Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 9:1—44

MÜNDƏRİCAT

  • Sürgündən qayıdanların nəsil şəcərəsi (1—34)

  • Talutun şəcərəsi təkrarlanır (35—44)

9  Bütün israillilər nəsil şəcərəsində qeyd olunmuşdu və bu, İsrail padşahlarının kitabında yazılmışdır. Yəhuda sədaqətsizliyinə görə Babilə sürgün edilmişdi.+  Öz şəhərlərindəki torpaqlarına qayıdan ilk sakinlər bəzi israillilər, kahinlər, lavililər və məbəd qulluqçuları idi.+  Yəhuda+, Binyamin+, Əfraim və Mənəssə övladlarından da bəziləri Yerusəlimdə məskunlaşdılar:  Yəhuda oğlu Farəsin+ övladlarından Bənninin kötücəsi, İmrinin nəticəsi, Omrinin nəvəsi, Amihudun oğlu Utay.  Şilolulardan* ailənin böyük oğlu Əsyah və onun oğulları.  Zarah+ övladlarından Yəil və onların 690 qardaşı.  Binyamin övladlarından: Həssənuhun nəticəsi, Xudaviyyənin nəvəsi, Məşullamın oğlu Sallu,  Yərahimin oğlu İbni, Mixri oğlu Uzzinin oğlu İlah, İbniyyənin nəticəsi, Ruilin nəvəsi, Şəfətayın oğlu Məşullam.  Nəsil şəcərəsində onların 956 qardaşı qeydə alınmışdı. Onların hamısı nəsil başçıları idi. 10  Kahinlərdən: Yaday, Yəhuyarib, Yakin,+ 11  Əzriya (Əzriya Xilqiyyənin, Xilqiyyə Məşullamın, Məşullam Sadığın, Sadıq Məryutun, Məryut Allahın evində başçılardan biri olan Əxitubun oğlu idi), 12  Məlkiyyənin nəticəsi, Fəşhurun nəvəsi, Yərahimin oğlu Aday, Məassay (Məassay Adailin, Adail Yəhzəranın, Yəhzəra Məşullamın, Məşullam Məşməlitin, Məşməlit İmmirin oğlu idi) 13  və onların qardaşları. İgid, bacarıqlı, hamısı nəsil başçısı olan bu adamların sayı 1760 nəfər idi. Onlar Allahın evində xidmət edirdilər. 14  Lavililərdən: Merar övladlarından Həşbiyyənin nəticəsi, Əzriqəmin nəvəsi, Həşşubun oğlu Şəmay;+ 15  Bəqbəqər, Hərəş, Qalal; Asəfin nəticəsi, Zəkrinin nəvəsi, Mikənin oğlu Mətənyah; 16  Yaditunun nəticəsi, Qalalın nəvəsi, Şəmayın oğlu Əbdiya; nətufahlıların kəndlərində+ yaşayan Əlqəna oğlu Asanın oğlu Bərxiya. 17  Darvaza keşikçiləri+ bunlar idi: Səllum, Aqqub, Təlmun, Əximan. Onların qohumu Səllum başçı idi 18  və o vaxta qədər o, şərqdəki padşah darvazasında dururdu.+ Bunlar lavililərin düşərgə keşikçiləri idi. 19  Qarunun nəticəsi, Əbiasəfin nəvəsi, Qorənin oğlu Səllum və onun nəslindən olan qohumları qarunlular xidmət işinə nəzarət edir, çadırın keşiyini çəkirdilər. Onların ataları Yehovanın düşərgəsinin girişində keşikçi olmuşdular. 20  O vaxtlar onların başçısı Əlyazar+ oğlu Fənhas+ idi. Yehova onunla idi. 21  Məşələmya oğlu Zəkəriyyə+ Hüzur çadırının girişində keşikçilik etmişdi. 22  Astanalarda keşik çəkməyə təyin olunanların sayı 212 nəfər idi. Hamısı nəsil şəcərələrinə+ müvafiq olaraq, öz kəndlərində yaşayırdılar. Davudla görücü+ İşmuil bu işi onlara etibar etdi. 23  Onlar və oğulları Yehovanın evinin, çadırın* girişində keşik çəkirdilər.+ 24  Onlar dörd tərəfdə — şərq, qərb, şimal və cənub tərəfdə dururdular.+ 25  Qardaşları yaşadıqları yerlərdən növbə ilə yeddi günlüyə onlarla xidmət etməyə gəlirdilər. 26  Lavililərdən dörd keşikçibaşına Allahın evindəki otaqlar* və xəzinə etibar olunmuşdu.+ 27  Onlar gecəni Allahın evinin ətrafındakı mövqelərində keçirirdilər, çünki onlara keşikçilik işi həvalə olunmuşdu. Açar onlarda olurdu və hər səhər məbədi açırdılar. 28  Onlardan bəziləri xidmət zamanı işlədilən əşyalara baxırdılar,+ onları içəri aparıb-gətirəndə sayırdılar. 29  Bəziləri isə qalan əşyalara, müqəddəs əşyalara+, narın una+, şəraba+, yağa+, kündürə+ və balzama+ görə cavabdeh idilər. 30  Kahin oğullarından bəziləri balzamdan ətirli yağ düzəldirdilər. 31  Lavililərdən qarunlu Səllumun ilk oğlu Məttəsyah sacda nazik çörəklərin bişirilməsinə+ nəzarət edirdi. 32  Onların kəhatlılardan olan bəzi qardaşları üst-üstə qoyulan çörəklərin*+ hər şənbə hazırlanmasına nəzarət edirdilər.+ 33  Bunlar məzmur oxuyanlar, lavililərin nəsil başçıları idilər və otaqlarda* otururdular. Başqa məsuliyyətlərdən azad idilər, çünki gecə-gündüz iş başında olmalı idilər. 34  Mənşələrinə görə nəsil başçıları olan bu lavililər Yerusəlimdə yaşayırdılar. 35  Gibyonun atası Yaəl Gibyonda+ yaşayırdı. Arvadının adı Məkah idi. 36  Onun oğulları bunlar idi: ilk oğlu Əbdun, ondan sonra Sur, Kiş, Baal, Nur, Nadab, 37  Cədur, Əxyu, Zəkəriyyə və Miqlot. 38  Miqlot Şimyamın atası idi. Onların hamısı qardaşları ilə birlikdə Yerusəlimdə digər qardaşlarının yanında yaşayırdılar. 39  Nurun+ Kiş adında, Kişin Talut+ adında, Talutun Yonatan+, Məlkişu+, Əbunədəb+ və İşbaal adında oğlu oldu. 40  Yonatanın Merib-Baal+ adında, Merib-Baalın Mikə adında oğlu oldu.+ 41  Mikənin oğulları bunlar idi: Fisun, Məlik, Təxri və Əhəz. 42  Əhəzin Yara adında, Yaranın Əlimət, Əzmut və Zümri adında oğlu oldu. Zümrinin Mosa adında, 43  Mosanın Binəya adında, Binəyanın Rəfay adında, Rəfayın İlyasah adında, İlyasahın Azil adında oğlu oldu. 44  Azilin altı oğlu var idi: Əzriqəm, Bəhru, İsmayıl, Şəariyyə, Əbdiya və Hənan. Bunlar Azilin oğulları idi.

Haşiyələr

Burada Şilo şəhərinin sakinləri yox, Yəhudanın üçüncü oğlu Salehin övladları nəzərdə tutulur. Yr 46:12 ayəsinə bax.
Hərfən: çadır evinin.
Yaxud yemək otaqları.
Yəni hüzur çörəyinin.
Yaxud yemək otaqlarında.