Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 4:1—43

MÜNDƏRİCAT

  • Yəhudanın digər övladları (1—23)

    • Yabəsin duası (9, 10)

  • Şəmun övladları (24—43)

4  Yəhudanın oğulları bunlar idi: Farəs+, Həsrun+, Qarmi, Xur+ və Şubal+.  Şubalın oğlu Rəyanın Yahəs adında, Yahəsin Axumay və Lahad adında oğlu oldu. Bunlar sorahlıların+ nəsilləri idi.  Etamın+ atasının* oğulları bunlar idi: Yizrail, İsma, İdbəs (bacılarının adı Həsləlpəna idi),  Cədurun atası Fənuil və Huşahın atası İsər. Bunlar Əfratın ilk oğlu, Beytləhmin+ atası Xurun+ oğulları idi.  Təquhun+ atası Aşhurun+ Həla və Nara adında iki arvadı var idi.  Nara ona Əhuzzəmi, Həfəri, Təməni və Axaştarı doğdu. Bunlar Naranın oğulları idi.  Həladan doğulan oğullar bunlar idi: Sərit, İshar və İtan.  Quzun övladları bunlar idi: Ənub, Sobba və Harum oğlu Əhrailin nəsli.  Yabəs qardaşları içində ən hörmətlisi idi. Anası: «Onu ağrı içində doğdum», — deyərək adını Yabəs* qoymuşdu. 10  Yabəs İsrailin Allahını çağırıb dedi: «Nə olar, mənə xeyir-dua ver, torpağımı genişləndir, mənə dayaq ol, xata-baladan məni uzaq et». Allah onun diləyini yerinə yetirdi. 11  Şuhahın qardaşı Kəlubun Mehir adında oğlu oldu. Mehir Əstunun atası idi. 12  Əstunun Beytrəfa, Fasih və Təhinnah adında oğulları oldu. Təhinnah İr-Nahaşın atası idi. Bunlar rəqahlılar idi. 13  Qənazın oğulları Üsniil+ və Sərəyah idi. Üsniilin Xətat adında oğlu var idi. 14  Məhnutayın Öfra adında oğlu oldu. Sərəyahın Yuab adında oğlu oldu. Yuab Cəhərşimin* atası idi. Onlar sənətkar olduqlarından şəhər belə adlanırdı. 15  Yufənna oğlu Kalibin+ oğulları bunlar idi: İru, İlah və Naam. İlahın Qənaz adında oğlu var idi. 16  Yəhalilin oğulları bunlar idi: Zif, Zifah, Tirya və Əsaril. 17  Əzranın oğulları bunlar idi: Yatir, Mered, İfər və Yalun. O* hamilə qalıb ona Məryəmi, Şammayı və İştimanın atası İşbanı doğdu. 18  (Onun yəhudi arvadı Cədurun atası Yərədi, Soqonun atası Habiri və Zənahın atası Yəqusəili doğdu.) Bunlar Meredin arvadı firon qızı Bidiyyənin oğulları idi. 19  Nahamın bacısı, Hudyanın arvadının oğulları geremli Qəylanın və məkati İştimanın atası idi. 20  Şəmunun oğulları bunlar idi: Əmnun, Rinna, Bənhənan və Tilon. Yişinin oğulları Zöhət və Bənzöhət idi. 21  Yəhudanın oğlu Salehin+ övladları bunlar idi: Ləcahın atası Əir, Məraşın atası Ladah, Əşbiya nəslindən zərif parça toxuyan ustaların ailələri, 22  Yuqim, kəzbalılar, Yuəş, Səraf (bunlar muabi arvadlar almışdılar), Yəşubləhm. Bu məlumat qədim yazılardan götürülüb. 23  Onlar Nətaim və Cədərədə yaşayan dulusçular idilər, orada yaşayıb padşah üçün işləyirdilər. 24  Şəmunun+ oğulları bunlar idi: Nəmuil, Yəmin, Yarib, Zarah, Şaul.+ 25  Şaulun oğlu Səllum, Səllumun oğlu Mibşam, Mibşamın oğlu Mişma idi. 26  Mişmanın övladları bunlar idi: Həmuil, onun oğlu Zəqqur, onun oğlu Şimay. 27  Şimayın on altı oğlu, altı qızı var idi; qardaşlarınınsa bu qədər oğlu yox idi. Onların heç birinin ailəsində Yəhudanın oğullarında olduğu qədər oğlan yox idi.+ 28  Onların yaşadığı yerlər bunlar idi: Biir-Səba+, Molad+, Hazar-Şual+, 29  Bəlhə, Əzəm+, Tolad, 30  Bətuil+, Horma+, Sığlaq+, 31  Beyt-Mərəkbut, Hazar-Suzim+, Beyt-Biri və Şəraim. Bu şəhərlər Davudun padşahlıq etdiyi vaxta qədər onların idi. 32  Onların yaşayış məskənləri bunlar idi: Etam, Ayin, Rimmun, Tükən və Aşan+. Cəmi beş şəhər. 33  Onların bu şəhərlər ətrafında olan yaşayış məskənləri Baala qədər uzanırdı. Bu, onların nəsil şəcərəsi və yaşadığı yerlərin adlarıdır. 34  Şəmunun nəsil şəcərəsinə bunlar da daxildir: Meşobab, Yəmlək, Amisay oğlu Yuşəh, 35  Yuil, Əsailin nəticəsi, Sərəyahın nəvəsi, Yuşibyanın oğlu Yəhu, 36  İlyənay, Yaqubah, Yəşuhay, Əsyah, Adail, Yəsmiil, Bənayi, 37  Ziza (Ziza Şifinin, Şifi Allunun, Allun Yadayın, Yaday Şimrinin, Şimri Şəmayın oğlu idi). 38  Adları sadalanan bu adamlar nəsil başçıları idilər; onların nəsli artıb-çoxalmışdı. 39  Onlar sürülərinə otlaq axtara-axtara vadinin şərqinə, Cədur şəhərinin girişinə qədər gəlib çıxmışdılar. 40  Axırda gömgöy otlaqlar tapdılar. O diyar geniş, sakit və dinc yer idi. Əvvəllər orada Hamın+ nəslindən olanlar yaşayırdı. 41  Adları qeydə alınan bu adamlar Yəhuda padşahı Hizqiyyənin+ dövründə ora gəlib orada yaşayan hamlıların və məunların çadırlarını dağıtdılar, hamısını qırıb kökünü kəsdilər və torpaqlarında məskunlaşdılar, çünki orada sürüləri üçün otlaqlar var idi. 42  Şəmunlulardan 500 nəfər Yişi oğulları Fəlatinin, Nəryanın, Rəfayın və Üzziilin başçılığı altında Sair dağına+ gedib 43  sağ qalan əmaliqələri+ qırdılar və orada məskən saldılar. Onlar bu günədək orada yaşayırlar.

Haşiyələr

Bu fəsildə bəzi adlar insan yox, yer adlarıdır. Belə hallarda ata sözü bani mənasında işlənir.
Ehtimal ki, Yabəs adı ibrani dilində ağrı mənasını verən sözlə əlaqəlidir.
Mənası: sənətkarlar vadisi.
Görünür, bu, 18-ci ayədə adı çəkilən Bidiyyədir.