Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 13:1—14

MÜNDƏRİCAT

  • Sandıq Kiryat-Yarimdən gətirilir (1—14)

13  Davud minbaşılarla, yüzbaşılarla və bütün başçılarla+ məsləhətləşdi.  Sonra bütün İsrail icmasına dedi: «Əgər sizin gözünüzdə xoşdursa və Allahımız Yehovaya məqbuldursa, gəlin İsrailin bütün bölgələrindəki qardaşlarımıza, həmçinin öz şəhərlərində* yaşayan kahinlərə və lavililərə+ xəbər göndərək ki, gəlib bizə qoşulsunlar.  Gedib Allahımızın sandığını gətirək».+ Onlar Talutun vaxtında sandığı yaddan çıxarmışdılar.+  Bu fikir hamının ürəyincə oldu, bütün icma bu işə qol qoydu.  Beləcə, Davud Kiryat-Yarimdən Allahın sandığını gətirmək üçün Misir çayından tutmuş Ləbu-Həməsədək+ bütün İsraili topladı.+  Davud və bütün İsrail Yəhudaya məxsus olan Baalata+, yəni Kiryat-Yarimə taxtını kərrublar üzərində* quran Yehova Allahın sandığını gətirməyə getdi.+ (Xalq sandığın önündə Allahın adını çağırırdı.)  Onlar Allahın sandığını təzə arabaya qoyub+ Əbunədəbin evindən çıxartdılar. Üzzah və Əxyu arabanın qabağında gedirdi.+  Davud və bütün İsrail Allahın önündə böyük coşqu ilə şənlik edir, çəngdə, başqa telli alətlərdə, qavalda+, sincdə+ və kərənayda çalıb-oxuyurdular.+  Gələ-gələ Kidunun xırmanına çatdılar. Orada heyvanlar az qalmışdı sandığı aşırsın. Üzzah tez əlini uzadıb sandığı tutdu. 10  Onda Yehova Üzzaha bərk qəzəbləndi, əlini sandığa uzatdığı üçün onu vurdu.+ O, Allahın önündə öldü.+ 11  Davud Yehovanın Üzzaha qəzəbləndiyinə görə dilxor oldu*. Həmin yer bu günədək Farəs-Üzzah* adlanır. 12  O gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını yanıma necə gətirim?»+ 13  O, sandığı özünün yaşadığı yerə, Davud şəhərinə gətirmədi. Onu catlı Abid-Ədumun evinə göndərdi. 14  Allahın sandığı üç ay catlı Abid-Ədumun evində qaldı. Yehova onun külfətinə və mal-mülkünə bərəkət verdi.+

Haşiyələr

Hərfən: otlaqları olan şəhərlərində.
Digər variant: arasında.
Yaxud hirsləndi.
Mənası: Üzzahın başına tökülən qəzəb.