Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 6:1—81

MÜNDƏRİCAT

6  Lavinin+ oğulları bunlar idi: Hirsən, Kəhat+ və Merar.+  Kəhatın oğulları bunlar idi: İmran, İshar+, Həbrun və Üzziil+.  İmranın+ övladları bunlar idi: Harun+, Musa+ və Məryəm+. Harunun oğulları bunlar idi: Nadab, Abihu+, Əlyazar+ və İsamar+.  Əlyazarın Fənhas+ adında oğlu oldu. Fənhasın Abişu,  Abişunun Buqqi, Buqqinin Uzzi,  Uzzinin Zarahya, Zarahyanın Məryut,  Məryutun Əmariyyə, Əmariyyənin Əxitub+,  Əxitubun Sadıq+, Sadığın Əximas+,  Əximasın Əzriya, Əzriyanın Yuhənna, 10  Yuhənnanın Əzriya adında oğlu oldu. O, Süleymanın Yerusəlimdə tikdiyi məbəddə kahin idi. 11  Əzriyanın Əmariyyə, Əmariyyənin Əxitub, 12  Əxitubun Sadıq+, Sadığın Səllum, 13  Səllumun Xilqiyyə+, Xilqiyyənin Əzriya, 14  Əzriyanın Sərəyah+, Sərəyahın Yəhusadiq+ adında oğlu oldu. 15  Yehova Navuxodonosorun əli ilə Yəhuda və Yerusəlim əhalisini sürgünə göndərəndə Yəhusadiq də onların arasında idi. 16  Lavinin oğulları bunlar idi: Hirsəm*, Kəhat və Merar. 17  Hirsəmin oğullarının adları Libni və Şimay idi.+ 18  Kəhatın oğulları bunlar idi: İmran, İshar, Həbrun və Üzziil.+ 19  Merarın oğulları Məhli və Muşi idi. Lavililərin nəsil başçılarının adları:+ 20  Hirsəmin övladları:+ Libni, onun oğlu Yahəs, onun oğlu Zimmah, 21  onun oğlu Yuah, onun oğlu İddu, onun oğlu Zarah, onun oğlu Yətray. 22  Kəhatın övladları: Əminədab, onun oğlu Qarun+, onun oğlu Əsir, 23  onun oğlu Əlqəna, onun oğlu Əbiasəf+, onun oğlu Əsir, 24  onun oğlu Tahat, onun oğlu Uriil, onun oğlu Üziyyə, onun oğlu Şaul. 25  Əlqənanın oğulları: Əməsay və Əximut. 26  Əlqənanın övladları: Sofay, onun oğlu Nəhat, 27  onun oğlu Əlyab, onun oğlu Yərahim, onun oğlu Əlqəna+. 28  İşmuilin+ oğulları: ilki Yuil, ikincisi Əbiyya.+ 29  Merarın övladları: Məhli,+ onun oğlu Libni, onun oğlu Şimay, onun oğlu Üzzah, 30  onun oğlu Şima, onun oğlu Həqqiya, onun oğlu Əsyah. 31  Əhd sandığı Yehovanın evinə gətiriləndən sonra Davud orada məzmur oxuyanlar üzərində rəhbərlər təyin etmişdi.+ 32  Süleyman Yerusəlimdə Yehovanın evini tikənə qədər+ onlar Müqəddəs çadırın, yəni Hüzur çadırının önündə məzmur oxuyurdular. Hər biri ona həvalə olunan vəzifəni yerinə yetirməklə xidmətini icra edirdi.+ 33  Oğulları ilə birgə xidmət edənlər bunlar idi: kəhatlılardan məzmur oxuyan Himan+. Himan Yuilin+, Yuil İşmuilin, 34  İşmuil Əlqənanın+, Əlqəna Yərahimin, Yərahim Əliilin, Əliil Toahın, 35  Toah Sufun, Suf Əlqənanın, Əlqəna Mahatın, Mahat Əməsayın, 36  Əməsay Əlqənanın, Əlqəna Yuilin, Yuil Əzriyanın, Əzriya Səfənyanın, 37  Səfənya Tahatın, Tahat Əsirin, Əsir Əbiasəfin, Əbiasəf Qarunun, 38  Qarun İsharın, İshar Kəhatın, Kəhat Lavinin, Lavi İsrailin oğlu idi. 39  Himanın yanında qardaşı Asəf+ dururdu. Asəf Bərxiyanın, Bərxiya Şimanın, 40  Şima Mikayılın, Mikayıl Bəəssənin, Bəəssə Məlkiyyənin, 41  Məlkiyyə İsninin, İsni Zarahın, Zarah Adayın, 42  Aday İtanın, İtan Zimmahın, Zimmah Şimayın, 43  Şimay Yahəsin, Yahəs Hirsəmin, Hirsəm Lavinin oğlu idi. 44  Solda qardaşları Merar+ övladlarından İtan dururdu.+ İtan Qişinin, Qişi Əbdənin, Əbdə Məlluxun, 45  Məllux Həşbiyyənin, Həşbiyyə Amisayın, Amisay Xilqiyyənin, 46  Xilqiyyə Amsinin, Amsi Bənninin, Bənni Səmirin, 47  Səmir Məhlinin, Məhli Muşinin, Muşi Merarın, Merar Lavinin oğlu idi. 48  Onların qardaşları lavililərə Allahın evindəki, Müqəddəs çadırdakı bütün işlər həvalə olunmuşdu.+ 49  Harun və oğulları+ İsrailin günahlarının kəffarəsi üçün+ Allahın qulu Musanın verdiyi bütün əmrlərə uyğun olaraq, son dərəcə müqəddəs şeylərlə əlaqədar bütün işləri yerinə yetirir, yandırma qurbangahında+ və buxur qurbangahında+ qurban tüstüsü təqdim edirdilər. 50  Harunun övladları:+ Əlyazar+, onun oğlu Fənhas, onun oğlu Abişu, 51  onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zarahya, 52  onun oğlu Məryut, onun oğlu Əmariyyə, onun oğlu Əxitub+, 53  onun oğlu Sadıq+, onun oğlu Əximas. 54  Onların yaşadığı və düşərgə saldığı torpaqlar bunlardır. İlk püşk Kəhat nəslindən olan Harun övladlarına düşdü. 55  Yəhuda torpağında olan Həbrunla+ ətraf otlaqları onlara verildi. 56  Lakin şəhərin torpaq sahələri və kəndləri Yufənna oğlu Kalibə verildi.+ 57  Harunun oğullarına sığınacaq şəhərlər*+ kimi Həbrun+, eləcə də Libna+ ilə otlaqları, Yəttir+, İştima ilə otlaqları,+ 58  Xiləzlə otlaqları, Dəbirlə+ otlaqları, 59  Aşanla+ otlaqları, Beyt-Şəmslə+ otlaqları, 60  Binyamin qəbiləsinin torpağından Giba+ ilə otlaqları, Əlimət ilə otlaqları və Ənatutla+ otlaqları verildi. Onların nəsillərinin ümumilikdə on üç şəhəri var idi.+ 61  Qalan kəhatlılara digər qəbilənin nəslinin və Mənəssə qəbiləsinin yarısının torpaqlarından püşklə on şəhər verildi.+ 62  Nəsillərinə görə hirsəmlilərə Yəsakir, Aşir, Niftalı qəbilələrinin torpaqlarından və Mənəssə qəbiləsinin Başandakı torpağından on üç şəhər verildi.+ 63  Nəsillərinə görə merarlılara Rubən, Cad və Zəbulun qəbilələrinin torpaqlarından püşklə on iki şəhər verildi.+ 64  Beləcə, israillilər lavililərə otlaqları ilə birlikdə bu şəhərləri verdilər.+ 65  Bundan əlavə, onlara püşklə Yəhuda, Şəmun və Binyamin qəbilələrinin torpaqlarından adları sadalanan bu şəhərlər verildi. 66  Kəhat nəsillərindən bir qisminə Əfraim qəbiləsinin torpağından şəhərlər verildi.+ 67  Onlara sığınacaq şəhərlər* kimi Əfraim dağlıq bölgəsində Sihamla+ otlaqları, eləcə də Cəzərlə+ otlaqları, 68  Yuğmimlə otlaqları, Beyt-Hurunla+ otlaqları, 69  Ayalonla+ otlaqları, Cat-Rimmunla+ otlaqları verildi. 70  Qalan Kəhat nəsillərinə Mənəssə qəbiləsinin yarısının torpağından Anerlə otlaqları və Bilamla otlaqları verildi. 71  Hirsəmlilərə bu şəhərlər verildi: Mənəssə qəbiləsinin yarısının torpağından Başanda Qulan+ ilə otlaqları və Əştərutla otlaqları,+ 72  Yəsakir qəbiləsinin torpağından Qədəslə otlaqları, Dəbrətlə otlaqları,+ 73  Ramutla otlaqları, Anemlə otlaqları, 74  Aşir qəbiləsinin torpağından Maşalla otlaqları, Əbdunla otlaqları,+ 75  Huqoqla otlaqları, Rəhubla+ otlaqları, 76  Niftalı qəbiləsinin torpağından Cəlilədə+ Qədəslə+ otlaqları, Həmmunla otlaqları və Kiryataimlə otlaqları. 77  Qalan merarlılara bu şəhərlər verildi: Zəbulun qəbiləsinin torpağından+ Rimmunu ilə otlaqları, Taburla otlaqları, 78  Rubən qəbiləsinin torpağından İordan bölgəsində, Əriha yaxınlığında, İordanın şərqində çöllükdə yerləşən Bəsərlə otlaqları, Yahasla+ otlaqları, 79  Kədimutla+ otlaqları, Mehpatla otlaqları. 80  Cad qəbiləsinin torpağından Giladda Ramutla otlaqları, Mahanayimlə+ otlaqları, 81  Həşbunla+ otlaqları və Yazirlə+ otlaqları.

Haşiyələr

1-ci ayədə Hirsən.
Digər variant: şəhər (Yş 21:13 ayəsinə əsasən).
Digər variant: şəhər (Yş 21:21 ayəsinə əsasən).