları daima tələb et və öyrət. 12  Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın. Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol. 13  Mən gələnədək özünü Müqəddəs Yazıları camaat qarşısında oxumağa,+ öyüd-nəsihət və təlim verməyə həsr et. 14  Ağsaqqallar şurası sənin üzərinə əllərini qoyanda peyğəmbərlik vasitəsilə sənə verilən ənama laqeyd yanaşma.+ 15  Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün. 16  Özünə və verdiyin təlimə həmişə diqqət yetir.+ Bunlardan bərk-bərk yapış, çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən.+

Haşiyələr

Hərfən: məşq et.