Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 20:1—8

MÜNDƏRİCAT

  • Rabbah mühasirəyə alınır (1—3)

  • Filiştli pəhləvanlar öldürülür (4—8)

20  İlin əvvəlində*, padşahlar yürüşə çıxan vaxt Yuab+ hərbi səfərə çıxıb əmunilərin ölkəsini darmadağın etdi. O gəlib Rabbahı+ mühasirəyə aldı. Davud isə Yerusəlimdə qalmışdı.+ Yuab Rabbaha hücum edib şəhəri tar-mar etdi.+  Onda Davud Məlkumun başından qızıl tacı götürdü. Qızılın çəkisi bir talant* idi, tac daş-qaşla bəzədilmişdi. Tacı Davudun başına qoydular. O həm də şəhərdən çoxlu qənimət ələ keçirdi.+  Şəhərin əhalisini köçürdü. Onları daş kəsən mişarlarla, kəsici dəmir alətlərlə, baltalarla görülən işlərə təhkim etdi.+ Davud əmunilərin bütün şəhərlərində belə etdi. Axırda o, qoşunu ilə birlikdə Yerusəlimə qayıtdı.   Sonra Cəzərdə filiştlilərlə müharibə oldu. O vaxt huşahlı Sibbikay+ Rəfa övladlarından+ olan Sippayı öldürdü. Filiştlilər israillilərin tabeliyinə keçdi.  Yenə filiştlilərlə müharibə oldu. Yair oğlu İlkənan catlı Calutun+ qardaşı Lahmini öldürdü. Catlının nizəsinin sapı toxucu ağacı boyda idi.+  Catda+ yenə müharibə oldu. Orada pəzəvəng+ bir adam var idi. Onun ayaqları və əlləri altı barmaqlı idi, iyirmi dörd barmağı var idi. O da Rəfa övladlarından idi.+  O, İsrailə meydan oxuyurdu.+ Davudun qardaşı Şimanın+ oğlu Yonatan onu vurub öldürdü.  Bunlar Catdakı+ Rəfa övladlarından+ idi. Davudla adamları onları öldürdülər.

Haşiyələr

Yəni yazda.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.