Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 9:1—28

MÜNDƏRİCAT

  • Yehova ikinci dəfə Süleymana görünür (1—9)

  • Süleymanın Sur padşahı Hirama hədiyyəsi (10—14)

  • Digər tikinti layihələri (15—28)

9  Süleyman Yehovanın evini, padşah sarayını və tikmək istədiyi hər şeyi inşa edib qurtardı.+  Yehova Gibyonda olduğu kimi, ikinci dəfə Süleymana göründü.+  Yehova ona dedi: «Mən hüzurumda etdiyin duanı və lütf diləyini eşitdim. Adımı həmişəlik sənin tikdiyin bu evə verib onu müqəddəs etdim.+ Qəlbim, nəzərim həmişə orada olacaq.+  Əgər sən atan Davud kimi, sidqi-ürəklə+, dürüstlüklə+ önümdə yerisən,+ əmrlərimi yerinə yetirsən,+ qayda-qanunlarıma, hökmlərimə tabe olsan,+  onda “İsrail taxtında həmişə sənin sülalən olacaq” deyərək atan Davuda vəd etdiyim kimi, taxtını bütün İsrail üzərində bərqərar edəcəyəm.+  Lakin siz və oğullarınız Mənim yolumdan dönsəniz, sizə verdiyim əmrlərə, qanunlara əməl etməsəniz, başqa allahlara qulluq edib səcdə qılsanız,+  İsraili ona verdiyim diyardan yox edəcəyəm,+ adım üçün müqəddəs etdiyim evi önümdən rədd edəcəyəm.+ İsrailə həqarət edəcəklər, xalqlar onu məsxərəyə qoyacaq.+  Bu ev xarabazara dönəcək.+ Yoldan ötənlər mat-mat baxacaq, fit çalıb deyəcək: “Nəyə görə Yehova bu ölkəni, bu evi bu günə qoyub?”+  Ardınca deyəcəklər: “Çünki onlar ata-babalarını Misirdən çıxaran Allahları Yehovanı atıb başqa allahlardan yapışdılar, onlara səcdə qılıb qulluq etdilər. Buna görə də Yehova onların başına bu müsibəti gətirdi”».+  10  Süleyman iki evi — Yehovanın evini və padşah sarayını tikdiyi iyirmi ilin sonunda+ 11  Sur padşahı Hirama+ Cəlilə torpağından iyirmi şəhər verdi. (Hiram Süleymanı sidr və ardıc ağacları ilə, istədiyi qədər qızılla təmin etmişdi.)+ 12  Hiram Surdan çıxıb Süleymanın verdiyi şəhərlərə baxmağa getdi. Amma şəhərlər xoşuna gəlmədi. 13  O dedi: «Qardaşım, bu nə şəhərlərdir mənə vermisən?» Buna görə də şəhərlər bu günədək Kabul diyarı* adlanır. 14  Hiram Süleyman padşaha 120 talant* qızıl göndərdi.+ 15  Süleyman padşah Yehovanın evini+, öz sarayını, Təpəni*+, Yerusəlimin divarlarını, Həzuru+, Megiddonu+ və Cəzəri+ tikmək üçün mükəlləfiyyətli əməyə adamlar təyin etdi.+ 16  (Misir hökmdarı firon Cəzəri zəbt edib yandırmışdı, şəhərdə yaşayan kənaniləri+ isə qırmışdı. O, şəhəri Süleymana verdiyi qızına+ toy hədiyyəsi olaraq bağışlamışdı.) 17  Süleyman Cəzəri, Aşağı Beyt-Hurunu+, 18  Baalatı+, ölkədəki səhralıqda yerləşən Tamarı, 19  özünün anbar şəhərlərini, arabalar üçün ayrılan şəhərləri,+ süvarilər üçün ayrılan şəhərləri inşa etdi. O həmçinin Yerusəlimdə, Livanda və bütün səltənətində könlü istədiyi hər şeyi tikdi. 20  İsrailli olmayan amorilərdən, hetlərdən, fərizilərdən, hivilərdən, yəbusilərdən+ sağ qalanları,+ 21  onların ölkədə yaşayan nəsillərini — israillilərin məhv edə bilmədikləri adamların hamısını Süleyman kölə kimi işlətdi. Bu, indiyədək belədir.+ 22  Amma Süleyman israillilərdən heç kimi qul etmədi.+ Onlar döyüşçü, əyan, əmir, yavər idilər, arabaçıların və süvarilərin başçısı idilər. 23  Süleymanın işlərinə 550 nəzarətçi başçılıq edir, işçilərə nəzarət edirdi.+ 24  Fironun qızı+ Davud şəhərindən+ çıxıb Süleymanın onun üçün tikdiyi evə köçdü. Süleyman Təpəni həmin vaxt tikdi.+ 25  Süleyman Yehova üçün tikdiyi qurbangahda ildə üç dəfə+ yandırma və ünsiyyət qurbanları təqdim edirdi.+ Həmçinin Yehovanın önündəki qurbangahdan qurban tüstüsü qalxırdı. Beləcə o, evi tikib qurtardı.+ 26  Süleyman padşah Ədum məmləkətində, Qırmızı dəniz sahilində yerləşən Elatın yanında, Əzyun-Qəbərdə+ gəmilər düzəltdi.+ 27  Hiram özünün təcrübəli dənizçilərini Süleymanın təbəələri ilə işləmək üçün gəmilərlə göndərdi.+ 28  Onlar Ofirə+ getdilər və oradan Süleyman padşaha 420 talant qızıl gətirdilər.

Haşiyələr

Digər variant: yararsız diyar.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.