Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 17:1—27

MÜNDƏRİCAT

  • Məbədi Davud tikməyəcək (1—6)

  • Davudla padşahlıq barədə əhd (7—15)

  • Davudun şükran duası (16—27)

17  Davud öz evində məskunlaşdıqdan sonra Natan peyğəmbərə+ dedi: «Mən burada sidr ağacından olan evdə+ yaşayıram, Yehovanın Əhd sandığı isə çadırda qalır».+  Natan Davuda dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Allah səninlədir».  Həmin gecə Natana Allahın sözü nazil oldu:  «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Mənə yaşamaq üçün evi sən tikməyəcəksən.+  İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam. Daim çadırdan-çadıra, alaçıqdan-alaçığa köçmüşəm.+  İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum hakimlərin hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?”  Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan götürüb xalqım İsrailin başçısı qoymuşam.+  Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi edəcəyəm.+  Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi, zalımlar daha onları sıxışdırmayacaq.+ 10  Xalqım İsrail üzərində hakimlər qoyduğum günlərdən bəri olduğu kimi,+ bədxahlar daha onlara zülm etməyəcək. Bütün düşmənlərini məğlub edəcəyəm.+ Üstəlik, sənə deyirəm, Mən Yehova sənin sülaləni davamlı edəcəyəm. 11  Ömrün tamam olub əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra övladını, oğlanlarından birini ortaya çıxaracağam,+ onun taxt-tacını bərqərar edəcəyəm.+ 12  Mənim üçün evi o tikəcək.+ Mən də onun taxtını əbədi bərqərar edəcəyəm.+ 13  Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səndən əvvəlki padşahdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm.+ 14  Onu əbədilik evim və səltənətim üzərinə qoyacağam.+ Taxtı əbədi duracaq”».+ 15  Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi. 16  Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Yehova Allah! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 17  Pərvərdigara, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan.+ Məni daha böyük şərəfə layiq görürsən, ey Yehova Allah. 18  Bu şərəfin qarşısında Mən Davud daha nə deyə bilərəm? Sən ki bu qulunu yaxşı tanıyırsan.+ 19  Ey Yehova, Sən əzəmətini göstərib qulunun xatirinə, ürəyinin niyyətinə görə bütün bu möhtəşəm işləri etmisən.+ 20  Ey Yehova, Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 21  Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, Sən onları Öz xalqın bilib azad etdin,+ əzəmətli, möhtəşəm işlərlə adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin önündən xalqları qovdun.+ 22  İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+ 23  Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 24  Qoy adın əbədi yaşasın, ucalsın.+ Qoy hamı: “İsrailin Allahı, ordular Allahı Yehova İsraildə Allahdır!” — desin. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 25  Çünki Sən, ey Allah, quluna əyan elədin ki, sülaləsini bərqərar edəcəksən. Ona görə qulun Sənə inamla dua edir. 26  Ey Yehova, Sən haqq Allahsan, qulun barədə bu gözəl şeyləri vəd etdin. 27  Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun. Ey Yehova, bu qulunun evini mübarək qılmısan. O, əbədilik mübarək olacaq!»

Haşiyələr