Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 18:1—17

MÜNDƏRİCAT

  • Davudun qələbələri (1—13)

  • Davudun əyan-əşrəfi (14—17)

18  Bir müddət sonra Davud filiştliləri məğlub edib onları özünə tabe etdirdi. Davud Catı+ və ətraf şəhərləri filiştlilərin əlindən aldı.+  Sonra muabiləri məğlub etdi.+ Muabilər Davuda tabe olub ona xərac verdilər.+  Sobah+ padşahı Hədadzər+ Fərat çayı bölgəsində öz hakimiyyətini bərpa etməyə gedərkən Davud Həməs+ yaxınlığında onu məğlub etdi.+  Davud onun 1000 arabasını, 7000 süvarisini və 20 000 piyada əsgərini əsir aldı.+ Sonra Davud 100 qoşqu atını saxlayıb qalanlarını şikəst etdi.+  Dəməşq aramiləri Sobah padşahı Hədadzərə köməyə gələndə Davud onların 22 000 döyüşçüsünü qırdı.+  Sonra Davud Dəməşq Aramına keşikçi dəstələri yerləşdirdi və aramilər Davuda tabe olub ona xərac verdilər. Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+  Bundan əlavə, Davud Hədadzərin xidmətçilərinin qızıl qalxanlarını götürüb Yerusəlimə apardı.  Davud Hədadzərin Tivhat və Kun şəhərlərindən külli miqdarda mis götürdü. Süleyman bundan mis çən+, sütunlar və əşyalar düzəltdi.+  Həməs padşahı Tuy eşitdi ki, Davud Sobah padşahı Hədadzərin bütün ordusunu məğlub edib.+ 10  Davuddan hal-əhval tutmaq, Hədadzərlə döyüşdə qalib gəlməsi münasibətilə onu təbrik etmək üçün dərhal oğlu Həduramı* onun yanına yolladı. (Çünki Hədadzər tez-tez Tuyla döyüşürdü.) O, Davuda qızıldan, gümüşdən, misdən bəxşişlər gətirdi. 11  Davud padşah bu bəxşişləri digər qızıl və gümüşlə birgə Yehova üçün ayırdı.+ Bu qızıl-gümüşü başqa xalqlardan: Ədumdan, Muabdan, əmunilərdən+, filiştlilərdən+, əmaliqələrdən+ qənimət götürmüşdü. 12  Sərya+ oğlu Abşay+ Duz vadisində 18 000 ədumini qırdı.+ 13  O, Ədumda keşikçi dəstələri yerləşdirdi. Ədumilər Davuda qulluq etməyə başladılar.+ Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+ 14  Davud bütün İsrail üzərində səltənət sürürdü.+ O, bütün xalqa haqq-ədalətlə rəhbərlik edirdi.+ 15  Sərya oğlu Yuab ordu başçısı idi.+ Əxilud oğlu Yəhuşafat+ salnaməçi idi. 16  Əxitub oğlu Sadıq və Əbyatar oğlu Əximəlik kahin idi, Şavşa isə katib idi. 17  Yəhyaday oğlu Bənayi kəritilərin+ və fələslilərin+ başçısı idi. Davudun oğlanları isə padşahdan sonra ikinci adam idilər.

Haşiyələr

2İş 8:10 ayəsində Yuram.