Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 8:1—22

MÜNDƏRİCAT

  • İsraillilər padşah istəyir (1—9)

  • İşmuil xalqa xəbərdarlıq edir (10—18)

  • Yehova xalqın istəyini yerinə yetirir (19—22)

8  İşmuil qocalanda oğlanlarını İsrail üzərində hakim qoydu.  Onun ilkinin adı Yuil, ikinci oğlunun adı isə Əbiyya idi.+ Onlar Biir-Səbada hakimlik edirdilər.  Amma İşmuilin oğulları onun yolu ilə getmirdilər. Onlar haram qazanc güdür,+ rüşvət alıb+ haqq-ədaləti tapdalayırdılar.+  Bir müddət sonra bütün İsrail ağsaqqalları yığışıb Ramaya, İşmuilin yanına gəldilər.  Onlar dedilər: «Bax, sən artıq qocalmısan, oğlanların isə sənin yolunla getmir. Başqa xalqlarda olduğu kimi üstümüzə padşah qoy bizə hökm etsin».+  Onların «bizə padşah ver ki, hakimimiz olsun» deməsi İşmuilə ağır gəldi. İşmuil Yehovaya dua etdi.  Yehova İşmuilə dedi: «Xalq sənə nə deyirsə, elə. Onlar səni rədd etmirlər, bir padşah kimi Məni rədd edirlər.+  Onları Misirdən çıxardığım gündən ta bu günə qədər nə ediblərsə, indi də onu edirlər. Onlar məni atıb+ başqa allahlara qulluq edirlər.+ Sənə də eyni şeyi edirlər.  Nə deyirlərsə, elə. Amma onlara ciddi xəbərdarlıq et. Üzərlərində hökmranlıq edəcək padşahın hüquqlarını və tələblərini onlara bildir». 10  İşmuil ondan padşah istəyən xalqa Yehovanın bütün sözlərini çatdırıb 11  dedi: «Üstünüzdə hökmranlıq edəcək padşahın bu hüquqları və bu tələbləri olacaq:+ o, oğullarınızı aparıb+ cəng arabalarına mindirəcək,+ süvari edəcək,+ bəzilərini isə cəng arabalarının qabağında qaçıracaq. 12  Onlardan kimisini minbaşı,+ kimisini əllibaşı+ qoyacaq. Kimisi isə onun torpağını şumlayacaq,+ məhsulunu yığacaq,+ onun üçün silah, arabaları üçün ləvazimat düzəldəcək.+ 13  O, qızlarınızı ətirçi, aşpaz, çörəkçi işlətmək üçün aparacaq.+ 14  Ən yaxşı tarlanızı, üzüm, zeytun bağınızı götürüb əyanlarına verəcək.+ 15  Zəminizin, üzüm bağınızın məhsulunun onda birini alıb saray məmurlarına və nökər-naibinə verəcək. 16  Sizin nökər və kənizlərinizi, mal-qaranızı, ulaqlarınızın ən yaxşısını götürüb öz işində işlədəcək;+ 17  sürülərinizin onda birini götürəcək.+ Siz onun qulları olacaqsınız. 18  Gün gələcək, seçdiyiniz padşahın əlindən dad edəcəksiniz,+ amma onda Yehova sizə hay verməyəcək». 19  Lakin xalq İşmuilə qulaq asmadı və dedi: «Yox, qərarımız qətidir, padşah istəyirik. 20  Qoy biz də başqa xalqlar kimi olaq, padşahımız bizə hakimlik etsin, qabağımızda gedib döyüşlərimizə rəhbərlik etsin». 21  İşmuil camaatın sözünü dinləyəndən sonra onları Yehovaya təkrar elədi. 22  Yehova İşmuilə dedi: «Onların sözünə qulaq as, üzərlərinə padşah qoy».+ Onda İşmuil israillilərə dedi: «Hamı öz şəhərinə qayıtsın».

Haşiyələr