Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 25:1—31

MÜNDƏRİCAT

  • Allahın evində xidmət üçün seçilmiş musiqiçilər (1—31)

25  Sonra Davud və məbəddəki xidmətə başçılıq edənlər Asəfin, Himanın və Yaditunun+ bir neçə oğlunu çəngin, telli alətlərin+ və sincin müşayiətilə peyğəmbərlik etmək üçün seçdi.+ Bu xidmətə təyin olunanlar bunlar idi:  Asəfin oğullarından Zəqqur, Yusif, Nəsəniyyə və Əşaril. Onlar ataları Asəfin tabeliyində idilər, Asəf də padşahın tabeliyi altında peyğəmbərlik edirdi.  Yaditun+ nəslindən, Yaditun oğullarından: Qədali, Səri, Yaşay, Şimay, Həşbiyyə, Məttəsyah+, altı nəfər. Onlar çəngin müşayiətilə peyğəmbərlik edən, Yehovaya həmd-səna söyləyən+ ataları Yaditunun tabeliyi altında idilər.  Himan+ nəslindən, Himan oğullarından: Buqyah, Mətənyah, Üzziil, Şəbuil, Ərimut, Hənaniyyə, Hənani, Əlyata, Cildət, Rüməmti-Əzər, Yuşbiqaşay, Məluti, Hutir, Məhəzyut.  Bunlar Himanın oğulları idi. Himan padşahın görücüsü idi və Allahın sözlərini bəyan edərək Onu şərəfləndirirdi. Allah da ona on dörd oğul və üç qız bəxş etmişdi.  Bütün bu adamlar atalarının başçılığı altında Yehovanın evində məzmur oxuyurdular. Onlar sinc, telli alətlər, çəng çalıb+ Allahın evində xidmət edirdilər. Asəf, Yaditun və Himan padşahın tabeliyində idi.  Yehovaya məzmur oxumaq üçün təlim almış bu adamların və onların qardaşlarının sayı 288 nəfər idi, onların hamısı peşəkar idi.  Onların hamısı, böyüyü də, kiçiyi də, peşəkarı da, şagirdi də növbələrini bilmək üçün püşk atdı.+  Püşkün nəticəsi belə oldu: birinci Asəf oğlu Yusif+, ikinci Qədali+ (o, qardaşları və oğulları, 12 nəfər), 10  üçüncü Zəqqur+, oğulları və qardaşları, 12 nəfər, 11  dördüncü İsri, oğulları və qardaşları, 12 nəfər, 12  beşinci Nəsəniyyə+, oğulları və qardaşları, 12 nəfər, 13  altıncı Buqyah, oğulları və qardaşları, 12 nəfər, 14  yeddinci Ərsila, oğulları və qardaşları, 12 nəfər, 15  səkkizinci Yaşay, oğulları və qardaşları, 12 nəfər, 16  doqquzuncu Mətənyah, oğulları və qardaşları, 12 nəfər, 17  onuncu Şimay, oğulları və qardaşları, 12 nəfər, 18  on birinci Əzaril, oğulları və qardaşları, 12 nəfər, 19  on ikinci Həşbiyyə, oğulları və qardaşları, 12 nəfər, 20  on üçüncü Şubail+, oğulları və qardaşları, 12 nəfər, 21  on dördüncü Məttəsyah, oğulları və qardaşları, 12 nəfər, 22  on beşinci Ərəmut, oğulları və qardaşları, 12 nəfər, 23  on altıncı Hənaniyyə, oğulları və qardaşları, 12 nəfər, 24  on yeddinci Yuşbiqaşay, oğulları və qardaşları, 12 nəfər, 25  on səkkizinci Hənani, oğulları və qardaşları, 12 nəfər, 26  on doqquzuncu Məluti, oğulları və qardaşları, 12 nəfər, 27  iyirminci Əlyata, oğulları və qardaşları, 12 nəfər, 28  iyirmi birinci Hutir, oğulları və qardaşları, 12 nəfər, 29  iyirmi ikinci Cildət+, oğulları və qardaşları, 12 nəfər, 30  iyirmi üçüncü Məhəzyut+, oğulları və qardaşları, 12 nəfər, 31  iyirmi dördüncü Rüməmti-Əzər+, oğulları və qardaşları, 12 nəfər.

Haşiyələr