Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 4:1—34

MÜNDƏRİCAT

  • Süleymanın əyan-əşrəfi (1—19)

  • Süleymanın dövründə firavanlıq (20—28)

    • Dinclik dövrü (25)

  • Süleymanın hikməti və məsəlləri (29—34)

4  Süleyman bütün İsrailin üzərində padşah oldu.+  Onun əyanları bunlar idi: kahin — Sadıq+ oğlu Əzriya;  katiblər+ — Şişa oğlu Əlxurif və Əxiyyə; salnaməçi — Əxilud oğlu Yəhuşafat+;  ordu başçısı — Yəhyaday oğlu Bənayi+; kahinlər — Sadıq və Əbyatar+;  baş vali — Natan+ oğlu Əzriya; kahin — Natan oğlu Zəbud. O, həm də padşahın dostu idi.+  Əxşər eşikağası, Əbda oğlu Əduniram+ isə mükəlləfiyyətlilər üzərində nəzarətçi idi.+  Süleymanın bütün İsraildə on iki valisi var idi. Onlar padşahı və ev əhlini ərzaqla təmin edirdi. Hər birinə ildə bir ay ərzaq göndərmək növbəsi düşürdü.+  Valilər bunlar idi: Əfraim dağlıq bölgəsində Xur oğlu;  Maqasda, Şalbimdə+, Beyt-Şəmsdə və İlun-Beyt-Hənanda Dəqər oğlu; 10  Arbutda Həsəd oğlu (Soqo və bütün Həfər də onun nəzarətində idi); 11  bütün Dor yamaclarında Əbunədəb oğlu (Süleymanın qızı Tavat onun arvadı idi); 12  Tanaqda, Megiddoda+ və Yizraildən aşağıda, Sərfanla qonşuluqda yerləşən bütün Beyt-Şəəndə+, Beyt-Şəəndən Abil-Məhlaya və Yuğmim+ bölgəsinədək ərazidə Əxilud oğlu Bəənna; 13  Ramut-Giladda+ Qəbər oğlu (Mənəssə oğlu Yairin+ Giladdakı+ bütün çadır kəndləri, Başandakı+ Arqub bölgəsi+: qala divarlı, mis rəzəli altmış böyük şəhər onun nəzarəti altında idi); 14  Mahanayimdə+ İddu oğlu Əxinədab; 15  Niftalıda Əximas (O, Süleymanın o biri qızı Bəsməni almışdı); 16  Aşirdə və Bilusda Xuşay oğlu Bəənna; 17  Yəsakirdə Fəruh oğlu Yəhuşafat; 18  Binyamində+ İla oğlu Şimay+; 19  Giladda+, amorilərin padşahı Sihunun+ və Başan padşahı Oqun+ ölkəsində Ur oğlu Qəbər. Ölkədəki bu valilərin üzərində baş vali dururdu. 20  Yəhudalılarla israillilər dəniz qumu qədər çox idilər.+ Onlar yeyib-içir, firavan yaşayırdılar.+ 21  Süleyman çaydan* filiştlilərin* ölkəsinə və Misirin sərhədinədək olan bütün padşahlıqlar üzərində hakimiyyət sürürdü.+ Onlar Süleymanın ömrü boyu ona xərac verib qulluq etdilər.+ 22  Süleymanın gündəlik azuqəsini 30 kor narın un və 60 kor un*, 23  10 baş kök qaramal, otlaqdan 20 baş qaramal, 100 baş qoyun, həmçinin marallar, ceyranlar, cüyürlər, kök quqqu quşları təşkil edirdi. 24  Tifsahdan Qəzzəyə+ qədər çayın bu tayındakı* hər şey, eləcə də bütün padşahlar onun tabeliyində idi.+ Hər yerdə, onun bütün bölgələrində əmin-amanlıq hökm sürürdü.+ 25  Süleymanın bütün ömrü boyu Dandan Biir-Səbaya qədər Yəhuda və İsraildə hər kəs öz meynəsinin, əncir ağacının altında dinclik içində yaşayırdı. 26  Süleymanın 12 000 atı* və cəng arabalarının atları üçün 4000* at tövləsi var idi.+ 27  Bu valilər Süleyman padşahı və onun süfrəsində oturanları ərzaqla təmin edirdilər. Hər birinə bir ay növbə düşürdü. Onlar nəzarət edirdilər ki, heç bir şey əskik olmasın.+ 28  Həmçinin onların hər biri qoşqu və minik atları üçün lazım olan yerlərə üzərlərinə düşən miqdarda arpa-saman göndərirdilər. 29  Allah Süleymana hədsiz hikmət və bəsirət, ürəyinə sonsuz dərrakə verdi.+ 30  Süleymanın hikməti şərq xalqlarının, misirlilərin hikmətindən üstün idi.+ 31  O, hər kəsdən, əzrahlı İtandan+, Himandan+, Kəlküldən+, Dardadan, Məhul oğullarından hikmətli idi. Onun şöhrəti bütün xalqlara yayılmışdı.+ 32  O, üç min məsəl,+ min beş nəğmə+ qoşmuşdu. 33  O, Livandakı sidr ağacından tutmuş divarda bitən qaraqınığa+ qədər bütün bitkilərdən, həmçinin heyvanlardan+, quşlardan+, sürünənlərdən+, balıqlardan bəhs edirdi. 34  Süleymanın hikmətini eşitmək üçün bütün xalqlardan adamlar, eləcə də dünyanın bütün guşələrindən onun hikməti barədə eşitmiş padşahlar gəlirdi.+

Haşiyələr

Fərat çayı.
Bəzi mənbələrə əsasən, filistimlilər.
Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Yəni Fəratın qərbindəki.
Yaxud süvarisi.
Bəzi əlyazmalarda və hadisənin nəql olunduğu paralel ayədə 4000 rəqəmi yazılıb. Digər əlyazmalarda 40 000 rəqəmi işlənir.