Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 7:1—40

MÜNDƏRİCAT

7  Yəsakirin oğulları bunlar idi: Tohla, Fuəh, Yəşub, Şimrun.+ Cəmi dörd oğul.  Tohlanın oğulları bunlar idi: Uzzi, Rəfay, Əriil, Yəhma, İbsam və Şamuil. Hamısı nəsil başçıları idi. Tohladan törəyənlər igid döyüşçülər idi. Davudun dövründə onların sayı 22 600 nəfər idi.  İzrəhya Uzzinin oğlu idi. İzrəhyanın oğulları bunlar idi: Mikayıl, Əbdiya, Yuil, İşya. Onların beşi də başçı idi.  Onlarla orduda mənşələrinə, nəsillərinə görə döyüşə yararlı 36 000 döyüşçü var idi. Çünki onların nəsillərində çoxlu arvadlar və oğlan uşaqları var idi.  Onların bütün Yəsakir nəsillərindən olan qardaşları igid döyüşçülər idi. Nəsil şəcərəsində qeyd olunduğu kimi, onların sayı 87 000 nəfər idi.+   Binyaminin+ oğulları bunlar idi: Bələh+, Bəkir+, Yədail+. Cəmi üç nəfər.  Bələhin oğulları bunlar idi: Əzbun, Uzzi, Üzziil, Ərimut, İri. Bu beş nəfər nəsil başçısı və igid döyüşçü idi. Onların nəsil şəcərəsində 22 034 nəfər qeyd olunmuşdu.+  Bəkirin oğulları bunlar idi: Zəmrah, Yuəş, Əlyəzər, İlyənay, Omri, Ərəmut, Əbiyya, Ənatut, Əlimət. Bunların hamısı Bəkirin oğulları idi.  Onların nəsil şəcərəsində mənşələrinə görə, nəsil başçılarına görə 20 200 igid döyüşçü qeyd olunmuşdu. 10  Bilhən Yədailin+ oğlu idi. Bilhənin oğulları bunlar idi: Yəuş, Binyamin, Əhud, Kənanah, Zətan, Tarşiş, Əxsəhər. 11  Bunlar nəsil başçılarına görə Yədail övladlarıdır. Onların arasında döyüşə çıxmağa hazır 17 200 nəfər igid döyüşçü var idi. 12  İrin+ oğulları Şuffim və Huffim idi. Xuşlular Axirin övladları idi. 13  Niftalının oğulları bunlar idi:+ Yəhzil, Quni, Yasir və Səllum. Bunlar Bəlhənin övladları idi.+ 14  Əsriil Mənəssənin+ oğlu idi. Onu arami cariyə doğmuşdu. (Bu qadın Giladın atası Mahiri+ doğmuşdu. 15  Mahir Huffimə və Şuffimə arvad aldı. Bacılarının adı Məkah idi.) İkinci oğlu Səlövhəd+ idi. Səlövhədin yalnız qızları var idi.+ 16  Mahirin arvadı Məkah ona oğul doğdu və adını Fərəş qoydu. Qardaşının adı Sarəs idi. Onun oğulları Ulam və Rəqim idi. 17  Ulamın oğlu Bədan idi. Bunlar Mənəssə oğlu Mahirin oğlu Giladın oğulları idi. 18  Giladın bacısı Məlikə idi. Məlikənin İşhud, Əbusər və Məhla adlı uşaqları oldu. 19  Şəmidin oğulları bunlar idi: Əxyan, Siham, Liqhi və Ənyam. 20  Şütəlah+ Əfraimin+ oğlu idi. Onun oğlu Bərəd, onun oğlu Tahat, onun oğlu İlyada, onun oğlu Tahat, 21  onun oğlu Zəbad, onun oğlu Şütəlah idi. İsər və İlyad da Əfraimin oğulları idi. O torpağın yerli sakinləri olan catlılar+ onları öldürdülər, çünki onların mal-qarasını aparmağa gəlmişdilər. 22  Ataları Əfraim uzun müddət yas saxladı. Qardaşları təsəlli vermək üçün onun yanına gəlirdilər. 23  Sonra o, arvadı ilə yaxınlıq etdi və arvadı hamilə qalıb oğul doğdu. Oğlunun adını Bərya* qoydu, çünki arvadı onu evlərinə bəla gələn vaxt doğmuşdu. 24  Onun qızı Şərah idi. O, Aşağı və Yuxarı Beyt-Hurunu+ və Üzzən-Şərahı tikmişdi. 25  Rəfah və Reşef Əfraimin övladları idi. Reşefin oğlu Təlah, onun oğlu Təhan, 26  onun oğlu Ladan, onun oğlu Amihud, onun oğlu Əlşama, 27  onun oğlu Nun, onun oğlu Yuşə+ idi. 28  Onların torpaqları və yaşadıqları ərazilər bunlar idi: Beytel+ və ətraf şəhərlər, şərqdə Naharan, qərbdə Cəzər və ətraf şəhərlər, Siham və ətraf şəhərlər, həmçinin Ayyaha* və ətraf şəhərlərə qədər olan ərazi; 29  Mənəssə övladlarının sərhədinin yanında Beyt-Şəən+ və ətraf şəhərlər, Tanaq+ və ətraf şəhərlər, Megiddo+ və ətraf şəhərlər, Dor+ və ətraf şəhərlər. Burada İsrail oğlu Yusifin övladları yaşayırdı. 30  Aşirin övladları bunlar idi: İmnah, İşva, Yişvi, Bərya+ və onların bacıları Səra.+ 31  Bəryanın oğulları Habir və Birzəyitin atası Məlkiil idi. 32  Habirin oğulları bunlar idi: Yaflət, Somir və Hotam. Şua onların bacısı idi. 33  Yaflətin oğulları bunlar idi: Fəsaq, Bimhal və Əşvaz. Onlar Yaflətin oğulları idi. 34  Səmirin* oğulları bunlar idi: Əxi, Rugah, Xubba və Aram. 35  Qardaşı Hələmin* oğulları bunlar idi: Sofah, İmna, Şəliş və Amal. 36  Sofahın oğulları bunlar idi: Suah, Harnəfər, Şual, Biri, İmrah, 37  Bəsər, Hud, Şamma, Şilşah, İfran və Biyir. 38  Yatirin oğulları bunlar idi: Yufənna, Fispa və Əra. 39  Ullanın oğulları bunlar idi: Ərah, Hənail və Riza. 40  Bunların hamısı Aşirin oğulları idi. Onlar nəsil başçısı, say-seçmə igid döyüşçü və başçıların başçısı idi. Onların nəsil şəcərəsində+ döyüşə yararlı 26 000 nəfər+ qeyd olunmuşdu.

Haşiyələr

Mənası: bəla ilə.
Digər variant: Qəzzəyə. Bu, Filiştdəki Qəzzə deyil.
32-ci ayədə Somir.
 Görünür, bu, 32-ci ayədə adı çəkilən Hotamdır.