Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 22:1—19

MÜNDƏRİCAT

  • Davud məbəd üçün tədarük görür (1—5)

  • Davudun Süleymana vəsiyyəti (6—16)

  • Başçılar Süleymana kömək etməlidir (17—19)

22  Davud dedi: «Burada Yehova Allahın evi duracaq və İsrail üçün üzərində yandırma qurbanı gətiriləcək qurbangah olacaq».+  Sonra Davud İsrail məmləkətində yaşayan yadellilərin+ toplanmasını əmr etdi və onları Allahın evinin tikintisində daşkəsən təyin etdi. Onlar daş kəsməli və yonmalı idilər.+  O həmçinin qapı taylarının mıxları və rəzələri üçün külli miqdarda dəmir tədarük gördü, çəkiyə gəlməz qədər mis,+  saysız-hesabsız sidr tirləri+ yığdı. Sidonlular+ və surlular+ Davuda külli miqdarda sidr tirləri gətirmişdilər.  Davud dedi: «Oğlum Süleyman gənc və səriştəsizdir.+ Yehovaya tikiləcək ev isə möhtəşəm olmalıdır.+ Onun şöhrəti, əzəməti+ cümlə cahana yayılmalıdır.+ Oğlum üçün hazırlıq görməliyəm». Beləcə, Davud ömrünün sonuna kimi çoxlu hazırlıq gördü.  Bundan əlavə, oğlu Süleymanı yanına çağırıb ona İsrailin Allahı Yehovaya ev tikməyi vəsiyyət etdi.  Davud oğlu Süleymana dedi: «Mən çox istəyirdim ki, Allahım Yehovanın adına ev tikim.+  Amma Yehova mənə dedi: “Sən çoxlu qan tökmüsən, böyük müharibələr etmisən, önümdə yerə çoxlu qan axıtmısan. Buna görə sən Mənim adıma ev tikməyəcəksən.+  Sənin bir oğlun olacaq.+ O, sülh adamı olacaq, ona ətrafındakı bütün düşmənlərin əlindən dinclik verəcəyəm.+ Adı Süleyman* olacaq.+ Onun dövründə İsrailə sülh, əmin-amanlıq verəcəyəm.+ 10  Mənim adıma evi o tikəcək.+ O, Mənə oğul olacaq, Mən də ona ata olacağam.+ İsraildə onun taxt-tacını əbədi bərqərar edəcəyəm”.+ 11  Qoy Yehova sənə yar olsun, oğlum. İşin avand olsun, sənin haqqında dediyi kimi, Allahın Yehovanın evini inşa et.+ 12  Yehova sənə İsrail üzərində hakimiyyət verəndə qoy hikmət və dərrakə də versin ki,+ Allahın Yehovanın qanununa əməl edəsən.+ 13  Yehovanın Musa vasitəsilə İsrailə verdiyi qanunlara, hökmlərə dəqiqliklə əməl etsən,+ uğur qazanarsan.+ Cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə.+ 14  Bax, böyük zəhmətlə Yehovanın evi üçün 100 000 talant* qızıl, 1 000 000 talant gümüş, çəkiyə gəlməz qədər mis və dəmir yığmışam,+ tir-şalban, daş tədarük görmüşəm.+ Sən də bunların üstünə əlavə edəcəksən. 15  İxtiyarında çoxlu işçilər — daşkəsənlər, bənnalar,+ dülgərlər və hər cür peşəkar usta var.+ 16  Qızılın, gümüşün, misin, dəmirin çəkisi ölçüyə gəlməz.+ Qalx işə başla, qoy Yehova sənə yar olsun».+ 17  Sonra Davud bütün İsrail başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi: 18  «Allahınız Yehova sizinlədir, O, sizə hər tərəfdən dinclik verib. Bu ölkə sakinlərini mənə təslim edib. Ölkə Yehovaya və Onun xalqına tabedir. 19  Allahınız Yehovanı bütün ürəyinizlə, varlığınızla axtarmağa qərarlı olun,+ Yehova Allahın məskənini inşa etməyə başlayın ki,+ Yehovanın Əhd sandığını və Allahın müqəddəs əşyalarını Yehovanın adına tikilmiş evə+ gətirəsiniz».+

Haşiyələr

İbranicə sülh mənasını verən sözün kökündən əmələ gəlib.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.