Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 17:1—24

MÜNDƏRİCAT

  • İlyas peyğəmbər quraqlıq olacağını deyir (1)

  • Quzğunlar İlyası yedirirlər (2—7)

  • İlyas Sarfatda dul qadının evinə gəlir (8—16)

  • Dul qadının oğlunun ölüb-dirilməsi (17—24)

17  Gilad+ sakini, tişbehli İlyas*+ Əhəbə dedi: «Qulluq etdiyim İsrailin Allahı Yehovaya and olsun ki, mən deməyincə bu illər ərzində nə şeh olacaq, nə də yağış yağacaq!»+  Ona Yehovanın sözü nazil oldu:  «Dur şərqə get, İordanın şərqindəki Kərit vadisində gizlən.  Çayın suyundan iç. Mən quzğunlara buyuracağam sənə yemək gətirsinlər».+  O, dərhal durub getdi və Yehovanın dediyi kimi etdi. O gedib İordanın şərqindəki Kərit vadisində qaldı.  Quzğunlar səhər-axşam ona çörək və ət gətirirdilər, suyu isə çaydan içirdi.+  Amma ölkəyə yağış yağmadığından bir neçə gün sonra çay qurudu.+  Ona Yehovanın sözü nazil oldu:  «Dur, Sidonda olan Sarfata get və orada qal. Mən orada bir dul qadına buyuracağam ki, sənə yemək versin».+ 10  İlyas qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda gördü ki, orada bir dul qadın odun yığır. İlyas qadını çağırıb dedi: «Mənə bir parç su ver içim».+ 11  Qadın su gətirməyə gedəndə İlyas arxadan onu səsləyib dedi: «Bir parça çörək də gətir». 12  Qadın dedi: «Allahın Yehovaya and olsun, çörəyim yoxdur. Küpdə bir ovuc un qalıb, küpcədə də bir az yağ.+ İndi bir-iki parça odun yığıb özüm və oğlumçün bir şey bişirəcəyəm. Onu yeyəcəyik, sonra da öləcəyik». 13  İlyas ona dedi: «Qorxma. Get, dediyin kimi elə. Amma əvvəlcə onlardan mənim üçün balaca kömbə bişirib gətir. Özünlə oğlun üçün sonra bişirərsən. 14  İsrailin Allahı Yehova belə deyir: “Yehova yerə yağış yağdıranacan nə küpdə un qurtaracaq, nə də balaca küpdə yağ tükənəcək”».+ 15  O gedib İlyas deyəni etdi. Qadının, ailəsinin və İlyasın uzun müddət çörəyi oldu.+ 16  Yehovanın İlyas vasitəsilə dediyi kimi, nə küpdə un qurtardı, nə də küpçədə yağ tükəndi. 17  Bundan bir müddət sonra ev sahibəsinin oğlu xəstələndi. Onun xəstəliyi elə şiddətləndi ki, nəfəsi dayandı.+ 18  Qadın İlyasa dedi: «Ey Allah adamı, məndən nə istəyirsən? Sən günahlarımı yadıma salmağa, oğlumu öldürməyə gəlmisən?»+ 19  İlyas dedi: «Oğlunu mənə ver». Sonra uşağı onun qucağından alıb qaldığı yuxarı otağa apardı və öz yatağına uzatdı.+ 20  O, Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova,+ sən evində qaldığım bu qadının da başına bəla gətirirsən? Onun oğlunu öldürürsən?» 21  Sonra o, üç dəfə uşağın üstünə uzandı və Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova, yalvarıram, uşağın canını özünə qaytar». 22  Yehova İlyasın xahişini eşitdi.+ Uşağın nəfəsi özünə qayıtdı və o canlandı.+ 23  İlyas uşağı götürüb yuxarı otaqdan aşağı endirdi və anasına verib dedi: «Bax, oğlun sağdır».+ 24  Qadın İlyasa dedi: «İndi bildim ki, sən, doğrudan da, Allah adamısan+ və Yehovanın sənin vasitənlə dediyi sözlər haqdır».

Haşiyələr

Mənası: Allahım Yehovadır.