Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 5:1—26

MÜNDƏRİCAT

  • Rubən övladları (1—10)

  • Cad övladları (11—17)

  • Həcərilər məğlub edilir (18—22)

  • Mənəssə qəbiləsinin yarısı (23—26)

5  İsrailin ilki Rubən+ idi. O, ilk oğul olsa da, atasının yatağını ləkələdiyi üçün+ ilk oğulluq haqqı İsrail oğlu Yusifin oğullarına verilmişdi.+ Beləliklə, o, nəsil şəcərəsində ilk oğulluq haqqıyla qeydə alınmadı.  Yəhuda+ qardaşlarından üstün olsa da, rəhbər ondan gəlsə də,+ ilk oğulluq haqqı Yusifə məxsus idi.  İsrailin ilki Rubənin oğulları bunlar idi: Hənuq, Fəllu, Həsrun və Qarmi.+  Şəmay Yuilin oğlu idi. Onun oğlu Yəcuc, onun oğlu Şimay,  onun oğlu Mikə, onun oğlu Rəya, onun oğlu Baal,  onun oğlu Biyirah idi. Onu Aşşur padşahı Tiqlatpalasar+ əsir aparmışdı. O, rubənlilərin başçısı idi.  Onun nəsil şəcərəsində ailələrinə görə, mənşələrinə görə qardaşları bunlar idi: başçı Yaəl, Zəkəriyyə 8  və Yuilin nəticəsi, Şəmanın nəvəsi, Əzazın oğlu Bələh. O, Aruirdə+, Nəba və Baal-Məuna+ qədər olan ərazidə yaşayırdı.  Şərqdə onun torpaqları Fərat çayı+ sahilindəki çöllüyün başlanğıcına qədər idi. Çünki onların sürüləri Gilad torpağında+ çox artmışdı. 10  Talutun dövründə onlar həcərilərlə müharibə edib onları məğlub etmişdilər. Beləcə, onlar Giladdan şərqdəki bütün torpaqlarda çadır qurub məskən saldılar. 11  Onların yanında, Səlxəyədək+ Başan diyarında Cad övladları yaşayırdı. 12  Yuil başçı idi, ondan sonra Şafam gəlirdi, Yanay və Şafat da Başanda başçı idilər. 13  Onların nəsillərindən olan qohumları bunlar idi: Mikayıl, Məşullam, Səba, Yuray, Yakan, Ziya, Abir. Cəmi yeddi nəfər. 14  Bunlar Abihailin oğulları idi. Abihail Xurinin, Xuri Yuryahın, Yuryah Giladın, Gilad Mikayılın, Mikayıl Yəşişayın, Yəşişay Yəhdunun, Yəhdu Buzun oğlu idi. 15  Quni oğlu Əbdiilin oğlu Əxi onların nəsil başçısı idi. 16  Onlar Giladda+, Başanda+ və onun ətraf şəhərlərində, bütün Şaron otlaqlarının ərazisində yaşayırdılar. 17  Onların adları Yəhuda padşahı Yutəmin+ və İsrail padşahı Ərubamın*+ dövründə nəsil şəcərələrində qeyd olundu. 18  Rubənlilər, cadlılar və Mənəssə qəbiləsinin yarısının döyüşə qabil, qılınc-qalxan tutan, yay-kamanla silahlanmış 44 760 igid döyüşçüsü var idi. Onların hamısı hərbi təlim keçmişdi. 19  Onlar həcərilərlə+, Yəturla, Nafişlə+ və Nədubla müharibə etmişdilər. 20  Müharibədə kömək aldıqlarından həcəriləri və onların müttəfiqlərini məğlub etmişdilər. Onlar müharibə vaxtı Allahdan imdad diləmişdilər, Allah da Ona güvəndikləri üçün+ onların yalvarışına cavab vermişdi. 21  Onların heyvanlarını — 50 000 dəvə, 250 000 qoyun, 2000 eşşək ələ keçirmiş, 100 000 nəfər adamı əsir götürmüşdülər. 22  O vaxt çoxlu adam həlak olmuşdu. Çünki müharibəni Allah aparırdı.+ Onlar sürgünə qədər öz yurdlarında yaşadılar.+ 23  Mənəssə qəbiləsinin yarısı+ Başan diyarından Baal-Hərmuna, Sənirə və Hərmun dağına+ qədər olan torpaqlarda yaşayırdı. Onların sayı-hesabı yox idi. 24  Onların nəsil başçıları bunlar idi: İfər, Yişi, Əliil, Əzriil, Ərəmya, Xudaviyyə, Yəhdil. Onlar igid döyüşçülər, adlı-sanlı adamlar, nəsil başçıları idilər. 25  Amma ata-babalarının Allahına sədaqətsizlik etdilər, Allahın onların önündə məhv etdiyi ölkə xalqlarının allahları ilə Ona xəyanət etdilər.+ 26  Buna görə İsrailin Allahı Aşşur padşahı+ Pülün (Aşşur padşahı Tiqlatpalasar)+ ürəyində niyyət oyatdı, o, rubənliləri, cadlıları və Mənəssə qəbiləsinin yarısını Halaha, Habora, Haraya və Qozan çayının sahilinə sürgün etdi.+ Onlar bu günədək oradadırlar.

Haşiyələr

II Ərubam.