Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salonikililərə 5:1—28

MÜNDƏRİCAT

  • Yehovanın gününün gəlişi (1—5)

    • «Sülh və təhlükəsizlik!» (3)

  • Oyaq qalıb ayıq olaq (6—11)

  • Nəsihətlər (12—24)

  • Salam-dua (25—28)

5  Qardaşlar, zamanlara və müddətlərə gəlincə, sizə nə isə yazmağa lüzum yoxdur.  Siz yaxşı bilirsiniz ki, Yehovanın günü+ gecə gələn oğru kimi gələcək.+  İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadını qəfildən doğum sancıları tutduğu kimi, onlar da qəfil məhvə uğrayacaqlar+ və heç cürə xilas ola bilməyəcəklər.  Qardaşlar, siz isə zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın.  Axı siz hamınız nurun və gündüzün oğullarısınız.+ Biz nə gecəyə, nə də zülmətə məxsusuq.+  Buna görə də gəlin başqaları kimi yatmayaq,+ oyaq qalıb+ ayıq olaq.+  Yatan adam adətən gecə yatır, sərxoşluq edən də gecə içib sərxoş olur.+  Biz isə gündüzə məxsus olduğumuz üçün ayıq qalmalı, iman və məhəbbət zirehini geyməli, xilas ümidini dəbilqə kimi başımıza qoymalıyıq.+  Çünki Allah bizi qəzəbə düçar olmaq üçün yox, Ağamız İsa Məsih vasitəsilə xilasa yetişmək üçün seçib.+ 10  İsa bizim uğrumuzda öldü+ ki, istər oyaq olaq, istərsə də yatmış olaq*, onunla birlikdə yaşayaq.+ 11  Buna görə də indi olduğu kimi, bundan sonra da bir-birinizə təsəlli verin+ və bir-birinizi möhkəmləndirin. 12  Qardaşlar, sizdən rica edirik ki, aranızda zəhmət çəkənlərə, Ağanın işində sizə rəhbərlik edənlərə və sizə nəsihət verənlərə hörmət göstərəsiniz, 13  çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət bəsləyəsiniz.+ Bir-birinizlə mehriban olun.+ 14  Həm də qardaşlar, sizdən rica edirik, nizam-intizamı pozanlara xəbərdarlıq edin*,+ qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin.+ 15  Diqqət yetirin ki, heç kim pisliyə pisliklə cavab verməsin,+ həmişə bir-birinizə və başqalarına yaxşılıq etməyə can atın.+ 16  Daim sevinin.+ 17  Həmişə dua edin.+ 18  Hər şeyə görə təşəkkür edin.+ Çünki Allah sizi, Məsih İsanın davamçılarını bu cür görmək istəyir. 19  Ruhun alovunu söndürməyin.+ 20  Peyğəmbərliklərə həqarətlə yanaşmayın.+ 21  Hər şeyin doğru olub-olmadığını yoxlayın,+ yaxşı şeydən ikiəlli yapışın. 22  Hər cür pislikdən uzaq durun.+ 23  Qoy sülh mənbəyi Allah sizi büsbütün müqəddəs etsin. Qardaşlar, qoy Ağamız İsa Məsihin hüzuru* zamanı sizin bədəniniz, ruhunuz və bütün varlığınız hər cəhətdən sağlam və qüsursuz olsun.+ 24  Sizi çağıran vəfalıdır. O, bunu mütləq edəcək. 25  Qardaşlar, bizim üçün həmişə dua edin.+ 26  Bütün qardaşları saf öpüşlə salamlayın. 27  Sizi Ağaya and verirəm, elə edin ki, bu məktub bütün qardaşlara oxunsun.+ 28  Ağamız İsa Məsihin lütfü sizə yar olsun.

Haşiyələr

Yaxud ölüm yuxusuna gedək.
Yaxud nəsihət verin.
Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.