Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salonikililərə 2:1—20

MÜNDƏRİCAT

  • Bulusun Salonikidə xidməti (1—12)

  • Salonikililər Allahın sözünü qəbul etdilər (13—16)

  • Bulus onları görmək arzusundadır (17—20)

2  Qardaşlar, siz yaxşı bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmayıb.+  Sizə məlumdur ki, biz Filippidə+ çox əziyyət çəkdik və təhqir olunduq. Lakin Allahımız bizi cəsarətləndirdi ki, güclü müqavimətə* baxmayaraq, Onun müjdəsini sizə çatdıraq.+  Sizə verdiyimiz nəsihət yanlış bir fikirdən, yaxud çirkin niyyətdən doğmur, onda yalan yoxdur.  Allah bizə müjdəni həvalə etməyi münasib bildi. Buna görə də biz insanları yox, ürəyimizi yoxlayan Allahı razı salmaq üçün danışırıq.+  Siz bilirsiniz ki, biz sizə heç vaxt yaltaqlanmamışıq, yaxud iç üzünü gizlədən tamahkarlar kimi olmamışıq.+ Buna Allah da şahiddir!  Biz heç bir insandan: nə sizdən, nə də başqalarından şan-şöhrət ummamışıq, halbuki Məsihin həvariləri olaraq, boynunuzda yük olub sizi xərcə sala bilərdik.+  Əksinə, biz sizinlə körpələrini əmizdirib əzizləyən ana kimi nəvazişlə davranmışıq.  Sizi sevdiyimiz üçün sizə nəinki Allahın müjdəsini çatdırmağa, hətta öz canımızı da verməyə hazır olmuşuq,+ axı siz bizə çox əziz idiniz.+  Qardaşlar, sözsüz ki, çəkdiyimiz ağır zəhməti xatırlayırsınız. Biz sizə Allahın müjdəsini təbliğ edəndə heç birinizə yük olmamaq üçün gecə-gündüz işləyirdik.+ 10  Allah da, siz də şahidsiniz ki, bizlər siz imanlılarla münasibətdə necə sədaqətli, saleh və qüsursuz olmuşuq. 11  Bunu da yaxşı bilirsiniz ki, biz sizinlə ata öz övladları ilə davrandığı kimi, davranırdıq:+ sizə nəsihət, təsəlli verir, məzəmmət edirdik.+ 12  Bunu ona görə edirdik ki, siz həmişə sizi Öz Padşahlığına+ və calalına dəvət edən Allaha+ layiq həyat sürəsiniz.+ 13  Buna görə də biz daima Allaha şükür edirik,+ çünki siz bizdən eşitdiyiniz Allahın sözünü insan sözü kimi deyil, əslində, necə var elə, Allahın sözü kimi qəbul etdiniz. Bu söz siz imanlılarda fəaliyyət göstərir. 14  Qardaşlar, siz Allahın Məsih İsa ilə vəhdətdə olan Yəhudiyyədəki yığıncaqlarına bənzəyirsiniz. Çünki yəhudilər onlara necə zülm edirdilərsə, siz də öz soydaşlarınızdan belə zülm görürsünüz.+ 15  Yəhudilər Ağamız İsanı və peyğəmbərləri öldürmüş,+ bizi də təqib etmişlər.+ Onlar nə Allahı razı salır, nə də insanların rifahını düşünürlər, 16  başqa xalqlardan olan adamların xilas olması üçün onlara təbliğ edəndə bizə əngəl törətməyə çalışırlar.+ Beləcə, günahlarının üstünə günah əlavə edirlər. Lakin axır ki, onlar Allahın qəzəbinə tuş gəldilər.+ 17  Qardaşlar, biz qısa müddət sizdən ayrı düşdük. Sizdən uzaqda olsaq da, siz həmişə qəlbimizdə olmusunuz. Çox arzulayırdıq ki, üzünüzü görək. Bunun üçün əlimizdən gələni edirdik. 18  Buna görə də biz, daha doğrusu, mən Bulus, iki dəfə yanınıza gəlmək istəmişəm, amma Şeytan hər dəfə yolumuzu kəsib. 19  Ağamız İsanın hüzuru* zamanı, onun qarşısında bizim ümidimiz, sevincimiz, fəxr tacımız siz deyilsinizmi?+ 20  Bəli, bizim şərəfimiz də, sevincimiz də sizsiniz.

Haşiyələr

Digər variant: çoxlu mübarizələrə.
Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.