Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 10:1—14

MÜNDƏRİCAT

  • Talutla oğullarının ölümü (1—14)

10  Filiştlilər israillilərlə vuruşdular. İsraillilər filiştlilərin önündən qaçdı. Çoxlu sayda israilli Gilbu dağında həlak oldu.+  Filiştlilər Talutla oğullarını sıxışdırdılar. Onlar Talutun oğulları Yonatanı, Əbunədəbi və Məlkişunu+ öldürdülər.  Taluta qarşı döyüş şiddətləndi, oxçular onu yaxalayıb yaraladılar.+  Talut öz silahdarına dedi: «Qılıncını çək, məni vur. Yoxsa bu sünnətsizlər gəlib mənə işgəncə verəcəklər».+ Amma silahdarı bunu etmədi, çünki bərk qorxurdu. Onda Talut qılıncı götürüb özünü onun üstünə atdı.+  Silahdarı Talutun öldüyünü görəndə o da özünü qılıncın üstünə atıb öldü.  Beləliklə, Talut, üç oğlu və evindəkilərdən onun yanında olanların hamısı öldü.+  Dərədəki israillilər döyüşçülərin qaçdığını, Talutla oğullarının öldüyünü görəndə öz şəhərlərindən çıxıb qaçdılar. Filiştlilər gəlib o şəhərlərdə məskunlaşdılar.  Növbəti gün filiştlilər ölüləri soymağa gələndə Gilbu dağında Talutun və onun oğullarının meyitini tapdılar.+  Talutu soyub yaraq-əsləhəsini götürdülər və başını kəsdilər. Bu xəbəri bütlərinə+ və camaata çatdırmaq üçün Filişt məmləkətinin hər tərəfinə qasidlər göndərdilər. 10  Sonra Talutun yaraq-əsləhəsini allahlarının məbədinə qoydular, kəlləsini isə Daqonun məbədində+ asdılar. 11  Giladdakı Yabeş+ sakinləri filiştlilərin Talutun başına gətirdiyi şeyləri eşitdilər.+ 12  Onda şəhərin igidləri gedib Talutla oğullarının cəsədini Yabeşə gətirdilər. Orada böyük ağacın altında onların sümüklərini dəfn etdilər+ və yeddi gün oruc tutdular. 13  Beləliklə, Talut Yehovanın sözündən çıxıb Yehovaya sədaqətsizlik etdiyinə görə+ öldü. Həm də o, cindara müraciət etmişdi,+ 14  halbuki Yehovaya müraciət etməli idi. Allah onu ölümə verib Yəssə oğlu Davudu taxta çıxardı.+

Haşiyələr