Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 11:1—43

MÜNDƏRİCAT

  • Arvadları Süleymanı yoldan çıxarırlar (1—13)

  • Süleymana qarşı ədavət (14—25)

  • Ərubama on qəbilə vəd olunur (26—40)

  • Süleyman ölür; Rəhabam padşah olur (41—43)

11  Süleyman fironun qızından+ savayı başqa yadelli qadınlara+ — Muab+, Əmun+, Ədum, Sidon+, Het+ qızlarına da könül verdi.  O xalqlar barədə Yehova israillilərə demişdi: «Onlara qaynayıb-qarışmayın. Çünki onlar ürəyinizi öz allahlarına tərəf döndərəcəklər».+ Amma Süleyman onlara bənd oldu.  Onun yeddi yüz arvadı — şahbanusu, həmçinin üç yüz cariyəsi vardı. Arvadları yavaş-yavaş onu yoldan çıxartdılar.  Qoca vaxtında+ arvadları Süleymanın ürəyini başqa allahlara tərəf döndərdilər.+ Süleymanın ürəyi atası Davud kimi bütünlüklə Allahı Yehovaya bağlı qalmadı.  Süleyman Sidon ilahəsi Əşturətə+, əmunilərin iyrənc allahı Milqama+ ibadət etməyə başladı.  O, Yehovanın bəyənmədiyi pis işlər gördü və atası Davuddan fərqli olaraq, bütünlüklə Yehovaya bağlanmadı.+  Həmin vaxt Süleyman Yerusəlimlə üzbəüz dağda Muabın iyrənc allahı Kəmuşa səcdəgah tikdi.+ O həmçinin əmunilərin iyrənc allahı Molekə+ də səcdəgah tikdi.+  Süleyman bunları öz allahlarına qurban tüstüsü təqdim edən, qurban kəsən yadelli arvadları üçün etdi.  Yehova Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Yehovadan uzaqlaşmışdı.+ O Allahdan ki, iki dəfə ona görünüb,+ 10  başqa allahların dalınca getməməyi əmr etmişdi.+ Ancaq Süleyman Yehovanın əmrinə tabe olmadı. 11  Yehova Süleymana dedi: «Sən ki belə etdin, buyruğuma qulaq asmayıb, əhdimi, qanunlarımı pozdun, Mən də səltənəti səndən alıb nökərlərindən birinə verəcəyəm.+ 12  Amma atan Davudun xatirinə bunu sənin sağlığında etməyəcəyəm. Səltənəti oğlundan alacağam.+ 13  Amma bütün səltənəti yox.+ Qulum Davudun və seçdiyim Yerusəlimin+ xatirinə bir qəbiləni sənin oğluna verəcəyəm».+ 14  Yehova Ədumun şah nəslindən olan ədumi Hədadı Süleymana qarşı qaldırdı.+ 15  Davud Ədumu məğlub edəndə+ və ordu başçısı Yuab meyitləri basdırmağa gedəndə Yuab Ədumun bütün kişilərini qırmışdı. 16  (Ədumun bütün kişilərini qırıb qurtaranacan Yuab və bütün İsrail altı ay orada qalmışdı.) 17  Amma Hədad atasının əyanları arasından bir neçə ədumi ilə Misirə qaçmışdı. Onda Hədad balaca uşaq idi. 18  Onlar Mədyəndən çıxıb Fərana getmişdilər. Fərandan+ özləri ilə bir neçə nəfər də götürüb Misirə getmişdilər. Misir hökmdarı firon onu azuqə ilə təmin etmiş, ona ev və torpaq vermişdi. 19  Firon Hədadı o qədər bəyənmişdi ki, öz arvadının, məlikə Tahpənizin bacısını ona vermişdi. 20  Hədadın Tahpənizin bacısından Cənubat adlı oğlu olmuşdu. Tahpəniz onu firon sarayında böyütmüşdü*. Cənubat fironun oğulları ilə bir yerdə böyümüşdü. 21  Hədad Misirdə Davudun ata-babalarına qovuşduğunu+ və ordu başçısı Yuabın öldüyünü+ eşitdi. O, firona dedi: «Məni burax öz ölkəmə gedim». 22  Firon isə ona dedi: «Mənim yanımda nəyin əskikdir ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Heç nəyim. Amma burax gedim». 23  Allah həmçinin ağası Sobah padşahı Hədadzərdən+ qaçmış Əlyada oğlu Rizunu da Süleymana qarşı qaldırdı.+ 24  Davud sobahlıları məğlub edəndən sonra+ o, başına adamlar yığıb basqınçı dəstəsi yaratmış və onların başçısı olmuşdu. Onlar Dəməşqə+ gedib orada məskunlaşmış, hakimiyyəti ələ keçirmişdilər. 25  O, Süleymanın ömrünün sonunadək İsraillə ədavət apardı, Hədadla yanaşı o da İsrailə ziyan vurdu. Aramda hakimiyyət sürdüyü bütün müddət ərzində o, İsrailə nifrət bəsləyirdi. 26  Süleymanın xidmətçilərindən biri, Zərdadan olan əfraimli Nəbat oğlu Ərubam+ da Süleymana üsyan etdi.+ Onun dul qalmış anasının adı Zəruh idi. 27  Onun padşaha üsyan etməsinin səbəbi bu oldu: Süleyman Təpəni*+ tikmiş və atası Davudun şəhərinin+ divarını hörüb qurtarmışdı. 28  Ərubam bacarıqlı adam idi. Süleyman bu cavanın çalışqanlığını görüb onu Yusif evindən olan mükəlləfiyyətli işçilərin üzərinə nəzarətçi qoydu.+ 29  Bir gün Ərubam Yerusəlimdən çıxıb gəlirdi. Şilolu Əxiyyə peyğəmbər+ yolda onun qarşısına çıxdı. Əxiyyənin əynində təzə paltar vardı. Çöldə onlardan başqa heç kim yox idi. 30  Əxiyyə əynindəki təzə paltarı çıxarıb on iki yerə böldü. 31  Sonra Ərubama dedi: «On hissəni götür. İsrailin Allahı Yehova belə deyir: “Mən padşahlığı Süleymanın əlindən alıram, on qəbiləni sənə verirəm.+ 32  Amma qulum Davudun+ və İsrail qəbilələrinin şəhərləri arasından seçdiyim şəhərin, Yerusəlimin xatirinə bir qəbilə onda qalacaq.+ 33  Çünki onlar məni atıb+ sidonluların ilahəsi Əşturətə, Muab allahı Kəmuşa, əmunilərin allahı Milqama səcdə qılırlar. Onlar Süleymanın atası Davuddan fərqli olaraq, yolumla yeriyib bəyəndiyim işləri görmürlər, qanunlarıma, hökmlərimə tabe olmurlar. 34  Amma Mən bütün səltənəti onun əlindən almayacağam. Nə qədər ki sağdır, onu seçdiyim qulum Davudun xatirinə rəhbər olaraq saxlayacağam,+ çünki Davud mənim əmrlərimə, qanunlarıma tabe olurdu. 35  Səltənəti oğlunun əlindən alıb on qəbiləni sənə verəcəyəm.+ 36  Onun oğluna bir qəbilə verəcəyəm ki, qulum Davudun çırağı hüzurumda, adımı qoymaq üçün seçdiyim şəhərdə, Yerusəlimdə həmişə yansın.+ 37  Mən səni seçirəm. Sən bütün İsrailin üzərində padşah olacaq, bütün xalqa hökmranlıq edəcəksən. 38  Əgər sən qulum Davud kimi, bütün buyruqlarıma riayət etsən, yolumla getsən, qanunlarıma, əmrlərimə tabe olub bəyəndiyim işləri görsən,+ Mən səninlə olacağam, Davudun sülaləsi kimi, sənin də sülaləni həmişəlik taxtda saxlayacağam+ və İsraili sənə verəcəyəm. 39  Davudun nəslini isə pis əməllərinə görə alçaldacağam,+ ancaq həmişəlik yox”».+ 40  Onda Süleyman Ərubamı öldürməyə cəhd etdi, amma Ərubam Misirə, Misir hökmdarı Şişaqın+ yanına qaçdı+ və Süleyman ölənədək orada qaldı. 41  Süleymanın qalan işləri, bütün etdikləri və hikməti Süleymanın tarixi kitabında yazılmışdır.+ 42  Süleyman qırx il Yerusəlimdə hakimiyyət sürüb bütün İsrailin hökmdarı oldu. 43  Sonra Süleyman ata-babalarına qovuşdu və atası Davudun şəhərində dəfn edildi. Oğlu Rəhabam+ onun yerinə taxta çıxdı.

Haşiyələr

Digər variant: süddən kəsmişdi.
İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.