Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 19:1—19

MÜNDƏRİCAT

  • Əmunilər Davudun qasidlərini təhqir edirlər (1—5)

  • Əmun və Aram üzərində qələbə (6—19)

19  Əmunilərin padşahı Nahaş öldü, onun yerinə oğlu taxta çıxdı.+  Davud dedi: «Nahaş vaxtikən mənə yaxşılıq eləmişdi.+ İndi gərək mən də onun oğlu Hanuna yaxşılıq edim». Davud Hanuna başsağlığı vermək üçün onun yanına qasidlər göndərdi. Lakin Davudun adamları Hanuna başsağlığı vermək üçün əmunilərin+ məmləkətinə gələndə  əmunilərin əmirləri Hanuna dedilər: «Elə bilirsən ki, Davud sənin atana hörmət elədiyi üçün başsağlığı göndərib? Davud xidmətçilərini casusluq etmək, ölkəni gözdən keçirib səni yıxmaq üçün göndərib».  Hanun Davudun adamlarının saqqalını qırxdı,+ paltarlarını qurşaqdan aşağı kəsib geri göndərdi.  Bunu Davuda xəbər verdilər. Davud onları qarşılamağa adam göndərdi, çünki onlar çox biabırçı halda idilər. Padşah onlara dedi: «Saqqalınız uzanana qədər Ərihada+ qalın, sonra gələrsiniz».  Əmunilər Davudu qəzəbləndirdiklərini anladılar. Onda Hanunla əmunilər İkiçayarasından*, Aram-Məkahdan və Sobahdan+ cəng arabaları və süvarilər gətirtmək üçün 1000 talant* gümüş muzd göndərdilər.  Beləcə, onlar 32 000 cəng arabasını, Məkah padşahı ilə adamlarını muzdla gətirtdilər. Sonra Mədəbənin+ önündə ordugah qurdular. Əmunilər şəhərlərindən gəlib bir yerə toplaşdılar və döyüşə çıxdılar.  Bu xəbər Davuda çatanda o, Yuabı+, bütün ordunu və igidləri davaya göndərdi.+  Əmunilər çıxıb şəhər darvazasının ağzında düzüldülər. Padşahlar isə ayrıca düzənlikdə durmuşdular. 10  Yuab hücum qüvvələrinin qabaqdan və arxadan onun üstünə gəldiyini görəndə İsrailin seçmə qoşunlarını ayırıb aramilərə qarşı düzdü.+ 11  O, ordunun qalan hissəsini qardaşı Abşaya+ tapşırdı. Onlar əmunilərə qarşı düzülməli idilər. 12  Yuab qardaşına dedi: «Əgər aramilər+ məni üstələsələr, sən mənə köməyə gələrsən, əgər əmunilər səni üstələsələr, mən sənə köməyə gələrəm. 13  Biz xalqımız və Allahımızın şəhərləri naminə mətin, cəsur olmalıyıq.+ Yehova da necə məsləhət bilərsə, elə edər». 14  Yuab qoşunu ilə aramilərin üstünə hücuma keçdi. Onlar onun önündən qaçdılar.+ 15  Əmunilər aramilərin qaçdığını görəndə Yuabın qardaşı Abşayın qabağından geri çəkilib şəhərə girdilər. Bundan sonra Yuab Yerusəlimə gəldi. 16  İsrail tərəfindən basılan aramilər çay* bölgəsində+, Hədadzərin ordu başçısı Şofaqın başçılığı altında olan aramiləri toplamaq üçün qasidlər göndərdilər.+ 17  Bunu Davuda xəbər verdilər. O, dərhal bütün İsraili toplayıb İordanı keçdi və aramilərin qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Aramilərlə döyüşmək üçün o, qoşununu döyüş nizamı ilə düzdü. Aramilər onunla döyüşdülər.+ 18  Ancaq aramilər İsrailin qabağından qaçdılar. Davud aramilərin 7000 arabaçısını və 40 000 piyada döyüşçüsünü qırdı, onların ordu başçısı Şofaqı öldürdü. 19  Hədadzərin xidmətçiləri İsrailə məğlub olduqlarını görəndə+ Davudla sülh bağlayıb ona tabe oldular.+ Aramilər bir daha əmunilərə kömək etmədilər.

Haşiyələr

Mesopotamiya.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Fərat çayı.