Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 24:1—31

MÜNDƏRİCAT

  • Davud kahinləri 24 bölüyə ayırır (1—19)

  • Lavililərin digər təyinatları (20—31)

24  Harun övladlarının bölükləri bunlar idi: Harunun oğulları — Nadab, Abihu,+ Əlyazar və İsamar.+  Lakin Nadabla Abihu oğul sahibi olmadan atalarından əvvəl öldülər.+ Əlyazar+ və İsamar isə kahin kimi xidmət edirdi.  Davud Əlyazar övladlarından Sadıqla+ və İsamar övladlarından Əximəliklə birgə Harun övladlarını görəcəkləri işə görə bölüklərə ayırdı.  Əlyazar övladları arasında İsamar övladlarından çox başçı olduğu üçün onları belə böldülər: Əlyazar övladlarından nəsil başçısı on altı nəfər, İsamar övladlarından nəsil başçısı səkkiz nəfər.  Sonra onlar bu iki dəstəni püşklə böldülər.+ Çünki həm Əlyazar övladları, həm İsamar övladları arasından müqəddəs məkanda və Allahın hüzurunda xidmət edən rəhbərlər var idi.  Lavili katib Nəsnail oğlu Şəmay padşahın, əyanların, kahin Sadığın+, Əbyatar+ oğlu Əximəlikin+ və kahinlərlə lavililərin nəsil başçılarının önündə onların adını qeyd etdi. Bir nəsil Əlyazar övladlarından, bir nəsil İsamar övladlarından seçildi.  Püşkün nəticəsi belə oldu: birinci Yəhuyarib, ikinci Yaday,  üçüncü Harim, dördüncü Səurim,  beşinci Məlkiyyə, altıncı Miyəmin, 10  yeddinci Həqquz, səkkizinci Əbiyya+, 11  doqquzuncu Yeşu, onuncu Səkənya, 12  on birinci Əlyasib, on ikinci Yaqim, 13  on üçüncü Huffa, on dördüncü Yişbab, 14  on beşinci Bilgah, on altıncı İmmir, 15  on yeddinci Xəzir, on səkkizinci Həbzis, 16  on doqquzuncu Fəthi, iyirminci Hizqiyal, 17  iyirmi birinci Yakin, iyirmi ikinci Qamul, 18  iyirmi üçüncü Dəlay, iyirmi dördüncü Məazi. 19  Onlar İsrailin Allahı Yehovanın əcdadları Haruna əmr etdiyi kimi, Harunun verdiyi tapşırığa uyğun olaraq, bu sıra ilə Yehovanın evinə gedib öz vəzifələrini yerinə yetirməli idilər+. 20  Digər lavililər: İmran+ övladlarından Şubail+, Şubail oğullarından Yəhdiyyə, 21  Rəhabya+ nəslindən, Rəhabya oğullarından başçı İşya, 22  İshar övladlarından Səlamut+, Səlamut övladlarından Yahəs, 23  Həbrun övladlarından başçı Əryah+, ikinci Əmariyyə, üçüncü Yahəzil, dördüncü Yəqməm. 24  Üzziil övladlarından Mikə, Mikə oğullarından Samir. 25  İşya Mikənin qardaşı idi. İşya övladlarından Zəkəriyyə. 26  Merar+ oğulları: Məhli və Muşi. Yəziyyə övladlarından Bəno. 27  Merar övladlarından, Yəziyyə övladlarından Bəno, Şoham, Zəqqur və İbri. 28  Məhli oğullarından Əlyazar. Əlyazarın oğulları olmayıb.+ 29  Kiş nəslindən, Kiş oğullarından Yarəhmiil. 30  Muşi oğulları: Məhli, Ədər və Ərimut. Nəsillərinə görə Lavi övladları bunlar idi. 31  Onlar da qardaşları Harun övladları kimi, Davud padşahın, Sadığın, Əximəlikin və kahinlərlə lavililərin nəsil başçılarının önündə püşk atdılar.+ Böyük qardaşın nəsilləri ilə kiçik qardaşın nəsilləri bir tutuldu.

Haşiyələr