Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 9:1—27

MÜNDƏRİCAT

  • Bulusun bir həvari kimi nümunəsi (1—27)

    • «Xırman çəkən öküzə buruntaq taxma» (9)

    • Müjdəni təbliğ etmirəmsə, vay halıma! (16)

    • Hər cür adam üçün hər şey oldum (19—23)

    • Həyat uğrunda qaçanlar hər şeydə özlərinə hakim olmalıdırlar (24—27)

9  Məgər istədiyimi etməyə haqqım yoxdur? Mən həvari* deyiləm? Məgər mən Ağamız İsanı görməmişəm?+ Siz Ağanın yolunda çəkdiyim zəhmətin nəticəsi deyilsiniz?  Başqaları üçün həvari olmasam da, sizin üçün, sözsüz ki, həvariyəm! Çünki siz Ağaya xidmətdə mənim həvariliyimi təsdiq edən möhürsünüz.  Məni mühakimə edənlərə isə öz müdafiəm üçün deyirəm:  məgər bizim yeyib-içməyə haqqımız yoxdur?  Bizim də imanda olan arvad almağa,+ o biri həvarilər kimi, Ağamızın qardaşları+ və Kifa+ kimi, arvadımızı özümüzlə götürməyə haqqımız yoxdur?  Yoxsa yalnız Barnəba+ ilə mən dolanmaq üçün işləməyə borcluyuq?  Heç öz hesabına xidmət edən əsgər olur? Məgər üzümlük salan onun meyvəsindən yemir?+ Hansı çoban sürüdəki heyvanların südündən içmir?  Elə bilməyin ki, dediklərim insani baxışlara əsaslanır. Məgər Qanun da bunları demir?  Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzə buruntaq taxma».+ Sizcə, Allah öküzlərin qeydinə qalır? 10  Yoxsa bunları bizim üçün deyir? Bəli, bunlar bizdən ötrü yazılıb, çünki yeri şumlayan da, dən döyən də ümid etməlidir ki, öz payını alacaq. 11  Aranızda ruhani toxumlar əkmişiksə, maddi ehtiyaclarımız üçün sizdən məhsul biçsək, nə böyük şeydir?+ 12  Əgər başqalarının buna haqqı çatırsa, onda bizim haqqımız daha çox çatmırmı? Ancaq biz bu haqqımızdan istifadə etmirik.+ Hər şeyə qatlaşırıq ki, Məsih barəsindəki müjdənin yayılmasına mane olmayaq.+ 13  Məgər bilmirsiniz ki, məbəddə müqəddəs vəzifələri icra edənlər məbəddəki şeylərdən yeyirlər və qurbangahın yanında xidmət edənlərə qurbangahdan pay çatır?+ 14  Eynilə Ağamız da göstəriş verib ki, müjdəni yayanlar müjdənin sayəsində dolansınlar.+ 15  Mən isə bunların heç birindən istifadə etməmişəm.+ Bu sözləri də ona görə yazmıram ki, mənim üçün bunları edəsiniz, çünki ölərəm, amma qoymaram ki, kimsə mənim iftixarımı puç etsin!+ 16  Müjdəni təbliğ edirəmsə, öyünməyə heç bir əsasım yoxdur, çünki bu, mənim borcumdur. Əgər təbliğ etmirəmsə, vay halıma!+ 17  Bunu öz xoşumla etsəm də, mükafatım var, könülsüz etsəm də, mənə həvalə edilmiş nökərbaşı vəzifəsini yerinə yetirirəm.+ 18  Bəs mənim mükafatım nədir? Mükafatım odur ki, müjdəni çatdırarkən onu təmənnasız təbliğ edim və beləcə, onun mənə verdiyi ixtiyardan sui-istifadə etməyim. 19  Hərçənd heç kəsdən asılılığım yoxdur, amma Məsihin yoluna daha çox adam gətirmək üçün hamı üçün qul oldum. 20  Yəhudiləri bu yola gətirmək üçün yəhudilərlə yəhudi oldum.+ Qanunun hökmü altında olanları gətirmək üçün onlarla qanunun hökmü altında olan adam kimi davrandım, halbuki özüm qanunun hökmü altında deyiləm.+ 21  Özüm Allahın qanununa riayət edib Məsihin qanununun+ hökmü altında olduğum halda, qanunun hökmü altında olmayanları bu yola gətirməkdən ötrü onlar üçün qanunun hökmü altında olmayan adam kimi oldum. 22  Zəifləri gətirmək üçün onlarla zəif kimi davrandım.+ Hər cür adam üçün hər şey oldum ki, hər cür vasitədən istifadə edib kimlərisə xilas edə bilim. 23  Hər şeyi müjdə naminə edirəm ki, onu başqalarına çatdıra bilim.+ 24  Məgər bilmirsiniz ki, yarışda iştirak edən qaçışçıların hamısı qaçsa da, yalnız biri mükafata layiq görülür? Siz də elə qaçın ki, mükafatı alasınız.+ 25  Yarış iştirakçısı hər şeydə özünə hakim olur. O, bütün bunları solub gedən çələngdən ötrü,+ biz isə solmaz çələngdən ötrü edirik.+ 26  Buna görə də mən məqsədsiz qaçmıram,+ yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın. 27  Bədənimə cəfa verib+ onu kölə kimi özümə tabe etdirirəm ki, başqalarına təbliğ edə-edə özüm Allahın razılığını itirməyim.

Haşiyələr

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.