Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 3:1—24

MÜNDƏRİCAT

  • Davudun övladları (1—9)

  • Davudun padşah sülaləsi (10—24)

3  Davudun Həbrunda doğulan oğulları bunlar idi:+ ilkini yizrailli Ahnaamdan+ doğulan Əmnun+, ikincisi karmelli Abiqayildən+ doğulan Dənyal,  üçüncüsü Qəşur padşahı Talmayın qızı Məkahdan doğulan Absalam+, dördüncüsü Haqqitdən doğulan Əduniyyə+,  beşincisi Abitaldan doğulan Şəfətay, altıncısı arvadı İqlədən doğulan İsram.  Davudun bu altı oğlu Həbrunda doğulmuşdu. Davud orada yeddi il altı ay, Yerusəlimdə isə otuz üç il hakimiyyət sürmüşdü.+  Davudun Yerusəlimdə doğulan uşaqları bunlar idi:+ Əmailin qızı Badsəbadan+ doğulan dörd oğlu — Şima, Şobab, Natan+ və Süleyman+.  Digər doqquz oğlu: İbhar, Əlşama, Əlfəlit,  Nuğa, Nafiq, Yafya,  Əlşama, Əlyada və Əlfəlit.  Cariyələrin oğullarından başqa Davudun bütün oğulları bunlar idi. Onların Tamar adında bacısı var idi.+ 10  Süleymanın oğlu Rəhabam+, onun oğlu Əbiyya+, onun oğlu Asa+, onun oğlu Yəhuşafat+, 11  onun oğlu Yəhuram+, onun oğlu Əhəzya+, onun oğlu Yuəs+, 12  onun oğlu Amisay+, onun oğlu Əzriya+, onun oğlu Yutəm+, 13  onun oğlu Əhəz+, onun oğlu Hizqiyyə+, onun oğlu Mənəssə+, 14  onun oğlu Amun+, onun oğlu Yuşiyyə+ idi. 15  Yuşiyyənin oğulları bunlar idi: ilki Yuhənna, ikincisi Yəhyakim+, üçüncüsü Sidqiyyə+, dördüncüsü Səllum. 16  Yəkunya+ Yəhyakimin oğlu idi, Sidqiyyə Yəkunyanın oğlu idi. 17  Əsirliyə aparılmış Yəkunyanın oğulları bunlar idi: Şəəltiil, 18  Məlkiram, Fəday, Sinəzzər, Yəqmiyyə, Huşam və Nədəbya. 19  Fədayın oğulları Zərubabil+ və Şimay idi. Zərubabilin oğulları Məşullam və Hənaniyyə idi. (Səlimət onların bacısı idi.) 20  Digər beş oğlu — Haşub, Ohil, Bərxiya, Həsədi, Yuşab-Həsəd. 21  Hənaniyyənin oğulları Fəlati və Yaşay idi. Yaşayın oğlu Rəfay, Rəfayın oğlu Ərnan, Ərnanın oğlu Əbdiya, Əbdiyanın oğlu Səkənya idi. 22  Səkənyanın övladları Şəmay və onun oğulları Həttuş, Yəqəl, Bəryax, Nərya və Şafat idi. Cəmi altı nəfər. 23  Nəryanın oğulları bunlar idi: İlyənay, Hizqiya və Əzriqəm. Cəmi üç oğul. 24  İlyənayın oğulları bunlar idi: Xudaviyyə, Əlyasib, Fəlay, Aqqub, Yuhənna, Dəlay və Ənani. Cəmi yeddi oğul.

Haşiyələr