Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 15:1—34

MÜNDƏRİCAT

  • Yəhuda padşahı Əbyam (1—8)

  • Yəhuda padşahı Asa (9—24)

  • İsrail padşahı Nadab (25—32)

  • İsrail padşahı Başa (33, 34)

15  Nəbat oğlu Ərubam padşahın hakimiyyətinin on səkkizinci ilində+ Əbyam Yəhudanın padşahı oldu.+  O, üç il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Abisalamın* nəvəsi Məkah+ idi.  Əbyam atasının etdiyi bütün günahları təkrarladı, babası Davuddan fərqli olaraq, onun ürəyi Allahı Yehovaya bütünlüklə bağlı deyildi.  Amma Allahı Yehova Davudun xatirinə+ Yerusəlimdə onun çırağını söndürmədi,+ ondan sonra oğlunu taxta çıxardı və Yerusəlimi saxladı.  Çünki Davud Yehovanın bəyəndiyi işləri görürdü, Het Uryayın məsələsini+ çıxmaq şərtilə, bütün ömrü boyu Onun əmrlərindən çıxmadı.  Rəhabamın bütün ömrü boyu onunla Ərubam arasında müharibə olmuşdu.+  Əbyamın qalan işləri və bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.+ Əbyamla Ərubam arasında da müharibə gedirdi.+  Əbyam ata-babalarına qovuşdu, onu Davud şəhərində dəfn etdilər. Onun yerinə oğlu Asa+ taxta çıxdı.+  İsrailin padşahı Ərubamın hakimiyyətinin iyirminci ilində Asa Yəhudada hakimiyyət sürməyə başladı. 10  O, Yerusəlimdə qırx bir il hakimiyyət sürdü. Onun nənəsi Abisalamın nəvəsi Məkah+ idi. 11  Asa əcdadı Davud kimi, Yehovanın bəyəndiyi işləri görürdü.+ 12  O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu+ və ata-babalarının düzəltdiyi bütün iyrənc bütləri+ məhv etdi. 13  O, hətta nənəsi Məkahı+ da məlikəlikdən məhrum etdi, çünki o, Aşeraya ibadət üçün iyrənc büt düzəltmişdi. Asa onun iyrənc bütünü kəsib+ Qidron vadisində yandırdı.+ 14  Amma səcdəgahlar yox edilmədi.+ Bununla belə, Asanın ürəyi ömrü boyu bütünlüklə Yehovaya bağlı qaldı. 15  O, özünün və atasının Allah üçün ayırdığı şeyləri — qızılı, gümüşü, cürbəcür əşyaları Yehovanın evinə gətirdi.+ 16  Asa ilə İsrail padşahı Başanın+ arasında həmişə müharibə gedirdi. 17  İsrail padşahı Başa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gedib-gələnlərin qarşısını almaq üçün Ramanı+ möhkəmləndirməyə başladı.+ 18  Onda Asa Yehovanın evindəki və padşahın sarayındakı xəzinədə qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Sonra Asa padşah onları Dəməşqdə yaşayan Aram padşahı Həzyun oğlu Təbrimmunun oğlu Bənhədadın yanına göndərib+ dedi: 19  «Mənimlə sənin, mənim atamla sənin atan arasında saziş var. Mən sənə qızıl və gümüş hədiyyə göndərirəm. Gəl, İsrailin padşahı Başa ilə bağladığın sazişi poz. Qoy o, torpaqlarımdan çəkilsin». 20  Bənhədad Asa padşahın sözünü qəbul etdi və sərkərdələrini İsrail şəhərlərinin üstünə göndərdi. Onlar İyunu+, Danı+, Abil-Beyt-Məkahı, bütün Kinarəti və bütün Niftalı torpağını darmadağın etdilər. 21  Başa bunları eşidən kimi Ramadakı tikintini dayandırdı və Tirzədə+ qaldı. 22  Asa padşah heç kimi istisna etmədən bütün Yəhudanı səfərbər etdi. Onlar Başanın tikintidə istifadə etdiyi daşları, tirləri Ramadan daşıdılar. Asa padşah onlarla Binyamin Gibasını+ və Mispahı+ möhkəmləndirdi. 23  Asanın qalan işləri, qüdrəti, bütün etdiyi işlər və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. Qocalanda onun ayaqları xəstəliyə tutuldu.+ 24  Asa ata-babalarına qovuşdu. Onu babası Davudun şəhərində dəfn etdilər. Oğlu Yəhuşafat+ onun yerinə taxta çıxdı. 25  Ərubam oğlu Nadab+ Yəhuda padşahı Asanın hakimiyyətinin ikinci ilində İsrailin padşahı oldu. O, İsraildə iki il hakimiyyət sürdü. 26  O, Yehovanın bəyənmədiyi pis işlər gördü və atasının yolu ilə gedib+ onun İsraili günaha sürükləyən işlərini təkrarladı.+ 27  Yəsakir evindən Əxiyyə oğlu Başa ona sui-qəsd qurdu. Nadab və bütün İsrail filiştlilərə məxsus Gibtunu+ mühasirəyə alan vaxt onu orada öldürdü. 28  Beləliklə, Yəhuda padşahı Asanın hakimiyyətinin üçüncü ilində Başa Nadabı öldürdü və onun yerinə padşah oldu. 29  O taxta çıxan kimi Ərubamın bütün nəslini qırdı, Ərubam evinə məxsus bir nəfəri də sağ qoymadı, hamısını öldürdü. Yehovanın Öz qulu, şilolu Əxiyyə vasitəsilə dediyi söz yerinə yetdi.+ 30  Bu, Ərubamın həm özünün etdiyi, həm də İsraili sürüklədiyi günahlara görə oldu. Çünki o, İsrailin Allahı Yehovanı bərk qəzəbləndirmişdi. 31  Nadabın qalan işləri və bütün etdikləri barədə İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 32  Asa ilə İsrail padşahı Başa arasında həmişə müharibə gedirdi.+ 33  Yəhuda padşahı Asanın hakimiyyətinin üçüncü ilində Əxiyyə oğlu Başa Tirzədə, bütün İsrailin padşahı oldu və iyirmi dörd il hakimiyyət sürdü.+ 34  O da Yehovanın bəyənmədiyi pis işlər görürdü.+ O, Ərubamın yolu ilə getdi və onun İsraili günaha sürükləyən işlərini təkrarladı.+

Haşiyələr

Görünür, Absalamın digər adıdır.