Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salonikililərə 3:1—13

MÜNDƏRİCAT

  • Bulusun nigarançılığı; Afinada gözləməyi (1—5)

  • Timutinin gətirdiyi xəbər Bulusa təsəlli verir (6—10)

  • Bulus salonikililərdən ötrü dua edir (11—13)

3  Bu səbəbdən daha buna tab gətirə bilmədiyimiz üçün fikirləşdik ki, Afinada+ tək qalsaq, yaxşı olar.  Buna görə də imanınızla bağlı sizi möhkəmləndirmək və sizə təsəlli vermək üçün Məsih haqqındakı müjdənin təbliği işində Allahın xidmətçisi* olan qardaşımız Timutini+ yanınıza göndərdik ki,  bu əziyyətlər heç kəsin imanını sarsıtmasın. Axı siz bilirsiniz ki, bütün bunlar bizimlə baş verməlidir.+  Yanınızda olanda da bütün bu əziyyətlərin baş verəcəyindən sizi xəbərdar edirdik. Bildiyiniz kimi, belə də oldu.+  Buna görə də daha buna dözə bilmədim, sizin sədaqətiniz barədə xəbər tutmaq üçün yanınıza adam göndərdim,+ qorxurdum ki, birdən İblis sizi yoldan çıxarar+ və zəhmətimiz hədər gedər.  Təzəlikcə yanınızdan qayıdan Timuti+ sizin sədaqətiniz və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O həmçinin söylədi ki, bizi həmişə xoş sözlərlə yad edirsiniz və biz sizin həsrətinizi çəkdiyimiz kimi, siz də bizim həsrətimizi çəkirsiniz.  Qardaşlar, sıxıntı və əzab-əziyyət içində olduğumuz bir vaxtda həm sizin özünüz, həm də sədaqətiniz bizə təsəlli gətirdi.+  Çünki Ağanın yolunda mətanətlə yeriməyiniz bizə qol-qanad verir.  Allahımızın qarşısında bizə bəxş etdiyiniz böyük sevincin müqabilində Ona nə qədər şükür etsək, yenə də azdır. 10  Üzünüzü görmək və imanınızda çatışmayan cəhətləri düzəltmək üçün gecə-gündüz Allaha var gücümüzlə, hərarətlə yalvarırıq.+ 11  Qoy Atamız Allah və Ağamız İsa yanınıza gəlmək üçün yolumuzu açıq etsin. 12  Sizə duyduğumuz məhəbbət aşıb-daşdığı kimi, qoy Ağa sizin də bir-birinizə+ və bütün insanlara olan məhəbbətinizi artırıb bol etsin. 13  Və Ağamız İsanın bütün müqəddəsləri ilə birlikdə hüzuru* zamanı+ Atamız Allahın qarşısında+ ürəyinizi əzmli, qüsursuz və müqəddəs etsin.

Haşiyələr

Digər variant: Allahın əməkdaşı.
Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.