Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 8:1—13

MÜNDƏRİCAT

  • Bütlərə təqdim edilmiş qida (1—13)

    • Bizim üçün tək bir Allah var (5, 6)

8  Bütlərə təqdim edilmiş qidaya gəldikdə,+ bu barədə hamımızın biliyi var.+ Bilik insanı qürrələndirir, məhəbbət isə ruhən möhkəmləndirir.+  Kim düşünür ki, nə isə bilir, əslində, onun hələ lazımınca biliyi yoxdur.  Amma kim Allahı sevirsə, Allah onu tanıyır.  O ki qaldı bütlərə təqdim edilmiş qidanın yeyilməsinə,+ biz bilirik ki, büt heç nədir, tək olan Allahdan başqa Allah yoxdur.+  Hərçənd göydə və ya yerdə «allah» deyilənlər var və doğrudan da, çoxlu «allahlar» və «ağalar» mövcuddur,+  amma bizim üçün tək bir Allah var.+ O, Atamızdır,+ hər şey Ondandır və biz Onun üçünük.+ Həmçinin bir Ağamız var, İsa Məsih. Hər şey onun vasitəsilədir,+ biz də onun vasitəsilə yaradılmışıq.  Lakin bunu hamı dərk etmir.+ Çünki bəziləri əvvəllər bütlərə ibadət etdikləri üçün hələ də yedikləri şeyi bütə təqdim edilmiş qurban sayırlar.+ Belə adamların vicdanı zəif olduğundan ləkələnir.+  Amma qida bizi Allaha yaxınlaşdırmır.+ Yemiriksə, heç nə itirmirik, yeyiriksə də heç nə qazanmırıq.+  Ancaq diqqətli olun ki, sizin hüququnuz zəifləri yıxmasın.+ 10  Əgər zəif adam səni, bilik sahibini bütlərin məbədində süfrə arxasında əyləşən görərsə, məgər onun vicdanı onu bütlərə təqdim edilmiş qidanı yeməyə sövq etməz? 11  Sən öz biliyinlə zəif adamı, qardaşını məhv edirsən. Hərçənd Məsih onun uğrunda öz həyatını fəda edib.+ 12  Siz belə hərəkətlərinizlə qardaşlarınıza qarşı günah edib onların zəif vicdanını+ yaralayanda Məsihə qarşı günah edirsiniz. 13  Buna görə də qida qardaşımın imanına xələl yetirirsə, mən bir də ət yemərəm ki, qardaşımın yıxılmasına bais olmayım.+

Haşiyələr