Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 5:1—13

MÜNDƏRİCAT

  • Yığıncaqda əxlaqsızlığa yol verilir (1—5)

  • Azacıq maya bütün xəmiri acıdır (6—8)

  • Pis adamı aranızdan yox edin (9—13)

5  Mənə xəbər çatıb ki, sizdə əxlaqsızlığa*+ yol verilir, özü də elə bir əxlaqsızlığa ki, beləsi heç imansızların arasında da yoxdur. Aranızdan bir nəfər atasının arvadı ilə yaşayır.+  Siz isə xəcalət çəkmək+ və belə iş görəni aranızdan kənar etmək əvəzinə hələ bir durub öyünürsünüz?+  Mən yanınızda olmasam da, ürəyim sizinlədir və yanınızdayammış kimi bu işi görən adama artıq hökm kəsmişəm.  Siz Ağamız İsanın adı ilə bir yerə yığışanda mənim ruhən və Ağamız İsanın gücü ilə aranızda olduğumu bilərək  həmin adamı Şeytana təslim edin+ ki, cismani təsir məhv edilsin* və Ağanın günündə yığıncağın ruhu qorunub saxlanılsın.+  Öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?+  Yeni xəmir olmaq üçün köhnə mayadan təmizlənin. Axı Pasxa quzumuz Məsih+ artıq qurban verildiyi üçün siz mayasızsınız.+  Buna görə də gəlin köhnə maya, yaxud pislik və yamanlıq mayası ilə yox, mayasız səmimiyyət və həqiqət çörəkləri ilə bayram edək.+  Mən sizə yazmışdım ki, daha əxlaqsızlarla oturub-durmayasınız. 10  Mən dünyadakı+ bütün əxlaqsızları, yaxud acgözləri, soyğunçuları və ya bütpərəstləri nəzərdə tutmurdum, yoxsa dünyadan çıxıb-getməli olardınız.+ 11  İndi isə sizə yazıram ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz,+ bütpərəst, içki düşkünü olan,+ təhqiramiz danışan və ya soyğunçuluq edənlə+ daha oturub-durmayasınız*,+ beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz. 12  Yığıncaqdan kənarda olanları mühakimə etmək mənim işim deyil. Siz yığıncaqdakıları mühakimə edin, 13  kənar adamları isə Allah mühakimə edir.+ Beləliklə, «pis adamı aranızdan yox edin».+

Haşiyələr

Yaxud pis təsir yox edilsin.
Yaxud münasibəti kəsəsiniz.