Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 15:1—58

MÜNDƏRİCAT

  • Məsihin dirilməsi (1—11)

  • Dirilmə imanımızın özülüdür (12—19)

  • Məsihin dirilməsi zəmanətdir (20—34)

  • Fiziki bədən və ruhani bədən (35—49)

  • Ölməzlik və çürüməzlik (50—57)

  • Rəbbin işində çox çalışın (58)

15  Qardaşlar, sizə təbliğ etdiyim müjdəni yenidən yadınıza salıram.+ Siz onu qəbul etdiniz və indi ona əsasən yaşayırsınız.  Bu müjdədən bərk yapışsanız, sizə bəyan etdiyim müjdə vasitəsilə xilas olacaqsınız. Belə etməsəniz, onda iman yoluna gəlməyiniz əbəsdir.  Mənə verilmiş və sizə çatdırdığım ən vacib şeylərdən biri budur: Müqəddəs Yazılarda deyildiyi kimi, Məsih bizim günahlarımızdan ötrü öldü,+  dəfn edildi+ və Müqəddəs Yazılarda deyildiyi kimi,+ üçüncü gündə+ dirildi,+  Kifaya+, sonra isə on iki həvariyə göründü.+  Bundan sonra Məsih eyni vaxtda beş yüzdən çox qardaşa göründü.+ Onlardan çoxu indi də sağdır, bəziləri isə ölüm yuxusuna gediblər.  Daha sonra o, Yaquba+, sonra isə həvarilərin hamısına göründü.+  Lap axırda isə vaxtından tez doğulmuş uşağa bənzəyən mənə göründü.+  Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm, çünki Allahın yığıncağına zülm etmişəm.+ 10  Lakin indi bu mövqeyi Allahın lütfü sayəsində tuturam. Onun mənə göstərdiyi lütf əbəs deyildir, çünki onların hamısından çox zəhmət çəkmişəm, daha doğrusu, mən yox, Allahın mənimlə olan lütfü. 11  Beləliklə, istər onlar olsun, istər mən — biz bir müjdəni təbliğ edirik, siz də həmin bu müjdəyə iman etmisiniz. 12  Əgər Məsihin dirildiyi təbliğ edilirsə,+ necə olur ki, sizlərdən bəziləri dirilməni inkar edir? 13  Dirilmə yoxdursa, belə çıxır ki, Məsih də dirilməyib. 14  Məsih dirilməyibsə, onda təbliğimiz də, imanımız da puçdur. 15  Üstəlik, Allahın Məsihi diriltdiyini bəyan etməklə+ biz Allah haqqında yalandan şahidlik etmiş oluruq,+ çünki dirilmə, doğrudan da, yoxdursa, demək, Allah Məsihi diriltməyib. 16  Əgər ölülər dirilməyəcəksə, deməli, Məsih də dirilməyib. 17  Əgər Məsih dirilməyibsə, deməli, imanınız mənasızdır, siz hələ də günah içindəsiniz.+ 18  Onda belə çıxır ki, Məsihin ölən davamçıları da ölüb getdilər.+ 19  Əgər biz Məsihə yalnız bu həyat üçün ümid edirdiksə, onda biz bədbəxtlərin bədbəxtiyik. 20  Lakin Məsih dirilib, o, ölüm yuxusundan qalxan ilk nübardır.+ 21  Çünki ölüm insan vasitəsilə gəldiyi kimi,+ ölülərin dirilməsi də insan vasitəsilədir.+ 22  Necə ki Adəmin ucbatından hamı ölür,+ Məsihin sayəsində də hamı həyata qovuşacaq.+ 23  Ancaq hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih,+ sonra Məsihin hüzuru* zamanı+ ona məxsus olanlar. 24  Nəhayət, son olacaq. O zaman Məsih bütün hökumətləri, hakimiyyətləri və iqtidarı yox edib Padşahlığı öz Atası Allaha təhvil verəcək.+ 25  Allah bütün düşmənləri onun ayaqları altına atanadək o hakimiyyət sürməlidir.+ 26  Sonda o, axırıncı düşmən olan ölümü məhv edəcək.+ 27  Allah «hər şeyi onun ayaqları altına qoyub+ ona tabe etdi». Lakin «hər şey ona tabe edilib»+ dedikdə, aydındır ki, bura hər şeyi ona tabe edən daxil deyil.+ 28  Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq+ ki, Allah hər kəs üçün hər şey olsun.+ 29  Belə isə, ölmək üçün vəftiz olunanlar nə etsin?+ Ölülər dirilməyəcəksə, onda onlar nəyə görə bu məqsədlə vəftiz olunurlar? 30  Nəyə görə biz də hər an təhlükələrlə üzləşirik?+ 31  İnanın, qardaşlar, necə ki Ağamız Məsih İsa yolunda olan sizlərlə fəxr edirəm, eləcə də hər gün ölümlə üz-üzə dururam. 32  Əgər Efesdə vəhşi heyvanlarla qarpışarkən+ başqaları kimi* qarpışdımsa, bunun mənə nə xeyri var? Əgər ölülər dirilmirsə, «gəlin yeyib-içək, onsuz da sabah öləcəyik».+ 33  Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur *.+ 34  Ayılın, saleh işlər görün, günah işləməyin, çünki bəziləri Allahı tanımır. Bunları sizi utandırmaq məqsədilə deyirəm. 35  Lakin kimsə soruşa bilər: «Ölülər necə diriləcək? Onların nə cür bədəni olacaq?»+ 36  Ey ağılsız adam! Əkdiyin toxum ölməsə, dirilməz. 37  Sən əkəndə cücərəcək bitkinin* özünü yox, adi toxum — buğda, yaxud başqa bir bitki toxumu əkirsən. 38  Allah isə bu toxuma münasib bildiyi bədən — hər bir toxuma ona məxsus bədən verir. 39  Bütün canlıların bədəni eyni deyil. İnsanların bədəni bir cürdür, mal-qaranınkı başqa cür, quşlarınkı başqa, balıqlarınkı başqadır. 40  Səmavi varlıqlar+ və yerdəki varlıqlar+ vardır, amma səmavi varlıqların calalı bir cür, yerdəki varlıqların calalı isə başqa cürdür. 41  Günəşin calalı bir cür, ayın calalı başqa cür,+ ulduzlarınkı da ayrı cürdür. Ulduz da ulduzdan calalı ilə fərqlənir. 42  Eləcə də dirilmə. Çürüyən bədən əkilir, çürüməz bədən qalxır.+ 43  O, şərəfsiz halda əkilir, calal içində dirilir.+ Zəif halda əkilir, qüdrətlə dirilir.+ 44  Cismani bədən əkilir, ruhani bədən dirilir. Cismani bədən olduğu kimi, ruhani bədən də var. 45  Hətta görün nə yazılıb: «İlk insan Adəm canlı varlıq oldu».+ Sonuncu Adəm isə həyat verən ruhani varlıq oldu.+ 46  Əvvəlcə ruhani yox, cismani varlıq yaradılıb, sonra isə ruhani varlıq gəlib. 47  İlk insan yerdəndir və torpaqdan yaradılıb,+ ikinci insan isə göydəndir.+ 48  Torpaqdan yaradılan həmin insan necədirsə, torpaqdan yaradılan digərləri də elədir. Göydən gələn necədirsə, göydə olanlar da elədir.+ 49  Biz torpaqdan yaradılmışın surətində olduğumuz kimi,+ göydən gələnin də surətində olacağıq.+ 50  Qardaşlar, bunu da deyim ki, cismani bədən* Allahın Padşahlığına girə bilməz, çürüyən çürüməzliyi miras ala bilməz. 51  Sizə bir müqəddəs sirr açım: biz hamımız ölüm yuxusuna getməyəcəyik, ancaq hamımız dəyişəcəyik.+ 52  Bir an içində, bir göz qırpımında, axırıncı kərənay çalınanda dəyişəcəyik. Kərənay çalınacaq,+ ölülər çürüməz halda diriləcək və biz dəyişəcəyik. 53  Çürüməyə məhkum bədən çürüməzliyə,+ ölümə məhkum bədən ölməzliyə bürünməlidir.+ 54  Çürüməyə məhkum bədən çürüməzliyə, ölümə məhkum bədən ölməzliyə bürünəndə «ölüm əbədilik məhv edildi» sözləri yerinə yetəcək.+ 55  «Ey ölüm, hanı qələbən? Ey ölüm, hanı neştərin?»+ 56  Ölüm doğuran neştər günahdır,+ günah isə gücünü Qanundan alır.+ 57  Amma Allaha şükürlər olsun! O, Ağamız İsa Məsih vasitəsilə bizə qələbə qazandırır.+ 58  Odur ki, əziz qardaşlarım, mətin qalın,+ sarsılmaz olun, həmişə Rəbbin* işində çox çalışın+ və bilin ki, Onun yolunda çəkdiyiniz zəhmət hədər deyil.+

Haşiyələr

Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.
Digər variant: insani nöqteyi-nəzərlə.
Yaxud yaxşı vərdişləri korlayır.
Hərfən: bədənin.
Hərfən: ət qan.
Yaxud Ağanın.