Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 16:1—43

MÜNDƏRİCAT

  • Əhd sandığı çadıra qoyulur (1—6)

  • Davudun şükran nəğməsi (7—36)

    • «Yehova padşah oldu» (31)

  • Sandığın önündə xidmət (37—43)

16  Beləliklə, Allahın Əhd sandığını gətirib Davudun ondan ötrü qurduğu çadıra qoydular.+ Sonra Allahın hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər.+  Davud yandırma və ünsiyyət qurbanları+ gətirdikdən sonra Yehovanın adı ilə xalqa xeyir-dua verdi.  Sonra bütün israillilərə, hər kişiyə və qadına bir kömbə çörək, bir xurma lavaşanası və bir kişmiş lavaşanası verdi.  O, lavililərdən bəzilərini Yehovanın Əhd sandığı önündə xidmət etməyə, İsrailin Allahı Yehovaya həmd-səna etməyə, şəninə alqışlar söyləməyə təyin etdi.+  Başçı Asəf+ idi, ondan sonra Zəkəriyyə, sonra Yaəl, Şamirmut, Yəhyil, Məttəsyah, Əlyab, Bənayi, Abid-Ədum və Yaəl+. Onlar telli alətlərdə və çənglərdə çalırdı,+ Asəf sincdə çalırdı,+  kahinlər Bənayi və Yahəzil daim Allahın Əhd sandığı önündə kərənay çalırdılar.  Həmin gün ilk dəfə Davud Yehovaya şükran nəğməsi qoşdu və Asəflə+ qardaşlarına bu nəğməni oxumağı tapşırıb dedi:  «Yehovaya şükür edin,+ adını çağırın, Xalqlar arasında işlərini bəyan edin.+  Şəninə nəğmə deyin, Onu nəğmələrdə tərənnüm edin,+ Heyrətamiz işləri barədə dərindən düşünün*.+ 10  Müqəddəs adı ilə fəxr edin.+ Qoy Yehovanı axtaranların ürəyi şad olsun!+ 11  Yehovanı axtarın,+ Ondan güc diləyin. Daim Onun camalını axtarın.+ 12  Möhtəşəm işlərini,+ Möcüzələrini, ağzından çıxan hökmləri xatırlayın, 13  Ey qulu İsrailin nəsli,+ Ey Yaqubun oğulları, seçdiyi bəndələr!+ 14  O, Allahımız Yehovadır,+ Hökmləri bütün dünyada icra olunur.+ 15  Əhdini əbədiyyət boyu, Vədini min nəslə qədər xatırlayın,+ 16  İbrahimlə bağladığı əhdi,+ İshaqa içdiyi andı.+ 17  Bunu Yaqub üçün fərman,+ İsrail üçün həmişəlik bir əhd etdi. 18  Dedi: “Kənan torpağını Sənə miras verəcəyəm”.+ 19  O vaxt onlar sayca az idilər, Bəli, çox az idilər, orada qərib kimi yaşayırdılar.+ 20  Eldən-elə dolaşır, Məmləkətdən məmləkətə köçürdülər.+ 21  Heç kimi qoymadı ki, onları incitsin,+ Onlardan ötrü padşahları tənbeh etdi.+ 22  “Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin!” — dedi.+ 23  Yehovanın şəninə nəğmə oxu, ey dünya! Verdiyi qurtuluşu günbəgün bəyan edin.+ 24  Xalqlara şan-şöhrətini, Bütün ellərə xariqələrini bəyan edin. 25  Yehova böyükdür, hədsiz tərifə layiqdir, Bütün allahlardan zəhmlidir.+ 26  Axı xalqların allahları heçdir,+ Yehova isə göylərin yaradanıdır.+ 27  Əzəmət və calal hüzurunda,+ Qüdrət və sevinc dərgahındadır.+ 28  Ey xalqların tayfaları, Yehovaya şərəf verin! Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin!+ 29  Yehovaya adına layiq şərəf verin!+ Bəxşiş gətirib Onun hüzuruna gəlin.+ Müqəddəs libaslarda* Yehovaya səcdə qılın.+ 30  Onun önündə tir-tir əs, ey dünya. Yer möhkəm qurulub, əsla sarsılmaz.+ 31  Qoy göylər sevinsin, yer üzü şadlansın,+ Xalqlara car çəkin: “Yehova padşah oldu”,+ 32  Dəniz və dənizdə nə varsa, gurlasın. Çöl-biyaban, orada nə varsa cuşa gəlsin, 33  Meşədəki ağaclar da sevinc harayı salsın Yehovanın önündə; O, dünyanı mühakimə etməyə gəlir. 34  Yehovaya şükür edin, çünki kəramətlidir,+ Məhəbbəti əbədidir.+ 35  Deyin, “bizi xilas et, ey xilaskar Allahımız,+ Bizi xalqların arasından topla, xilas et ki, Sənin müqəddəs adına həmd edək,+ İftixarla Səni ucaldaq”.+ 36  İsrailin Allahı Yehovaya Əzəldən əbədiyyətədək alqış olsun!» Bütün xalq: «Amin!» — deyib Yehovaya alqış etdi. 37  Davud Asəflə+ qardaşlarını Yehovanın Əhd sandığının önündə qoydu.+ Onlar gündəlik işlərini görmək üçün daim sandığın önündə xidmət etməli idilər.+ 38  O həmçinin Abid-Ədumla qardaşlarını, 68 nəfəri orada xidmət etməyə təyin etdi. Yaditun oğlu Abid-Ədumu və Husəni keşikçi qoydu. 39  Kahin Sadıq+ və o biri kahinlər Gibyondakı səcdəgahda*+ Yehovanın çadırı önündə dururdular. 40  Onlar yandırma qurbanı üçün olan qurbangahda Yehovaya müntəzəm olaraq, səhər-axşam yandırma qurbanı gətirməli, Yehovanın İsrailə verdiyi Qanunda yazılanları yerinə yetirməli idilər.+ 41  Onların yanında Himan, Yaditun+ və məhəbbəti əbədi olan Yehovaya həmd etməyə+ təyin olunan seçilmiş adamlar var idi.+ 42  Himan+ və Yaditun kərənay, sinc və Allaha mədh oxunarkən çalınan başqa alətlər çalmalı idi. Yaditun oğulları+ darvazanın ağzında dururdular. 43  Bundan sonra hamı evinə getdi, Davud da külfətinə xeyir-dua verməyə getdi.

Haşiyələr

Digər variant: barədə danışın.
Digər variant: müqəddəsliyinin ehtişamına görə.
Hərfən: yüksəklikdə.