Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Timutiyə 1:1—20

MÜNDƏRİCAT

  • Salamlar (1, 2)

  • Saxta müəllimlərlə bağlı xəbərdarlıq (3—11)

  • Bulusa göstərilmiş lütf (12—16)

  • Əbədiyyət Padşahı (17)

  • Şanlı mübarizəni davam etdir (18—20)

1  Xilaskarımız Allahın və ümidimiz Məsih İsanın+ əmri ilə Məsih İsanın həvarisi olan Bulusdan  iman yolunda doğma balam olan+ Timutiyə*+ məktub. Atamız Allahdan və Ağamız Məsih İsadan gələn lütf, mərhəmət və sülh sənə yar olsun.  Mən Makedoniyaya getməyə hazırlaşarkən səni Efesdə qalmağa təşviq etdiyim kimi, indi də təşviq edirəm ki, orada qalıb bəzilərinə yad təlimləri öyrətməyi,  uydurma rəvayətlərə+ və nəsil şəcərələrinə baş qoşmağı qadağan edəsən.+ Bunlar vaxt itirməkdən başqa bir şey deyil, ancaq fərziyyələr doğurur. Belə şeylərin imanı möhkəmləndirmək üçün Allahın verdiyi şeylərlə heç bir əlaqəsi yoxdur.  Bu göstərişin məqsədi odur ki, hamımızda sidqi-ürəkdən gələn, təmiz vicdandan və riyasız imandan doğan+ məhəbbət olsun.+  Bəziləri bunlardan uzaqlaşıb boş-boş söhbətlərə baş qoşmuşlar.+  Onların könlündən qanun müəllimi olmaq+ keçir, ancaq nə öz dediklərindən, nə də israrla iddia etdikləri şeylərdən başları çıxmır.  Biz bilirik ki, düzgün tətbiq edilərsə, Qanun yaxşıdır.  Axı Qanun saleh adamlar üçün yox, qanunsuz,+ asi, allahsız, günahkar, sədaqətsiz, müqəddəs şeyləri heç yerinə qoyan adamlar üçün, qatillər, o cümlədən ata-ana qatilləri, 10  əxlaqsız, kişibaz, insan oğruları, yalançı, andı pozan* və sağlam təlimə+ zidd gedən işlərlə məşğul olan adamlar üçün verilib. 11  Bu sağlam təlim xoşbəxt Allahın mənə əmanət etdiyi şanlı müjdəsinə müvafiqdir.+ 12  Mənə güc verən Ağamız Məsih İsaya minnətdaram, çünki o, məni sadiq bilərək mənə xidmət həvalə edib.+ 13  Hərçənd əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim və çox azğın adam idim.+ Bütün bunlara baxmayaraq, mənə mərhəmət göstərildi, çünki mən cahil və imansız olduğum üçün belə hərəkət edirdim. 14  Ancaq mən imanla və Məsih İsadan duyduğum məhəbbətlə yanaşı, Rəbbin lütfünü də bol-bol daddım. 15  Bu sözlər doğru və tam etimada layiqdir: Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi.+ O günah sahiblərindən ən betəri də mənəm.+ 16  Buna baxmayaraq, mənə mərhəmət göstərildi ki, Məsih İsa mənim, ən betər günahkarın üzərində bütün səbrini nümayiş etdirsin və mən əbədi həyata qovuşmaq üçün+ ona iman gətirəcək adamlara örnək olum. 17  Qoy izzət və şərəf sonsuzadək əbədiyyət Hökmdarının,+ ölməz+, gözəgörünməz+ və tək olan Allahın+ olsun! Amin. 18  Oğlum, Timuti, sənə bu göstərişi sənin barəndə edilən peyğəmbərliklərə uyğun olaraq verirəm. Belə ki, onların sayəsində şanlı mübarizəni davam etdirəsən,+ 19  imanını və təmiz vicdanını+ qoruyasan. Bəziləri öz vicdanını tapdamış və imanları gəmi kimi qəzaya uğramışdır. 20  Himeney+ və Aleksandr da belələrindəndir. Onları Şeytana təslim etdim+ ki, bu cəzadan ibrət götürüb küfr etməyi tərgitsinlər.

Haşiyələr

Mənası: Allaha şərəf gətirən.
Yaxud yalandan and içən.