Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 13:1—13

MÜNDƏRİCAT

  • Məhəbbət — mükəmməl yol (1—13)

13  Əgər mən insanların və mələklərin dilində danışıramsa, amma məhəbbətim yoxdursa, onda danqıldayan mis alətdən, cingildəyən sincdən heç nə ilə fərqlənmirəm.  Əgər peyğəmbərlik ənamım varsa, bütün müqəddəs sirlərə və biliklərə yiyələnmişəmsə,+ dağları yerindən tərpədəcək dərəcədə güclü iman sahibiyəmsə, lakin məhəbbətim yoxdursa, mən heç nəyəm.+  Əgər insanları yedirtmək üçün bütün varımı,+ yoxumu paylasam, öyünmək üçün həyatımı fəda etsəm, amma məhəbbətim olmasa,+ bundan mənə nə fayda?  Məhəbbət+ səbirli+ və xeyirxahdır+. Məhəbbət paxıl*+ deyil, lovğalanmır, qürrələnmir+,  nalayiq davranmır*,+ öz xeyrini güdmür,+ tez özündən çıxmır,+ ona edilən pisliyin hesabını tutmur.+  Haqsızlığa sevinmir,+ əksinə, həqiqətə şadlanır.  Hər şeyə qatlaşır,+ hər şeyə inanır,+ hər şeyə ümid edir,+ hər şeyə dözür.+  Məhəbbət heç vaxt tükənmir*. Peyğəmbərlik ənamı sona yetəcək, əcnəbi dillərdə danışmaq ənamı qurtaracaq, möcüzəvi yolla bilik almaq ənamı da aradan qalxacaq.  İndi biliyimiz+ məhdud və etdiyimiz peyğəmbərlik natamamdır. 10  Ancaq tamlıq gələndə natamamlıq aradan qalxacaq. 11  Mən uşaq olanda uşaq kimi danışır, hər şeyi uşaq kimi başa düşür, uşaq kimi düşünürdüm. İndi isə böyüyüb kişi olmuşam, uşağa xas cəhətləri qırağa qoymuşam. 12  Çünki hal-hazırda biz, sanki, metal güzgüyə baxıb orada dumanlı surətlər görürük, amma o vaxt hər şeyi üz-üzə görürmüş kimi, aydın görəcəyik. İndi mən qismən bilirəm, ancaq onda Allah məni tam tanıdığı kimi, mən də hər şeyi dəqiqliklə biləcəyəm. 13  Bu üç şey isə qalacaq: iman, ümid və məhəbbət. Ancaq məhəbbət bunların hamısından üstündür.+

Haşiyələr

Hərfən: qısqanc.
Yaxud kobud davranmır.
Yaxud müvəffəqiyyətsizliyə uğramır.