Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salonikililərə 1:1—10

MÜNDƏRİCAT

  • SALAMLAR (1)

  • Bulus salonikililərin imanına görə şükür edir (2—10)

1  Bulus, Silvan*+ və Timutidən+ Atamız Allahla və Ağamız İsa Məsihlə vəhdətdə olan salonikililərin yığıncağına məktub. Allahdan gələn lütf və sülh sizə yar olsun!  Hamınızı dualarımızda yad edib daima Allaha şükür edirik.+  İmandan irəli gələn işinizi, məhəbbətlə çəkdiyiniz zəhməti və Ağamız İsa Məsihə olan ümiddən+ doğan dözümünüzü Atamız Allahın qarşısında həmişə anırıq.  Allahın sevimliləri, əziz qardaşlar! Biz bilirik ki, sizi Allah seçib,  axı təbliğ etdiyimiz müjdə sizə yalnız sözlə yox, qüdrətlə, müqəddəs ruhla və güclü əminliklə çatmışdı. Aranızda olarkən sizin rifahınız üçün necə davrandığımızı özünüz də yaxşı bilirsiniz.  Siz bizi və Ağanı örnək tutdunuz,+ çoxlu əziyyətlərə baxmayaraq,+ Allahın sözünü müqəddəs ruhun hasil etdiyi sevinclə qəbul etdiniz  və bununla Makedoniya və Axayyadakı* bütün imanlılara nümunə oldunuz.  Yehovanın sözü sizin vasitənizlə tək Makedoniyaya və Axayyaya çatmayıb, Allaha olan imanınız bütün aləmə yayılıb,+ belə ki, bizim nə isə deməyimizə ehtiyac yoxdur.  Sizinlə ilk tanışlığımızı və var olan tək bir Allaha qulluq etmək üçün bütlərdən necə əl çəkdiyinizi+ onların özləri danışırlar. 10  Allaha tərəf həm də ona görə döndünüz ki, Onun diriltdiyi Oğlunun, bizi qarşıdan gələn qəzəbdən qurtaracaq İsanın göydən+ gəlişini gözləyəsiniz.+

Haşiyələr

Digər adı Sila.
Cənubi Yunanıstanda yerləşən Roma əyaləti. Paytaxtı Roma şəhəri idi.