Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 10:1—29

MÜNDƏRİCAT

  • Səba məlikəsi Yerusəlimə gəlir (1—13)

  • Süleymanın var-dövləti (14—29)

10  Süleymanın Yehovanın adı sayəsində qazandığı şöhrətin sədası Səba məlikəsinə də çatdı.+ Məlikə çətin suallarla* Süleymanı sınamağa gəldi.+  O, böyük bir məiyyətlə, balzam+, çoxlu qızıl, daş-qaş yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi,+ ürəyindən keçən şeylər barədə Süleymanla söhbət etdi.  Süleyman onun bütün suallarına cavab verdi. Elə şey olmadı ki, onu izah edə bilməsin.  Səba məlikəsi Süleymanın hikmətini,+ tikdiyi sarayı,+  süfrəsindəki təamları,+ əyan-əşrəfinin süfrə arxasında necə oturduğunu, xörək paylayanların xidmətini, geyimlərini, padşahın saqilərini, Yehovanın evində həmişə təqdim etdiyi yandırma qurbanlarını görəndə mat qaldı.  O, padşaha dedi: «Ölkəmdə sənin işlərin, hikmətin haqda eşitdiklərim düz imiş.  Gəlib öz gözlərimlə görməyincə inanmağım gəlmirdi. Sən demə, mənə gördüklərimin heç yarısını da danışmayıblar. Sən eşitdiyimdən qat-qat hikmətli, zəngin imişsən!  Bəxtəvər sənin hüzurunda durub hikmətini dinləyən adamların, əyanlarının başına!+  Qoy səni layiq bilib İsrailin taxtına çıxaran Allahın Yehovaya alqış olsun!+ Yehova İsrailə olan əbədi məhəbbətindən irəli gələrək səni padşah qoyub ki, ədaləti, salehliyi bərqərar edəsən!» 10  Sonra məlikə padşaha 120 talant* qızıl, çoxlu balzam+ və daş-qaş bəxş etdi.+ Daha heç vaxt Süleyman padşaha Səba məlikəsinin gətirdiyi balzam qədər balzam gətirən olmadı. 11  Ofirdən qızıl gətirən Hiramın gəmiləri+ oradan çoxlu miqdarda səndəl ağacı+ və ləl-cəvahirat da gətirdilər.+ 12  Padşah səndəl ağacından Yehovanın evi və padşah sarayı üçün məhəccər, musiqiçilər üçün çəng, telli alətlər düzəltdi.+ Bundan sonra belə səndəl ağacı nə gətirən oldu, nə də görən. 13  Süleyman padşah Səba məlikəsinə onun arzuladığı, istədiyi hər şeyi verdi. Üstəlik, öz səxavətinə görə də ona hədiyyələr verdi. Məlikə adamları ilə birgə yola düşüb öz ölkəsinə qayıtdı.+ 14  Süleymana il ərzində 666 talant ağırlığında qızıl gəlirdi.+ 15  Bundan başqa, tacirlərdən, səyyar tacirlərdən, bütün ərəb padşahlarından və ölkənin valilərindən də gəlir gəlirdi. 16  Süleyman padşah qatışıq qızıldan 200 böyük qalxan+ (hər qalxana 600 şekel* qızıl sərf olunmuşdu),+ 17  qatışıq qızıldan 300 kiçik qalxan (hər qalxana üç mina* qızıl sərf olunmuşdu) düzəltdi. Sonra padşah onları Livan Meşəsi+ adlanan evə qoydu. 18  Padşah fil dişindən möhtəşəm taxt+ düzəldib üstünü xalis qızılla örtdü.+ 19  Taxtın altı pilləsi və arxasında dairəvi çıxıntı var idi. Oturacağın hər iki tərəfində qolları var idi və qolların yanında iki şir+ heykəli dururdu. 20  Altı pillədə 12 şir dururdu; 6 şir bir tərəfdə, 6 şir o biri tərəfdə. Heç bir səltənətdə buna bənzər şey yox idi. 21  Süleyman padşahın bütün içki qabları qızıldan idi, Livan Meşəsi+ adlı evin də bütün əşyaları saf qızıldan idi. Gümüşdən heç nə yox idi. Çünki Süleymanın vaxtında gümüş heç nə sayılırdı.+ 22  Süleyman padşahın Tarşiş+ gəmiləri var idi. Onlar Hiramın gəmiləri ilə birgə dənizdə idilər. Tarşiş gəmiləri üç ildə bir dəfə qızıl, gümüş, fil dişi+, meymun, tovuz quşu yükləyib gətirirdi. 23  Süleyman padşah yer üzünün bütün padşahlarından varlı+ və hikmətli idi.+ 24  Dünyanın bütün xalqları Süleymanın hüzuruna gəlmək istəyirdi ki, Allahın onun ürəyinə qoyduğu hikməti eşitsin.+ 25  Onlar özləri ilə hədiyyələr, qızıl-gümüş əşyalar, libaslar, silahlar, balzam, atlar və qatırlar gətirirdi və bu, hər il belə olurdu. 26  Süleyman çoxlu cəng arabalarına, atlara* sahib oldu. Onun 1400 cəng arabası, 12 000 atı var idi.+ Süleyman onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, özünə yaxın yerdə saxlayırdı.+ 27  Padşah Yerusəlimdə gümüşü daş qədər, sidr ağaclarını Şəfladakı əncir ağacları qədər çoxaltdı.+ 28  Süleymana atları Misirdən gətirirdilər. Padşahın tacirləri atları ilxı ilə alırdılar*.+ 29  Misirdən gətirilən bir cəng arabasının qiyməti 600 gümüş, bir atın qiyməti isə 150 gümüş idi. Het+ və Aram padşahları da onları Süleymanın tacirlərindən alırdı.

Haşiyələr

Yaxud tapmacalarla.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Tövratdakı (İbrani Yazıları) mina 570 q-a bərabərdir. B14 əlavəsinə bax.
Yaxud süvarilərə.
Digər variant: Misirdən və Kuvdan alırdılar; padşahın tacirləri atları Kuvdan alırdılar. Ehtimal ki, Kuv Kilikiyadır.