Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 27:1—34

MÜNDƏRİCAT

  • Padşahın məmurları (1—34)

27  Padşahın ordusunda qulluq edən İsrail bölüklərinə nəsil başçıları, minbaşılar, yüzbaşılar+ və bu bölüklərə xidmət edən zabitlər daxil idi.+ İlin hər ayında bir bölük növbə çəkirdi. Bölüklərin hər birində 24 000 adam var idi. Bölüklər bunlar idi:  İlin birinci ayında xidmət edən birinci bölüyə Zəbdiil oğlu Yəşubəm+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi.  O, Farəs+ övladlarından idi və birinci ay xidmət etməyə təyin olunan bölüyün bütün başçılarının böyüyü idi.  İkinci ay xidmət edən bölüyün başçısı əxuhili+ Doday+ idi. Bölüyə Miqlot rəhbərlik edirdi. Onun bölüyündə 24 000 adam var idi.  Üçüncü ay xidmət edən bölüyə böyük kahin Yəhyadayın+ oğlu Bənayi+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi.  Bənayi otuz igiddən biri idi və onların başçısı idi. Onun bölüyünə oğlu Amizabad başçılıq edirdi.  Dördüncü ay xidmət edən bölüyə Yuabın qardaşı Asail+ başçılıq edirdi. Ondan sonra oğlu Zəbədya gəlirdi. Onun bölüyündə 24 000 adam var idi.  Beşinci ay xidmət edən bölüyə izrəhyalı Şamhut başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi.  Altıncı ay xidmət edən bölüyə təquhlu+ İqəş oğlu İrah+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 10  Yeddinci ay xidmət edən bölüyə əfraimlilərdən fəlunlu Hələz+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 11  Səkkizinci ay xidmət edən bölüyə zarahlılardan+ huşahlı Sibbikay+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 12  Doqquzuncu ay xidmət edən bölüyə binyaminlilərdən ənatutlu+ Əbusər+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 13  Onuncu ay xidmət edən bölüyə zarahlılardan+ nətufahlı Məharay+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 14  On birinci ay xidmət edən bölüyə əfraimlilərdən firətunlu Bənayi+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 15  On ikinci ay xidmət edən bölüyə Üsniil nəslindən nətufahlı Həlday başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 16  İsrail qəbilələrinin rəhbərləri bunlar idi: rubənlilərdən Zəkri oğlu Əlyəzər, şəmunlulardan Məkah oğlu Şəfətay, 17  Lavi övladlarından Qamuil oğlu Həşbiyyə, Harun övladlarından Sadıq, 18  Yəhuda övladlarından Davudun qardaşı Əlihu+, Yəsakir övladlarından Mikayıl oğlu Omri, 19  Zəbulun övladlarından Əbdiya oğlu İsmaya, Niftalı övladlarından Əzriil oğlu Ərimut, 20  əfraimlilərdən Əzazi oğlu Huşə, Mənəssə qəbiləsinin yarısından Fəday oğlu Yuil, 21  Mənəssə qəbiləsinin Giladdakı yarısından Zəkəriyyə oğlu İddu, Binyamin övladlarından Abnur+ oğlu Yəsiil, 22  Dan övladlarından Yərahim oğlu Əzaril. Bunlar İsrail qəbilələrinin əmirləri idi. 23  Davud iyirmi və bundan aşağı yaşda olanları saymadı. Çünki Yehova vəd etmişdi ki, israillilərin sayını göydəki ulduzlar qədər çoxaldacaq.+ 24  Sərya oğlu Yuab israilliləri saymağa başladı, amma axıra qədər saymadı. Allahın İsrailə qəzəbi tutdu+ və bu say Davud padşahın tarixi kitabına daxil edilmədi. 25  Padşah xəzinəsinə+ Adail oğlu Əzmut nəzarət edirdi. Üziyyə oğlu Yonatan digər bölgələrdəki, şəhərlərdəki, kəndlərdəki və qalalardakı anbarlara nəzarət edirdi. 26  Torpağı əkib-becərən əkinçilərin nəzarətçisi Kəlub oğlu İzri idi. 27  Üzümlüklərə ramalı Şimay, şərab üçün yığılan üzüm məhsuluna isə şəfəmli Zəbdi nəzarət edirdi. 28  Şəfladakı+ zeytunluqlara və əncir ağaclarına+ cədərli Baalhənan, yağ anbarlarına Yuəş nəzarət edirdi. 29  Şaronda+ otarılan mal-qaraya şaronlu Şitray, dərədəki mal-qaraya isə Adlay oğlu Şafat nəzarət edirdi. 30  Dəvələrə ismayıllı Obil, eşşəklərə mərunutlu Yəhdiyyə, 31  qoyun-keçiyə həcəri Yəziz nəzarət edirdi. Davud padşahın əmlakına nəzarət edən adamlar bunlar idi. 32  Davudun qardaşı oğlu Yonatan+ ağıllı adam idi, o, məsləhətçi və katib idi. Həkmin oğlu Yəhyil padşah oğullarının+ lələsi idi. 33  Əxtufil+ padşahın məsləhətçisi idi. Arklı Xuşay+ padşahın dostu idi. 34  Əxtufildən sonra padşahın məsləhətçisi Bənayi+ oğlu Yəhyaday və Əbyatar+ oldu. Padşahın ordu başçısı Yuab+ idi.

Haşiyələr