Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Korinflilərə 12:1—31

MÜNDƏRİCAT

  • Ruhun ənamları (1—11)

  • Bir bədən, çoxlu üzvlər (12—31)

12  Ruhani ənamlara+ gəldikdə isə, qardaşlar, istəmirəm bixəbər olasınız.  Özünüz də bilirsiniz ki, başqa xalqlara mənsub olanda* sizi cürbəcür yollarla dilsiz-ağızsız bütlərə+ pərəstişə sövq edirdilər.  Sizə deməliyəm ki, Allahın ruhunun təsiri ilə danışan adam heç vaxt: «İsaya lənət olsun», — deməz. «İsa Ağadır!» sözlərini də müqəddəs ruhun təsiri olmadan demək mümkün deyil.+  Ənamlar müxtəlifdir, ancaq ənamları verən ruh eynidir.+  Xidmət növləri də müxtəlifdir,+ amma Ağa birdir.  Fəaliyyətlər də müxtəlifdir, lakin hamıya bu işləri görməyə kömək edən Allah birdir.+  Müqəddəs ruh özünü hər kəsdə xeyirli məqsəd üçün büruzə verir.+  Birinə ruh vasitəsilə hikmətlə danışmaq, o birisinə eyni ruhla biliklə danışmaq qabiliyyəti verilir.  Kimisinə həmin ruhla iman+, kimisinə şəfa vermək ənamı,+ 10  kimisinə qüdrətli işlər görmək,+ kimisinə peyğəmbərlik etmək, kimisinə ilham almış sözləri dərk etmək,+ kimisinə müxtəlif dillərdə danışmaq,+ kimisinə də bu dillərdən tərcümə etmək ənamı verilir.+ 11  Bütün bu işləri həyata keçirən eyni müqəddəs ruhdur. O istədiyi kimi hər kəsə bir cür ənam verir. 12  Bədən bir olduğu halda, çoxlu üzvdən ibarətdir. Bədənin çoxlu üzvü olsa da, onların hamısı bir bədəni təşkil edir.+ Məsihin bədəni də belədir. 13  Doğrudan da, istər yəhudi olaq, istər yunan, istər qul olaq, istər azad adam — biz hamımız bir bədən olmaq üçün bir ruhda vəftiz edilib bir ruhu almışıq. 14  Bədən bir üzvdən yox, çox üzvdən ibarətdir.+ 15  Məgər ayaq «mən əl olmadığım üçün bədənin üzvü deyiləm» deməklə artıq bədənin üzvü olmur? 16  Məgər qulaq «mən göz olmadığım üçün bədənin üzvü deyiləm» deməklə artıq bədənin üzvü olmur? 17  Bədən təkcə gözdən ibarət olsaydı, eşitmək mümkün olmazdı. Bədən təkcə qulaqdan ibarət olsaydı, iy duymaq mümkün olmazdı. 18  Ancaq Allah bədən üzvlərini istədiyi kimi yerləşdirib. 19  Hamısı eyni üzv olsaydı, bu, heç bədən olardı? 20  Bəli, üzv çox, bədən isə birdir. 21  Göz ələ: «Sən mənə lazım deyilsən», — deyə bilməz. Yaxud baş ayaqlara: «Siz mənə lazım deyilsiniz», — deyə bilməz. 22  Tam əksinə, məhz bədənin daha zəif hesab edilən üzvləri zəruridirlər. 23  Həmçinin nisbətən şərəfsiz sandığımız hissələrə daha böyük şərəf göstəririk.+ Bununla da bədənimizin yaraşıqsız hissələri ilə ədəblə davranırıq, 24  çünki bədənimizin yaraşıqlı hissələrinin heç nəyə ehtiyacı yoxdur. Allah bədəni belə yaradıb: şərəfə ehtiyac duyulan hissəni daha şərəfli edib. 25  Beləliklə, bədən üzvləri arasında ixtilaf olmamalıdır, hamısı bir-birinin qeydinə qalmalıdır.+ 26  Bədənin bir üzvü əziyyət çəkirsə, onunla birlikdə bütün üzvlər də əziyyət çəkir.+ Əgər bir üzv şərəfə yetişirsə, onunla birlikdə bütün üzvlər də sevinir.+ 27  Siz Məsihin bədənisiniz+ və ayrılıqda hər biriniz bədən üzvüsünüz.+ 28  Allah üzvləri yığıncaqda bu ardıcıllıqla təyin edib: birinci həvarilər +, ikinci peyğəmbərlər +, üçüncü müəllimlər +, bunlardan sonra qüdrətli işlər görənlər,+ daha sonra şəfa vermə ənamı olanlar,+ yardım işləri ilə məşğul olanlar, rəhbərlik etmək+ və müxtəlif dillərdə danışmaq qabiliyyəti olanlar.+ 29  Məgər hamı həvaridir? Məgər hamı peyğəmbərdir? Hamı müəllimdir? Hamı qüdrətli işlər görür? 30  Məgər hamı şəfa verir? Hamı müxtəlif dillərdə danışır?+ Hamı tərcümə edir?+ 31  Daha böyük ənamlara can atın.+ İndi isə sizə mükəmməl bir yol göstərəcəyəm.+

Haşiyələr

Yəni imanda olmayanda.